220
Teatr.Kino
85
illiyi
Vasili Şukşin
1929-1974
İYUL
Vasili Makaroviç Şukşin 1929-cu
il iyul ayının 25-də Altay əyalətinin
Biysk rayonunun Srostki kəndində
kəndli ailəsində doğulub.
1960-cı ildə Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun rejis-
sorluq fakültəsini bitirmişdir. 1960-cı
illərin əvvəllərində bir-birinin ardın-
ca Şukşinin bədii əsərləri işıq üzü
görməyə başladı. “Həqiqət”, “Nur-
lu ürəklər”, “Stepkinin məhəbbəti”
hekayələri 1961-ci ildə, “İmta-
han”, “Dirsəkli vallar”, “Jurnalisti-
ka fakültəsindən Jelya Seleznyova”
əsərləri 1962-ci ildə nəşr olundu.
1963-cü ildə “Kənd sakinləri” adlı
ilk toplusu çapdan çıxdı. 1965-ci ildə
qələmə aldığı “Lyubavinlər” pyesi
əsasında 1972-ci ildə “Lyubavinlərin
aqibəti” filmi çəkilmişdir.
Vasili Şukşin tarixi-inqilabi ro-
manında Stepan Razin haqqında
“Sizə azadlıq gətirmişəm” (1971)
kinoromanı
və
hekayələrində
xalq
nümayəndələrinin
dolğun
xarakterlərini yaratmışdır. Həmin
il “Novıy mir” jurnalında onun iki
hekayəsi dərc edilmişdir: “Əla sürü-
cü” və “Qrinka Malyuqin” (“Onlar
Katundandırlar” silsiləsindən). Bu
hekayələr əsasında Şukşin “Belə bir
oğlan yaşayır” adlı ilk tammetrajlı fil-
minin ssenarisini yazmışdır. 1975-ci
ildə “Mənim qardaşım” hekayə top-
luları nəşr olunmuşdur.
1974-cü ildə Bakıda keçirilən
VII Ümumittifaq kinofestivalında
“Kalina Krasnaya” (“Qırmızı başı-
nağacı”) filmi əsas mükafata layiq
görüldü. Filmdə baş rolda Şukşinin
özü çəkilmişdir. “Kalina Krasnaya”
filmində sovet gənclərinin hünər
göstərmək əzmi təsvir olunmuş, insan
mənəviyyatı ilə meşşan təbiəti qarşı-
qarşıya qoyulmuşdur. 1973-cü ildə
onun “Xarakterlər” adlı hekayələr
toplusu çapdan çıxmışdır. Toplu pro-
za aləmində böyük hadisəyə çevril-
miş və kəskin müzakirələrə səbəb
olmuşdur. Şukşin “İki Fyodor”,
“Söz istəyirəm”, “Göl sahilində”,
“Onlar Vətəni müdafiə edirdilər”
filmlərində aktyor kimi çəkilmişdir.
Q.Tovstonoqov Böyük Teatrda Şukşi-
nin “Enerjili adamlar” pyesi əsasında
tamaşa hazırlamışdır (bu, Şukşinin te-
atrla ilk əməkdaşlığı idi. Buna qədər
o öz müəllimi M.Romm kimi teat-
rı sevmirdi). Tamaşanın son məşqi
1974-cü ilin iyununda Şukşinin işti-
rakı ilə keçirilmiş və müəllifə olduq-
ca gözəl təsir bağışlamışdır. Onun bir
sıra hekayəsi dilimizə tərcümə edil-
mişdir.
Yazıçı, kinorejissor,
ssenarist və
aktyor Vasili Şukşin bir sıra orden və
medallarla təltif edilmiş, fəxfi adlara
layiq görülmuşdür.
O, 1974-cü il oktyabr ayının 2-də
“Onlar Vətəni müdafiə edirdilər” fil-
minin çəkilişi zamanı qəflətən vəfat
etmişdir.
Dostları ilə paylaş: