238
AVQUST
19
Heykəltəraşlıq.Rəssamlıq.Memarlıq
170
illiyi
İlya Rеpin
1844-1930
AVQUST
Rеpin İlya Yеfimоviç 1844-cü il
avqust ayının 5-də Ukraynanın Xarkov
vilayətində anadan olmuşdur. O, 1864-
1871-ci illərdə Peterburq Rəssamlıq
Akademiyasında oxumuş, 1893-cü
ildən isə həmin akademiyanın həqiqi
üzvü seçilmişdir.
Repin portret, məişət və tarixi boya-
karlıq janrlarında fəaliyyət göstərmiş,
ofort və litoqrafiyalar çəkmişdir. Onun
1870-1873-cü illərdə yaratdığı “Bur-
laklar Volqada” tablosunda zülmə
qarşı etiraz motivləri, sadə adamların
mənəviyyatı, qüvvə və qüdrəti əks et-
dirilmişdir.
Rəssam 1873-cü ildə İtaliya və
Fransaya səyahət etmiş, 3 il orada qa-
laraq Avropa incəsənəti ilə yaxından
tanış olmuş, “Paris kafesi” (1874-
1875), “Sadko sualtı səltənətdə”
(1876) əsərlərini yaratmış və plener
üsulundan məharətlə istifadə etmişdir.
Xaricdən qayıtdıqdan sonra 1882-
ci ildən Peterburqda yaşayan Repin
rus həyatının sosial ziddiyyətlərini və
ictimai münasibətləri qabarıq şəkildə
təsvir edərək, “Qorxaq kəndli” (1877),
“Bədnəzər kəndli”(1877) əsərlərində
bir sıra kəndli obrazları yaratmış-
dır. “Tövbədən imtina” (1879-1885),
“Təbliğatçının həbsi” (1880-1892),
“Gözləmirdilər” (1884-1888) tablola-
rında sürgündən qayıtmış inqilabçıla-
rın obrazını təsvir etmiş, qəhrəmanın
ağır taleyini, onun ailə üzvlərinin hiss
və həyəcanlarını mürəkkəb rəng çalar-
ları ilə göstərmişdir. Bu illərdə Repin
“V.V.Stasov” (1873), “A.F.Pisemski”
(1880), “L.N.Tolstoy” (1887) əsərlərini
işləmiş, həmçinin tarixi janr sahəsində
“Şahzadə Sofiya”(1879), “İvan Qroznı
və oğlu İvan”(1885), “Zaporojyelilər
Türkiyə sultanına məktub yazarkən”
(1878-1891) adlı görkəmli portretlərini
yaratmışdır.
İlya Yefimoviç Repin 1930-cu il
sentyabr ayının 29-da vəfat etmişdir.
1940-cı ildə rəssamın dəfn olunduğu
Repino qəsəbəsində ev-muzeyi açıl-
mışdır. Çuquyevdə də Repinin xatirə
muzeyi açılmış, 1958-ci ildə Moskva-
da rəssama abidə ucaldılmışdır. Sankt-
Peterburq Boyakarlıq, Heykəltəraşlıq
və Memarlıq İnstitutu Repinin adını
daşıyır.
Dostları ilə paylaş: