Kbt я25 uot (059) Baş redaktor


Dünya ədəbiyyatı 115



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə267/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   263   264   265   266   267   268   269   270   ...   507
217

Dünya ədəbiyyatı

115 

illiyi

Ernest Heminquey 

1899-1961

İYUL

Ə d ə b i y y a t

Zəng kimin üçün çalınır 

[Mətn] /E.Heminquey; 

tərc. ed. və ön sözün 

müəl. H.Hacıyev; red. 

İ.Həbibbəyli.- Bakı: Çaşı-

oğlu, 2004.- 424 s.

Əcəl zəngi [Mətn] 

/E.Heminquey; tərc. 

H.Hacıyev.- Bakı: Avrasi-

ya press, 2006.- 472 s.    

İsmayılova, Səidə Fərrux 

qızı. Ernest Heminqu-

ey: Tarixə realist baxış 

[Mətn] /S.İsmayılova; elmi 

red. və ön sözün müəllifi 

Z.Ağayev.- Bakı, 2005.-  

144 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedikia.org

www.lit.az

21

Amerika yazıçısı

Ernest Heminquey 1899-cu il  iyul 

ayının 21-də ABŞ-ın İlinoys ştatında 

Ouk  Park  rayonunda  anadan  olmuş-

dur. 

O,  ilk  yazılarını  orta  məktəb 



illərində  yazmış,  məktəbin  divar 

qəzetinin redaktoru olmuşdur. Ernest 

orta  məktəbi  bitirdikdən  sonra  “The 

Kansas City Star” qəzetində köşə ya-

zarı kimi işləmişdir. 

18  yaşı  tamam  olanda  Birləşmiş 

Ştatlar  Birinci  Dünya  müharibəsinə 

qoşulmuşdur. 

Müəllifin  “Hekayələr  və  üç  şeir” 

(1923), “Bizim zəmanəmizdə” (1924) 

adlı ilk kitabları da Parisdə çıхmışdı. 

1926-cı ildə isə “Günəş çıхır” romanı, 

“Kişilərsiz qadınlar” (1927) kitabının 

nəşrindən sonra Heminquey Parisdən 

ABŞ-a  qayıtmışdı.  O,  Florida  ştatın-

da,  Karib  dənizi  sahilindəki  Ki-Vest 

kurort şəhərciyində məskunlaşmış və 

ikinci romanı “Əlvida, silah!”ı yazıb 

başa  çatdırmışdı.  Nisbətən  sonrakı 

dövrün  məhsulu  olan  “Zəng  kimin 

üçün çalınır” (1940) romanı ilə birlikdə 

“Əlvida,  silah!”  üslub  gözəlliyi  və 

ifadəliliyi  baхımından  Heminqueyin 

ən yaхşı əsəri sayılır. 

İspan korridasından bəhs edən “Gü-

nortadan  sonra  ölüm”  (1932),  yaхud 

“Afrikanın  yaşıl  təpələri”  (1935) 

sənədli povestləri, bu dövrün ən uğur-

lu  əsərləri  “Frensis  Makomberin  ani 

хoşbəхtliyi”  və  “Klimancaro  qarı” 

(1932)  kimi  hekayələrin  müəllifidir. 

İspaniyadakı  vətəndaş  müharibəsi 

Heminqueyin  bir  sıra  diqqətəlayiq 

cəhətlərini  üzə  çıхarmışdı.  “Beşinci 

dəstə”  (1937)  pyesi  və  “Zəng  kimin 

üçün çalınır?” (1940) romanı bu döv-

rün acı ibrət dərslərinin nəticəsi kimi 

meydana çıхmışdı.

1949-cu ildə yazıçı yenidən Kuba-

ya gedərək, burada yaşamağa başladı. 

1952-ci  ildə  ona  dünya  şöhrəti 

gətirəcək  “Qoca  və  dəniz”  povestini 

yazdı.  Bu  povest  beynəlxalq  aləmdə 

dərhal böyük əks-sədaya səbəb oldu. 

1953-cü ildə bu əsərə görə Ernest 

Heminqueyə  beynəlxalq  “Pulitser” 

mükafatı verildi. 

1954-cü ildə isə Ernest Heminquey 

Nobel mükafatına layiq görüldü. Bun-

dan sonra, 1956-cı ildə yazıçı “Həmişə 

səninlə olan bayram” adlı avtobioqra-

fik əsərini yazdı. Əsərdə onun 1920-ci 

illərdə  Parisdə  keçirdiyi  həyatından 

bəhs  olunur.  Bu  əsər  Heminqueyin 

ölümündən sonra çapdan çıxdı. 

Ernest  Heminquey  1962-ci  il  iyul 

ayının 2-də Ketçumdakı evində silah-

la özünə qəsd edərək vəfat etmişdir. 




218

Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   263   264   265   266   267   268   269   270   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin