SəRBƏst iŞ №1 Mövzu: Terror hədəsi zamanı hava limanlarında görüləcək tədbirlər Qrup: 1169a



Yüklə 31,63 Kb.
səhifə1/4
tarix10.05.2022
ölçüsü31,63 Kb.
#56977
  1   2   3   4
Aviasiya təhlükəsizliyi ZY-1169A #4


Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti

Milli Aviasiya Akademiyası


FAKÜLTƏ: Fizika-texnologiya

Kafedra: Radioelektronika

İxtisas: “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”

Fənn: Aviasiya təhlükəsizliyi

SƏRBƏST İŞ № 1
Mövzu: Terror hədəsi zamanı hava limanlarında görüləcək tədbirlər

Qrup: 1169a

Müəllim: Rüstəmov Ruslan

Tələbə: Zülalov Yusif


BAKU 2022

Terrorçuluğa qarşı mübarizə haqqında

Əsas anlayışlar

Terrorçuluq - ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələmədir;

Terrorçu - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən və ya bu cür aktları hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən fiziki şəxsdir;

Terror qrupu - terror fəaliyyətinin həyata keçirilməsi məqsədilə iki və daha artıq şəxsin birləşməsidir;

Terror təşkilatı - hər hansı formada, birbaşa və ya dolayısı ilə, qəsdən terror fəaliyyətinin həyata keçirilməsində təşkilatçı, təhrikçi, köməkçi və ya icraçı qismində iştirak edən, terror aktlarını hazırlayan və ya onların törədilməsinə cəhd edən, habelə əvvəlcədən əlbir olan bir qrup şəxsin, mütəşəkkil dəstənin və ya cinayətkar birliyin terror fəaliyyətini həyata keçirməsinə bilə-bilə yardım göstərən terrorçu şəxslərin qrupu və ya öz fəaliyyətində terrorçuluqdan istifadəni mümkün hesab edən təşkilatdır. Əgər struktur bölmələrindən biri təşkilatın hər hansı bir rəhbər orqanının razılığı ilə terror fəaliyyəti ilə məşğuldursa, həmin təşkilat terror təşkilatı hesab edilir;

Terrorçuluğa qarşı mübarizə - terror fəaliyyətinin aşkar edilməsi, qarşısının alınması, habelə terror nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi ilə bağlı fəaliyyətdir;

Terror əleyhinə aparılan əməliyyatlar - terror aktlarının qarşısının alınması, fiziki şəxslərin təhlükəsizliyinin təmin edilməsi, terrorçuların tərksilah edilməsi, zərərsizləşdirilməsi, habelə terror aktı nəticəsində dəyə biləcək zərərin minimuma endirilməsi məqsədilə həyata keçirilən xüsusi tədbirlərdir; 

Terror əleyhinə aparılan əməliyyat zonası - ərazinin və ya akvatoriyanın ayrıca sahələrində, nəqliyyat vasitələrində, binalarda, tikililərdə, qurğularda, yaşayış evlərində və ona bitişik ərazilərdə və ya akvatoriyada əməliyyatların aparıldığı hüdudlardır;



Yüklə 31,63 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin