Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə273/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   269   270   271   272   273   274   275   276   ...   507
İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

www.e-qanun.az

30

Milli Qəhrəman


222

Akademik

Riyaziyyat.Fizika.Astronomiya

75 

illiyi

Mirabbas Qasımov

1939-2008

İYUL

Mirabbas  Göycə  oğlu  Qasımov 

1939-cu il iyul ayının 11-də Şamaxı-

nın  Nərimankənd  kəndində  anadan 

olmuşdur.  1956-cı  ildə  Azərbaycan 

(Bakı)  Dövlət  Universitetinin  fizika-

riyaziyyat  fakültəsinə  daxil  ol-

muş,  1958-ci  ildə  göstərdiyi  yüksək 

nəticələrə görə M.V.Lomonosov adına 

Moskva Dövlət Universitetinin uyğun 

fakültəsinə  köçürülmüşdür.  1961-ci 

ildə  təhsilini  başa  vurduqdan  sonra, 

MDU-nun  aspiranturasında  saxlan-

mışdır.  Mirabbas  Qasımovun  əsas 

işləri müxtəlif sinif diferensial opera-

tor sinifləri üçün spektral analizin tərs 

məsələlərinə  və  öz-özünə  qoşma  ol-

mayan  operatorlar  nəzəriyyəsinə  aid 

olmuşdur.

1964-cü ildə M.Q.Qasımov MDU-

nun mexanika-riyaziyyat fakültəsinin 

Elmi Şurasında namizədlik dissertasi-

yasını müdafiə etmişdir. Elmi şuranın 

xüsusi  qərarına  əsasən  iş  “Görkəmli 

iş”  olaraq  qiymətləndirilmişdir.  Hə-

min  ildə  o,  Moskvanın  Fiziki-tex-

niki  İnstitutuna  assistent  vəzifəsinə 

işə  girmiş  və  1965-ci  ildə  müsabiqə 

yolu  ilə  F.E.Dzerjinski  adına  Hərbi-

Mühəndislik  Akademiyasının  Riya-

ziyyat kafedrasına baş müəllim təyin 

olunmuşdur.

1967-ci  ildə  M.Qasımov  Moskva 

Dövlət  Universitetində  doktorluq  di-

sertasiyasını  müdafiə  etmiş  və  bu  iş 

ABŞ-da  ingilis  dilinə  tərcümə  edil-

mişdir. 

1968-ci  ilin  sentyabrından  o, 

Azərbaycan  Dövlət  Universitetində 

professor 

vəzifəsində 

çalışmış-

dır.  1972-ci  ildən  (2007-ci  ilədək)  

Tətbiqi  riyaziyyat  kafedrasının  mü-

diri  olmuşdur.  1970-1976-cı  illərdə 

Azərbaycan  Elmlər  Akademiyasının 

Riyaziyyat  və  Mexanika  İnstitutunda 

Xüsusi  törəməli  diferensial  tənliklər 

bölməsinin rəhbəri olmuşdur. 1980-ci 

ildə  M.Qasımov  Azərbaycan  Elmlər 

Akademiyasının  müxbir  üzvü,  1989-

cu ildə həqiqi üzvü seçilmişdir.

1990-1992-ci  illərdə  o,  BDU- 

nun  rektoru,  1990-1995-ci  illərdə 

Azərbaycan  Respublikası  Ali  Sove-

tinin  deputatı  olmuşdur.  O,  riyaziy-

yatçıların  üç  Beynəlxalq  konqresində 

(Moskva  –  1966,  Fransa-Nitsa  – 

1970,  Kanada-Vankuver  -  1974)  işti-

rak  etmişdir.  1977-ci  ildə  Varşavada 

S.Banax  adına  Beynəlxalq  riyaziy-

yat  mərkəzinin  dəvəti  ilə  orada  bir 

sıra  silsilə  elmi  məruzələr  etmişdir. 

M.Qasımov  Egey-İzmir  və  Səlcuq-

Konya Universitetlərinin fəxri dokto-

ru idi. 


O,  elmin  inkişafındakı  töhfələrinə 

görə  SSRİ  Kosmonavtika  Federasi-

yası  tərəfindən  akademik  M.V.Keldış 

adına qızıl medalla təltif olunmuşdur. 

Təxminən  100  elmi  iş  nəşr  etdirmiş-

dir. 


Mirabbas  Göycə  oğlu  Qasımov 

2008-ci  il  sentyabr  ayının  6-da  Bakı 

şəhərində vəfat etmiş və öz vəsiyyətinə 

əsasən  doğulduğu  Nərimankənd 

kəndində dəfn edilmişdir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   269   270   271   272   273   274   275   276   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin