219
Musiqi.Opera.Balet
90
illiyi
Mahmud Esambayev
1924-2000
İYUL
Mahmud Əlisoltanoviç Esam-
bayev 1924-cü il iyul ayının 15-də
Qroznı yaxınlığındakı Köhnə Atagi
kəndində anadan olmuşdur.
O, çeçen Sovet balet artisti, rəqqas,
1974-cü ildən SSRİ Xalq artistidir.
1939-1941-ci illərdə Qroznı Xore-
oqrafiya Məktəbində oxumuş, 1944-
1956-cı illərdə Qırğızıstan Opera
və Balet Teatrının solisti olmuşdur.
1957-ci ildən estradada çıxış etmiş-
dir. Esambayevin repertuarına dünya
xalqlarının rəqsləri daxil idi. “Çoban”
(çeçen-inquş, özbək), “Ovçu və qar-
tal” (monqol), “Döyüşçü” (başqırd),
“Qızıl allah” (“Bharat natyam” hind
klassik rəqsi üslubunda), “Makum-
ba” (Braziliya mərasim rəqsi), “Ave
Mariya” rəqs novellası (F.Şubertin
musiqisi əsasında), “Alov rəqsi” (M.
de Falyanın musiqisi əsasında) Esam-
bayevin məşhur rəqslərindəndir.
Virtuozluq, yüksək emosionallıq və
plastiklik, rəqsin üslub və xarakterini
dəqiq, qabarıq vermək məharəti onun
ifacılığı üçün xarakterikdir. İncəsənət
aləmində onu “rəqs şairi” adlandırır-
lar. Məşhur rəqqas balet ustası olana
qədər çətin bir həyat yolu keçmişdir.
1962-ci ildə “Azərbaycanfilm”in
istehsal etdiyi “Mən rəqs edəcəyəm”
adlı 91 dəqiqəlik tammetrajlı bədii
film Mahmud Esambayevin həyat
və yaradıcılığına həsr olunmuşdur.
Baş rolunu M.Esambayevin özünün
canlandırdığı filmin digər adı “Əmək
və qızılgül”dür. Filmdə rəqqasın ya-
radıcılığından söhbət getməklə ya-
naşı, çeçen-inquş xalqının həyatı
da öz əksini tapmışdır. Filmin sse-
nari müəllifi İdris Bazorkin, Tofiq
Tağızadə, quruluşçu rejissoru Tofiq
Tağızadə, operatoru Rasim Ocaqov,
rəssamı Kamil Nəcəfzadə, bəstəkarı
Rauf Hacıyevdir. Rollarda Mahmud
Esambayev (Mahmud Esembayev
kimi) Mahmud, Vladimir Txapsayev
- Əlisultan, Leyla Abaşidze - Doğ-
mara, Münəvvər Kələntərli - Sonu,
Hökümə Qurbanova - Bikətu, Adil
İsgəndərov - Klub müdiri, İsmayıl
Əfəndiyev - Həkim, Gündüz Abbasov
- Müsit, Tələt Rəhmanov - İnzibatçı,
İbrahim Əliyev - Mahmud (uşaq) və
başqaları çəkilmişlər.
1959-cu ildə Esambaev öz proq-
ramı ilə Moskvada çıxış etmiş, sonra
“Sovet baletinin ulduzları” qrupunun
tərkibində Fransada, Cənubi Ameri-
kada qastrol səfərlərində olmuşdur.
Beynəlxalq estrada incəsənəti
xadimləri ittifaqının prezidenti,
Beynəlxalq rəqs akademiyasının
akademiki idi. Onun fəal dəstəyi
nəticəsində Qroznıda dramatik teatr
və sirkin yeni binaları tikilmişdir.
10-cu çağırış SSRİ Ali Sovetinin
deputatı olmuşdur.
Mahmud Esambayev 2000-ci il
yanvar ayının 7-də 76 yaşında dün-
yasını dəyişmiş, Moskvada Danilov
müsəlman qəbiristanlığında dəfn
edilmişdir.
Dostları ilə paylaş: