6
80
illiyi
Rasim Əliyev
1934
İYUL
Rasim Həsən oğlu Əliyev 1934-cü
il iyul ayının 16-da Gəncə səhərində
akademik Həsən Əliyevin ailəsində
anadan olmuşdur.
1958-ci ildə Politexnik İnstitutunun
(indiki Texniki Universitet) memarlıq
şöbəsini bitirmişdir.
1958-65-ci illərdə “Azərdövlətla-
yihə” İnstitutunda və Azərbaycan Mil-
li EA Memarlıq və İncəsənət İnstitu-
tunda fəaliyyət göstərmişdir.
1965-1974-cü illər Bakı şəhər Baş
memarının birinci müavini və 1974-
1988-ci illərdə Baş memarı olmuşdur.
Bakının və respublikanın digər
şəhərlərinin planlaşdırılması və tikin-
tisi, o cümlədən Bakı şəhərinin Baş
planı, İçərişəhərin regenerasiya planı
layihələrinin müəllifidir. Bakıda yaşa-
yış binaları, Respublika Nazirlər Kabi-
netinin qonaq evi, “Xalqlar dostluğu”
metrostansiyası (müştərək layihə),
Xırdalan mədəniyyət sarayı, Quba
şəhərinin mərkəzi meydanı və burada
tikilmiş 600 yerlik mədəniyyət sara-
yı və s., Naxçıvanda Hüseyn Cavidin
məqbərəsinin (mərmər, qranit, 1996;
heykəl-fiqurun müəllifi Ö.Eldarovdur),
Bakıda bir sıra xatirə abidələrinin
(R.Zorge, heykəltəraş V.Siqal) və s.
memarlıq layihəsini vermişdir. Binə
beynəlxalq hava limanı (müştərək) və
Azərbaycanın Türkiyədəki səfirliyi bi-
nası layihələrinin müəllifidir.
Azərbaycan Memarlar İttifaqının
katibi olmuşdur (1980-88).
Görkəmli memar Rasim Əliy
evin
fəaliyyəti dövlət tərəfindən yüksək
qiymətləndirilmiş, o, “Qırmızı Əmək
Bayrağı” və “Şöhrət” ordenləri ilə
təltif olunmuşdur.
Rasim Əliyev Azərbaycan Memar-
lar İttifaqının vitse-prezidentidir.
Memara 1979-cu ildə “Azərbaycan
Respublikası Əməkdar memarı” fəxri
adı verilmişdir.
O, Şərq ölkələri Beynəlxalq Me-
marlıq Akademiyasının (Bakı) həqiqi
üzvü (1992), Rusiya Memarlıq Aka-
demiyasının fəxri üzvüdür (1994). Ra-
sim Əliyev Azərbaycan Respublikası
Dövlət mükafatı, Hüseyn Cavid adına
və bir sıra mükafatların laureatıdır.
Dostları ilə paylaş: |