Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə293/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   289   290   291   292   293   294   295   296   ...   507
Ə d ə b i y y a t

Sevda. Qəndab Quliyeva 

səs yazılarının sayını artır-

maq istəmir. Xanəndə pirat-

ların hədəfinə çevrilməkdən 

ehtiyat edir [Mətn] /Sevda 

//Kaspi .-2009. - 14 aprel.- 

S. 15.

Vahid, T. O, əslində Leylinin 

özü idi... [Mətn]  /T.Vahid 

//Mədəniyyət.- 2012.-10 

avqust.- S.10.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

10

Xanəndə


240

Milli Qəhrəmanlar

65 

illiyi

Ələsgər Novruzov

1949-1992

AVQUST

Ələsgər  Xanlar  oğlu  Novruzov 

1949-cu  il  avqust  ayının  1-də  Laçın 

rayonunun  Kürdhacı  kəndində  anadan 

olmuşdur. 

1966-cı  ildə  Kürdhacı  kənd  orta 

məktəbini bitirmiş və 1968-70-ci illərdə 

Ermənistan Respublikasının Leninakan 

şəhərində  hərbi  xidmətdə  olmuşdur. 

Hərbi  xidmətini  başa  vuraraq,  1971-ci 

ildə Şuşa Pedaqoji Texnikumuna daxil 

olmuş  və  1973-cü  ildə  oranı  bitirərək, 

bədən  tərbiyəsi  müəllimi  ixtisasına 

yiyələnmişdir. 

1979-cu  ildə  Xocalı  şəhərinə 

köçərək  öz  ixtisası  üzrə  müəllim 

işləmişdir.  1988-ci  ildə  gizli  yaranan 

Xocalının  Müdafiə  Şurasının  ilk  beş 

üzvündən  biri  Ə.Novruzov  olmuşdur. 

Azğınlaşmış ermənilərə qarşı keçirilən 

əks  əməliyyatlarda  Ələsgər  həmişə 

fərqlənmişdir.  1992-ci  il  fevralın  25-

dən  26-a  keçən  gecə  Xocalı  soyqırı-

mında  soydaşlarımızın  təhlükəsizliyini 

təmin  etmək  üçün  var  gücü  ilə  vuruş-

muşdur.  Düşmənlər  böyük  çətinliklə 

Ə.Novruzovu  əsir  götürmüş  və  böyük 

işgəncə  ilə  qətlə  yetirmişlər.  Doğma 

kəndi Kürdhacıda dəfn edilmişdir.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan  Respublikası  Preziden-

tinin 25 fevral 1997-ci il tarixli 553 say-

lı Fərmanı ilə Novruzov Ələsgər Xanlar 

oğluna ölümündən sonra “Azərbaycanın 

Milli Qəhrəmanı” fəxri adı verilmişdir. 

Ölümündən  sonra  Məhəmməd 

Əsədov  adına  mükafata  layiq  görül-

müşdür.



Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   289   290   291   292   293   294   295   296   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin