234
Milli ədəbiyyat
AVQUST
Ə d ə b i y y a t
“Əkinçi”dən “Molla
Nəsrəddin”ə qədər
[Mətn] /X.Məmmədov;
red. Ə.Mirəhmədov; rəyçi
B.Nəbiyev.- Bakı: Yazıçı,
1987.- 628 s.
Sultan Məcid Qənizadə
[Mətn] /X.Məmmədov;
red. H.Qasımzadə.- Bakı:
Yazıçı, 1983.- 211 s.
Dünyada qala bilmək...
[Mətn]: [filol. e. d-ru
prof. Xeyrulla Məmmədov
haqqında] /tərt. ed.
R.Novruz; red. İ.İsrafilov;
ön söz müəl. T.Həmid.-
Bakı: Qanun, 2012.-
209 s.
Quliyev, E. Görkəmli
ədəbiyyatşünas alim,
tanınmış pedaqoq
[Mətn] /Elman Quliyev
// Ədəbiyyat qəzeti.-
2011.- 20 may.- S.5.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
1
Xеyrulla Məmmədоv
1934-2005
80
illiyi
Ədəbiyyatşünas
Xeyrulla Qulam oğlu Məmmədov
1934-ci il avqust ayının 1-də Lerik ra-
yonunun Zuvand mahalının Hoveri
kəndində anadan olmuşdur.
1952-ci ildə Lerik kənd (o vaxtlar
kənd sayılırdı) orta məktəbini, 1957-ci
ildə S.M.Kirov adına ADU-nun (indiki
BDU-nun) filologiya fakültəsini bitir-
mişdir.
1957-1960-cı illərdə Lerik qəsəbə
orta məktəbində Azərbaycan dili və
ədəbiyyatı müəllimi, eyni zamanda inter-
nat məktəbində baş tərbiyəçi işləmişdir.
Lerik rayonunda çıxan “Kolxoz yolu”
qəzetində müntəzəm çıxış etmiş və bu
qəzetin məsul katibi olmuşdur.
1960-1963-cü illərdə V.İ.Lenin adına
Azərbaycan Dövlət Pedaqoji İnstitutun-
da aspiranturada oxumuş, 1963-cü ilin
noyabr ayında ADPİ-da Azərbaycan
ədəbiyyatı tarixi kafedrasına işə girmiş-
dir. 1963-1965-ci illərdə səsvermə yolu
ilə həmin kafedrada müəllim işləmişdir.
1965-1967-ci illərdə baş müəllim,
1968-1970-ci
illərdə Azərbaycan
ədəbiyyatı tarixi kafedrası müdirinin
müavini vəzifəsinə təyin olunmuş,
1967-1982-ci illərdə kafedranın dosenti
olmuşdur.
1962-ci ildə namizədlik, 1981-ci
ildə doktorluq dissertasiyası müdafiə
etmiş, 1982-ci ildə elmlər doktoru elmi
dərəcəsini almışdır.
1991-ci ildən isə filologiya-tarix
fakültəsinin qiyabi şöbəsinə dekan se-
çilmiş, XX əsr Azərbaycan ədəbiyyatı
tarixi kursunu tədris etmişdir.
Görkəmli ədəbiyyatşünasın “XIX
əsrin sonu, XX əsrin əvvəllərində
Azərbaycanda
maarifçi
realist
ədəbiyyat” (1978), “Sultan Məcid
Qənizadə” (1983), “Əkinçi”dən “Mol-
la Nəsrəddin”ə qədər” (1986), “XIX
əsr Azərbaycan uşaq ədəbiyyatı”
(1992), “Azərbaycan ədəbi tənqidi
XIX-XX əsrlərin hüdudunda” (1999),
“XIX əsr Azərbaycan ədəbiyyatı”
(2006) “N.Nərimanov: görkəmli ma-
arif xadimi və realist yazıçı”, “İsma-
yıl bəy Qasprinski və Azərbaycan
ədəbiyyatı” və s. dərslik və monoqra-
fiyaları ədəbiyyatşünaslığın inkişaf və
zənginləşməsinə layiqli töhfələrdir.
Azərbaycanda nəşr olunan müxtəlif
ensiklopediyalarda alimin 130-dan, döv-
ri mətbuatda isə 600-dən çox məqaləsi
çap olunmuşdur.
Görkəmli alim Xeyrulla Məmmədov
2005-ci il sentyabr ayının 8-də vəfat et-
mişdir.