236
Dünya ədəbiyyatı
265
illiyi
Hötе İоhann Vоlfqanq
1749-1832
AVQUST
İohann Volfqanq Höte 1749-cu
il avqust ayının 28-də qədim alman
ticarət şəhəri olan Frankfurt-Maynda,
varlı burger ailəsində dünyaya gəlib.
Atası imperiya məsləhətçisi, keçmiş
vəkil, anası şəhər zadəganının qızı
olub. Höte evdə yaxşı təhsil almışdı.
1765-ci ildə Leypsiq Universitetində
təhsilini davam etdirmiş, 1770-ci
ildə Strasburqda dissertasiya müdafiə
edərək hüquq elmləri doktoru elmi
dərəcəsi almışdı.
İohann Volfqanq Hötenin klassik
üslubda yazdığı əsərlərə “ İfigeniyqa
Tavridada” (1887), “Torkvato Tasso”
(1790), “German və Doroteya” və s.
misal göstərmək olar.
Yaratdığı iki hissədən ibarət
ölməz “Faust” dram-poeması dünya
ədəbiyyatının ən gözəl nümunələrindən
biri sayılır. O, bu əsər üzərində,
demək olar ki, bütün yaradıcılığı boyu
işləmişdir. Əsəri 1772-ci ildə, 23 ya-
şında yazmağa başlamış, 1831-ci ildə,
82 yaşında bitirmişdir. Bu əsər alman
həyatının ensiklopediyası kimi yüksək
qiymətləndirilir.
Hötenin digər məşhur əsərlərinə
çoxsaylı şeir-poemaları - “Vilhelm
Meysterin təhsil illəri”, “Gənc Verte-
rin iztirabları” adlı məktub-romanı,
“Seçmə oxşarlıq” adlı qismən avtobi-
oqrafik romanlarını misal göstərmək
olar.
Höte alman ədəbiyyatının və XVII
əsrin sonu - XIX əsrin əvvəllərində
Almaniyada Veymar klassisizmi
hərəkatının ən önəmli simalarından biri
idi. Veymar hərəkatı o dövr Avropa və
Almaniyada İntibah, Sentimentallıq,
“Tufan və Həmlə” (Sturm und Drang)
və romantizm ədəbi-fəlsəfi cərəyanları
ilə eyni dövrdə baş vermişdir.
Təbiətşünaslıq sahəsində də Höte-
nin mühüm xidmətləri olmuşdur. O,
1770-ci ildə “Bitki metamorfozuna
dair təcrübə” əsərində bitki aləminin
geniş təhlilini verə bilmişdir. Höte-
nin bitki və heyvan orqanizmlərinin
birliyinə dair baxışları onu Ç.Darvinin
sələflərindən biri hesab etməyə imkan
verir.
Höte yaradıcılığı sonralar ümumi-
likdə Avropa musiqisi, dramaturgiyası,
poeziya və fəlsəfəsinin əsas ilhamveri-
ci qüvvəsinə çevrilir. O, Şərq mövzu-
sundakı əsərlərində qəzəl formasından
istifadə etmişdir.
Alman şair-dramaturqu, mütəfəkkir
və naturalisti İohann Volfqanq Höte
1832-ci il mart ayının 22-də Frankfurt-
Maynda vəfat etmişdir.
Dostları ilə paylaş: