Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə290/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   286   287   288   289   290   291   292   293   ...   507
Ə d ə b i y y a t

Faust [Mətn] /İ.V.Höte.- 

Bakı: Öndər nəşriyyat, 

2004.- 560 s.

Gənc Verterin iztirabları 

[Mətn] /İ.V.Höte; tərc. 

ed. S.Şamilov; ön söz. 

A.Aslanov.- Bakı: Yazıçı, 

1983.- 204 s. 

Страдания юного 

вертера [Текст]                

/Гете, И.В.- Москва: 

Художественная 

литература, 1981.- 292 с.

Велиханова, Ф.А. 

Веймарский гений 

на Востоке [Текст]: 

Иоганн Вольфганг 

Гете в “Западно-

Восточном Диване”                                      

/Ф.Велиханова; НАН 

Азерб., Ин-т Литературы 

им. Низами.- Баку: Элм, 

2009.- 194 s.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

28

Alman şairi


237

Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq

70 

illiyi

Kübra Əliyeva

1944

AVQUST

Kübra  Muxtar  qızı  Əliyeva  1944-

cü il avqust ayının 4-də  Ağdam rayo-

nunda anadan olmuşdur. 1963-cü ildə 

M.A.Əliyev adına Azərbaycan Dövlət 

Teatr  İnstitutunun  (indiki  ADMİU) 

mədəni-maarif fakültəsinə daxil olmuş, 

1967-ci ildə oranı fərqlənmə diplomu 

ilə  bitirmiş, Azərbaycan  Milli  Elmlər 

Akademiyası  Memarlıq  və  İncəsənət 

İnstitutunun  “Dekorativ  tətbiqi  sənət” 

şöbəsində  baş  laborant,  elmi  işçi 

vəzifəsində  çalışmışdır.  1978-1980-ci 

illərdə Moskva şəhərində Lomonosov 

adına  Universitetin  tarix  fakültəsində 

professor  V.M.Vasilenkonun  yanın-

da  təcrübə  keçmişdir.  1984-cü  ildə 

sənətşünaslıq namizədi elmi dərəcəsini 

almışdır.  2004-cü  ildə  doktorluq  dis-

sertasiyasını  müvəffəqiyyətlə  müdafiə 

etmişdir.

Kübra  xanım  Əliyeva  1979-

cu  ilin  axırlarından  2001-ci  ilədək 

Azərbaycan  Dövlət  Mədəniyyət  və 

İncəsənət  İnstitutunun  rəssamlıq 

bölməsində  (əvəzçiliklə)  (Quba  filia-

lında  10  il)  dosent  vəzifəsində  çalış-

mış,  neçə-neçə  peşəkar  rəssam  yetiş-

dirmişdir. 2001-ci ildən – 2004-cü ilə 

qədər (əvəzçiliklə) Azərbaycan Dövlət 

Memarlıq  və  İnşaat  Universitetinin 

Memarlıq  dizaynı  bölməsində  savadlı 

memar-magistrlərin  yetişməsində  bö-

yük əmək sərf etmişdir. 2003-cü ildən 

Azərbaycan Dövlət Rəssamlıq Akade-

miyasının  Sənətşünaslıq  kafedrasında 

müəllim-dosent,  hal-hazırda  isə  pro-

fessor  vəzifəsində  çalışır. Azərbaycan 

Ensiklopediyasının  III  cildindən  baş-

layaraq  X  cildinə  qədər  Azərbaycan 

dekorativ-tətbiqi  sənətinə  aid  60-dan 

artıq  məqalənin  müəllifidir.  Rusiya-

da  çap  edilən  xüsusi  cild  ensiklope-

diyasındakı  Azərbaycan  xalçalarına 

aid  məqalələrin,  Azərbaycanın  dövri 

mətbuatında  və  xarici  ölkələrdə  nəşr 

edilən  100-dən  artıq  elmi  məqalənin 

müəllifidir.  “Azərbaycan  xovsuz  xal-

çaları”  (1988),  “Xalı  və  xalçaçılıq 

terminləri lüğəti” (1998);  “XVI-XVII 

əsr Təbriz xalça məktəbi və onun Yaxın 

və Orta Şərq xalça sənəti ilə əlaqəsi”  

(R.Əfəndiyevlə  müştərək  (1999), 

“Lətif Kərimov: Həyat və yaradıcılığı” 

(E.İbrahimovla müştərək (2007) kitab-

larının müəllifidir. 

1989-cu  ildə  Əmək  veteranı  me-

dalı ilə təltif edilmişdir. 1988-ci ildən 

Azərbaycan  Rəssamlar  İttifaqının  üz-

vüdür. Rəssamların yaradıcılığına həsr 

edilən  onlarla  kataloqun  müəllifidir. 

Uzun  illər  Prezident  Aparatı  yanında 

Ali  Attestasiya  Komissiyasının  eks-

perti və AMEA Tarix Muzeyinin eks-

perti olmuşdur. AMEA Terminologiya 

Komitəsinin  üzvüdür.  Sənətşünaslıq 

doktoru,  xalçaçı-rəssam  5  beynəlxalq 

simpoziumda  (Berlin,  Bakı, Aşqabad, 

Dənizli, Kazan) iştirak etmişdir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   286   287   288   289   290   291   292   293   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin