244
Riyaziyyat.Fizika.Astronomiya
Fikrət Əliyev
1949
AVQUST
Fikrət Əhmədəli oğlu Əliyev 1949-
cu il avqust ayının 13-də Ermənistan
Respublikasının Nüvədi kəndində ana-
dan olmuşdur.
1971-ci ildə S.M.Kirov adına
Azərbaycan Dövlət Universitetinin
(BDU) riyaziyyat fakültəsini, 1975-ci
ildə aspiranturanı bitirib, Ukraynada
namizədlik dissertasiyası müdafiə et-
mişdir.
1990-cı ildən fizika-riyaziyyat elm-
ləri doktoru, 1992-ci ildən isə profes-
sordur.
1975-1992-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının Riyaziyyat
və Mexanika İnstitutunda əvvəl kiçik,
sonra isə böyük elmi işci kimi fəaliyyət
göstərmişdir.
1992-1993-cü illərdə İstanbul Tex-
niki Universitetinin professoru olmuş-
dur.
2011-ci ildə “Sistem analizi və av-
tomatik idarəetmə” mövzusunda dok-
torluq dissertasiyası müdafiə etmişdir.
150-dən çox elmi əsərin müəllifidir. 95
adda elmi əsəri xaricdə nəşr olunmuş-
dur.
Əsas elmi nailiyyətləri: diskret hal-
da stabilləşdirici tənzimləyicilərin pa-
rametrizasiyası verilmiş, “frequency”
və “state – spase” metodları arasında
əlaqə yaradılmış və qeyri xətti Rikkafi
tənliyinin dayanıqlı həlli üçün analitik
spektral metod verilmişdir. Polinom
və kəsr rasional matrislərin fakturiza-
siyası üçün effektiv alqoritmlər təklif
olunmuş və çıxışa nəzərən optimal və
etibarlı stabilləşdirici tənzimləyicilərin
qurulması yolları işlənib hazırlanmış-
dır.
Akademik Fikrət Əliyev 9-dan çox
elmlər namizədi işinə rəhbərlik etmiş-
dir.
1993-cü ildən Amerika Riyaziyyat
cəmiyyəti, 1996-cı ildən Beynəlxalq
Kompyuter Assosiyasiyası, 1997-ci
ildən Nyu-York Elmlər Akademiyası-
nın həqiqi üzvüdür.
Tətbiqi Riyaziyyat ET İnstitutunun
direktorudur. Fikrət Əliyev magistr
və aspirantlara elmi rəhbərlik etməklə
pedaqoji fəaliyyətini uğurla davam et-
dirir.
Dostları ilə paylaş: |