Kbt я25 uot (059) Baş redaktor


Cəbrayıl rayonunun işğalı günü (23.08.1993)



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə287/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   283   284   285   286   287   288   289   290   ...   507
Cəbrayıl rayonunun işğalı günü (23.08.1993)  

Füzuli rayonunun işğalı günü (23.08.1993)  

Türk dünyasının tarixi Çaldıran döyüşünün (23.08.1514) 500 illiyi 

Beynəlxalq Azərbaycan Muğamı Günü (26.08.2010)

Altıağac Parkı yaradılmışdır (31.08.2004)



Qubadlı rayonunun işğalı günü (31.08.1993)  

244


245

246


250

254


252

251


253

249


249

248


242

248


247


234

Milli ədəbiyyat

AVQUST

Ə d ə b i y y a t

“Əkinçi”dən “Molla 

Nəsrəddin”ə qədər 

[Mətn] /X.Məmmədov; 

red. Ə.Mirəhmədov; rəyçi 

B.Nəbiyev.- Bakı: Yazıçı, 

1987.- 628 s.

Sultan Məcid Qənizadə 

[Mətn] /X.Məmmədov; 

red. H.Qasımzadə.- Bakı: 

Yazıçı, 1983.- 211 s.

Dünyada qala bilmək... 

[Mətn]: [filol. e. d-ru 

prof. Xeyrulla Məmmədov 

haqqında] /tərt. ed. 

R.Novruz; red. İ.İsrafilov; 

ön söz müəl. T.Həmid.- 

Bakı: Qanun, 2012.-     

209 s.

Quliyev, E. Görkəmli 

ədəbiyyatşünas alim, 

tanınmış pedaqoq 

[Mətn] /Elman Quliyev                 

// Ədəbiyyat qəzeti.- 

2011.- 20 may.- S.5.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

1

Xеyrulla Məmmədоv

1934-2005

80  

illiyi

Ədəbiyyatşünas

Xeyrulla  Qulam  oğlu  Məmmədov 

1934-ci il avqust ayının 1-də Lerik ra-

yonunun  Zuvand  mahalının  Hoveri 

kəndində anadan olmuşdur. 

1952-ci  ildə  Lerik  kənd  (o  vaxtlar 

kənd sayılırdı) orta məktəbini, 1957-ci 

ildə S.M.Kirov adına ADU-nun (indiki 

BDU-nun)  filologiya  fakültəsini  bitir-

mişdir. 


1957-1960-cı  illərdə  Lerik  qəsəbə 

orta  məktəbində  Azərbaycan  dili  və 

ədəbiyyatı müəllimi, eyni zamanda inter-

nat məktəbində baş tərbiyəçi işləmişdir. 

Lerik  rayonunda  çıxan  “Kolxoz  yolu” 

qəzetində müntəzəm çıxış etmiş və bu 

qəzetin məsul katibi olmuşdur. 

1960-1963-cü illərdə V.İ.Lenin adına 

Azərbaycan Dövlət Pedaqoji İnstitutun-

da aspiranturada oxumuş, 1963-cü ilin 

noyabr  ayında  ADPİ-da  Azərbaycan 

ədəbiyyatı tarixi kafedrasına işə girmiş-

dir. 1963-1965-ci illərdə səsvermə yolu 

ilə həmin kafedrada müəllim işləmişdir. 

1965-1967-ci  illərdə  baş  müəllim, 

1968-1970-ci 

illərdə  Azərbaycan 

ədəbiyyatı  tarixi  kafedrası  müdirinin 

müavini  vəzifəsinə  təyin  olunmuş, 

1967-1982-ci illərdə kafedranın dosenti 

olmuşdur. 

1962-ci  ildə  namizədlik,  1981-ci  

ildə  doktorluq  dissertasiyası  müdafiə 

etmiş, 1982-ci ildə elmlər doktoru elmi 

dərəcəsini almışdır. 

1991-ci  ildən  isə  filologiya-tarix 

fakültəsinin  qiyabi  şöbəsinə  dekan  se-

çilmiş,  XX  əsr Azərbaycan  ədəbiyyatı 

tarixi kursunu tədris etmişdir.

Görkəmli  ədəbiyyatşünasın  “XIX 

əsrin  sonu,  XX  əsrin  əvvəllərində 

Azərbaycanda 

maarifçi 

realist 


ədəbiyyat”  (1978),  “Sultan  Məcid 

Qənizadə”  (1983),  “Əkinçi”dən  “Mol-

la  Nəsrəddin”ə  qədər”  (1986),  “XIX 

əsr  Azərbaycan  uşaq  ədəbiyyatı” 

(1992),  “Azərbaycan  ədəbi  tənqidi 

XIX-XX  əsrlərin  hüdudunda”  (1999), 

“XIX  əsr  Azərbaycan  ədəbiyyatı” 

(2006)  “N.Nərimanov:  görkəmli  ma-

arif  xadimi  və  realist  yazıçı”,  “İsma-

yıl  bəy  Qasprinski  və  Azərbaycan 

ədəbiyyatı”  və  s.  dərslik  və  monoqra-

fiyaları  ədəbiyyatşünaslığın  inkişaf  və 

zənginləşməsinə layiqli töhfələrdir. 

Azərbaycanda  nəşr  olunan  müxtəlif 

ensiklopediyalarda alimin 130-dan, döv-

ri mətbuatda isə 600-dən çox məqaləsi 

çap olunmuşdur. 

Görkəmli alim Xeyrulla Məmmədov 

2005-ci il sentyabr  ayının 8-də vəfat et-

mişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   283   284   285   286   287   288   289   290   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin