235
Milli ədəbiyyat
80
illiyi
Şamil Xurşud
1934-1986
AVQUST
Şamil Xurşud oğlu Fərzəliyev 1934-
cü il avqust ayının 14-də Azərbaycanın
Ucar rayonunda anadan olmuşdur.
Yazıçının valideynləri Ermənistanın
Sisyan rayonunun Ağudi kəndindən
olmuş, 1920-ci ildən sonra Ucara
köçmüşlər. Ali təhsilini Azərbaycan
Dövlət Universitetinin jurnalistika
fakültəsində almışdır. Hələ tələbə ikən
səhnə əsərləri yazmış və ilk səhnə əsəri
də tələbə vaxtı teatrda oynanılmışdır.
Ali təhsilini uğurla başa vurduqdan az
sonra onu Moskvaya - İctimai Elmlər
Akademiyasına göndərmişlər. Orada
ikiillik təhsilini bitirib vətənə qayıt-
mış, ömrünü yazıb-yaratmağa həsr et-
mişdir. Bir müddət Mərkəzi Komitədə
Təbliğat və təşviqat şöbəsində təlimatçı
vəzifəsində, daha sonra “Azərbaycan
gəncləri” qəzetində və “Kirpi” jurnalın-
da baş redaktor işləmişdir. Onun redak-
torluğu vaxtında Şahmar Əkbərzadə,
Tofiq Mütəllibov, Əbdul Qəni, Şahin
Quliyev, Aslan Kəmərli və başqaları
yaradıcılıq uğurları qazanmışlar.
Yazıçı-dramaturq, jurnalist, mil-
li mətbuatımızın inkişafına var gücü,
təşkilatçılığı ilə qayğı göstərən, can
yandıranlardan biri olan Azərbaycan
mətbuatı və jurnalistikasının görkəmli
nümayəndəsi Şamil Xurşud Fərzəliyev
çox şərəfli, özünəməxsus, heç kəsə
bənzəməyən bir yaradıcılıq və ömür
yolu keçmişdir. Onun “Sizi unut-
maram”, “İnsan yaşayır”, “Azar-
keş nənə”, “Xəstələr”, “Özüm və
özün”, “Ağaclar kəsilmədi”, “Naxır-
çı çörəyi”, “Sakitlik olmayacaq” və
s. povest və hekayələr kitablarının,
“Sən tək deyilsən”, “Məhəbbət novel-
lası”, “Yaz yağışı”, “Qvardiya, irəli”,
“Sevinc”, “Yol ayrıcında” və Mirzə
Şəfi Vazehin həyatından bəhs edən
“Bəxtiyar deyil” televiziya tamaşala-
rı və səhnə əsərlərinin ictimai-bədii
məzmunu, milli koloriti və üslubu
altmış-yetmişinci illər ədəbiyyatında
özünəməxsus bir iz açıb. Onun bir
neçə əsəri əsasında teletamaşalar lentə
alınmışdır.
1972-ci ildən son fəaliyyətinə kimi
intibah dövrü kimi tariximizə yazıl-
mış dövrə “Azərbaycan gəncləri”
qəzeti ayna tutmuşdu. Yüksək
idarəçilik, təşkilatçılıqla bərabər, əmək
qəhrəmanlarının hünəri, nailiyyətləri
analitik təhlillərlə qəzetin səhifələrində
canlandırılardı.
Şamil Fərzəliyev 1986-cı ildə öm-
rünün ən gözəl çağında - 52 yaşında
vəfat etmişdir.
Dostları ilə paylaş: |