221
17
Milli Qəhrəmanlar
45
illiyi
Aqil Məmmədov
1969-1992
İYUL
Aqil Səməd oğlu Məmmədov 1969-
cu il iyul ayının 30-da Qubadlı rayo-
nunda dünyaya göz açmışdır.
1984-cü ildə Qubadlı rayonu 2 saylı
natamam orta məktəbi bitirdikdən sonra
təhsilini 126 saylı Xınalıq texniki peşə
məktəbində davam etdirmişdir. Əmək
fəaliyyətinə Qubadlı rayon Avtomo-
bil Nəqliyyatı İdarəsində başlamışdır.
1987-ci ildə Orenburq vilayətinə hərbi
xidmətə göndərilmişdir. Bir müddətdən
sonra xidmətini yarımçıq qoyaraq
vətənə qayıtmışdır. Qubadlı rayonun-
da yaradılan özünümüdafiə taboruna
qoşulmuşdur. “Qaranquş” kəşfiyyat
dəstəsininn məğlubedilməz döyüşçüsü
kimi tanınmışdır.
1992-ci ilin iyun ayında girov gö-
türdüyü erməni zabiti ilə əsir düşmüş
əsgərimizi dəyişmişdir.
1992-ci il avqustun 7-də Laçın ra-
yonunun Susuzdağ yüksəkliyi uğrun-
da gedən döyüşdə ağır yaralanmışdır.
Çoxlu qan itirdiyindən Aqilin həyatını
xilas etmək mümkün olmamış və o,
qəhrəmancasına həlak olmuşdur. Qu-
badlı rayonundakı Şəhidlər Xiyabanın-
da dəfn edilmişdir.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 5 fevral 1993-cü il tarixli 457 say-
lı Fərmanı ilə Məmmədov Aqil Səməd
oğlu ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adına layiq gö-
rülmüşdür.
Təhsil aldığı 2 saylı orta məktəb onun
adını daşıyır. Hazırda həmin məktəb
Sumqayıt şəhərində fəaliyyət göstərir.
Qubadlıda və Gəncədə adına küçə var.
Dostları ilə paylaş: