224
Tarixdə bu gün
20
ili
Azərbaycan Pоlisi Günü
1998
Bakı metrosunda terror
1994
İYUL
Hər gün on minlərlə insanın istifadə
etdiyi metropoliten nə yazıq ki, terror-
çuların hədəfinə çevrilə bilir. Yüksək
gərginlik, havasızlıq və dərinlik hər
hansı terror aktının qurbanlarının sayı-
nı daha da artırır. Buna görə də, digər
ictimai nəqliyyatdan fərqli olaraq, met-
roda yoxlamalar daha intensiv aparılır.
İndi hansısa ölkədə videonəzarət və po-
lis nəzarəti olmayan metropoliten tap-
maq çətindir. Bununla belə, terrorçular
bu və ya digər formada “yerin altına”
sızmağı bacarırlar.
3 iyul 1994-cü il erməni terrorizmi
Azərbaycana qarşı növbəti cinayətini
həyata keçirib. Bakı metropoliteninin
28 may - Gənclik stansiyaları arasında
hərəkət edən qatarda törədilmiş partla-
yış nəticəsində 13 nəfər həlak olmuş, 42
nəfər müxtəlif dərəcəli bədən xəsarəti
almışdır. Terror aktı Azərbaycan
vətəndaşı, Qarabağ müharibəsində əsir
düşmüş və Ermənistan xüsusi xidmət
orqanları tərəfindən məxfi əməkdaşlığa
cəlb edilmiş Azər Aslanov tərəfindən
törədilmişdir. O, aksiyanı Ermənistan
xüsusi xidmət orqanlarının təlimatı ilə
həyata keçirdiyini etiraf etmişdir.
Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının sədri və Daxili
İşlər naziri Fətəli xan Xoyski 1918-
ci il 2 iyul tarixində ölkədə ilk polis
bölümünün yaradılması barədə əmr
vermişdir. Bununla da Azərbaycan
polis orqanlarının əsası qoyulmuş-
dur. Azərbaycan polisi yarandığı
gündən xalqın və dövlətin mənafeyinə
ləyaqətlə xidmət etmiş, asayişin və
təhlükəsizliyin mühafizəsi, sabitli-
yin və əmin-amanlığın qorunması,
cinayətkarlığa qarşı mübarizə kimi
məsuliyyətli vəzifələri vicdanla yerinə
yetirmişdi. AXC süqut etdikdən son-
ra, bolşevik diktaturası bütün milli
dövlət və hüquq-mühafizə strukturla-
rını, o cümlədən milli polisi ləğv etdi.
Əvəzində “milis” adlandırılan bir qu-
rum yaradıldı.
Azərbaycan yenidən müstəqilliyə
qovuşduqdan sonra polis adı bərpa
olundu, onun funksiya və vəzifələri
dəqiqləşdirildi. Ulu öndər Heydər
Əliyevin 1998-ci il 24 may tarixli
Fərmanı ilə 1918-ci ildə Azərbaycan
Demokratik Respublikası Daxili İşlər
Nazirliyinin tərkibində ilk polis or-
qanlarının təsis edildiyi gün - 2 iyul
Azərbaycan polisi günü elan edilmiş-
dir.
Dostları ilə paylaş: