münaqişənin dini müstəviyə keçməsinə imkan
verməmişdir. O, 1988-ci ildən başlayaraq erməni
kilsəsinin rəhbərlərini Qarabağ məsələsi ilə bağ-
lı konstruktiv dialoqa dəvət etmişdir. A.Paşazadə
Roma Katolik və Rus Pravoslav kilsələrinin təklifi
ilə katolik-pravoslav məzhəblərarası əlaqələr ko-
missiyasına üzv (2006) seçilmişdir.
Sülh yaradılması və tolerantlığın bərqərarı
sahəsində uğurlu fəaliyyətinə görə Şeyxülislam
2007-ci ildə Sülh Fondları Beynəlxalq Assosia-
siyası, Ümumdünya Veteranlar Federasiyası və
“Xalq yaddaşı” Beynəlxalq Veteranlar Fondunun
təsis etdikləri xatirə medalı ilə təltif olunmuşdur.
A.Paşazadə bu mükafatın ilk laureatlarından biri-
dir.
Şeyxülislam A.Paşazadənin Azərbaycanda dini
mərasimlər içərisində xüsusi həssaslıqla yanaşılan
Aşura mərasimi ilə bağlı uğurlu təşəbbüsü müa-
sir Azərbaycanın mənəviyyat tarixinə həkk olun-
muşdur. O, Aşura günlərində simvolik olaraq qan
çıxarılması ayininin mahiyyətinin saxlanılması
şərtilə, onun ictimai baxımdan əhəmiyyətli for-
masının tətbiqinə nail olmuşdur. Belə ki, irsi qan
xəstəliklərindən əziyyət çəkən insanların, xüsusilə
talassemiyalı uşaqların ehtiyaclarının ödənilməsi
istiqamətində təmənnasız qan verilməsi aksiya-
larının təşkilinə nail olunmuşdur. A.Paşazadənin
təşəbbüsü ilə Aşura günlərində Azərbaycanın bir
çox məscid və ziyarətgahlarında yad olunan İmam
Hüseynin şəninə qanvermə aksiyalarında iştirak
edən insanlar, həm müqəddəslərə olan ehtiram-
lı münasibətlərini nümayiş etdirir, həm də xəstə
insanlara real kömək göstərmələrindən məmnun
olurlar. Son illər bu, Allaha xoş gedən aksiyala-
rın təşkili ictimaiyyət arasında olduqca müsbət
qarşılanmış və davamlı olmasına sosial sifariş ya-
ranmışdır. Beləliklə, A.Paşazadə, Aşura zamanı,
çox zaman müsbət qiymətləndirilməyən, qınaq
obyektinə çevrilmiş xəncərlə baş yarma, zəncirlə
bədənə xəsarət yetirmə ilə qan çıxarma ənənəsinin
cəmiyyətə faydalı ictimai aksiyaya, insansevərlik
nümunəsinə çevrilməsinə nail olmuşdur.
A.Paşazadə bu illərdə elmi fəaliyyətlə də
məşgul olmuşdur. 1986-cı ildə İordaniya İslam
Mədəniyyəti Kral Akademiyasına müxbir üzv,
2001-ci ildə isə həqiqi üzv seçilmişdir. Beynəlxalq
Fiqh Akademiyasının həqiqi üzvüdür. O,
həmçinin, 2008-ci ildə yaradılmış Beynəlxalq Fiqh
Təşkilatının təsisçilərindən biridir. 1992-ci ildə
doktorluq dissertasiyasını müdafiə edərək, tarix
elmləri doktoru elmi dərəcəsi almışdır. Azərbaycan
Ziyalıları Milli Elmi Yaradıcılıq Qurumunun aka-
demikidir. Bakı Dövlət Universitetinin professo-
rudur. Tarix və ilahiyyat üzrə “Qafqazda İslam”,
“İslamda ümmət və şüubilik”, “Quranın təfsiri və
tərcüməsi tarixi” monoqrafiyalarının, “Qurani-
Kərimin ilahi hökmləri və öyrənilməsi”, “İslamda
şəhidlik”, “Milli münasibətlər və din”, “Qurani-
Kərimin ecazkarlığı”, “Qurani-Kərimdə insan
təbiəti” mövzularında elmi əsərlərin və çox sayda
məqalələrin müəllifidir. İslam tarixi abidələrinin,
qədim əlyazmalarının üzə çıxarılması, mübadiləsi
və s. sahələrdə bir sıra elmi axtarışlar həyata ke-
çirmişdir. A.Paşazadə Azərbaycan Respublikası
Prezidenti yanında Ali Attestasiya Komissiya-
sının Ekspertlər Şurasının üzvüdür. O, onadək
kitabın elmi redaktorudur. 2009-cu ilin iyunun-
da A.Paşazadə MDB müsəlman dini liderlərinin
Məşvərət Şurasının sədri seçilmişdir. 2009-cu ilin
iyulunda A.Paşazadə YUNESKO yanında yara-
dılan din xadimlərinin yüksək səviyyəli məşvərət
qrupunun üzvü seçilmişdir.
Allahşükür Paşazadə SSRİ-nin “Xalqlar dost-
luğu” ordeni (1988), Misirin I dərəcəli “Əl elm
və əməl” (1992) ordeni, Çeçen Respublikasının
“Millət qəhrəmanı” ordeni (1998), Rus Pravoslav
kilsəsinin I dərəcəli “Müqəddəs Vladimir” (2001)
və I dərəcəli “Sergi Radonejski” (2005) ordenləri,
Gürcüstan Respublikasının “Şərəf” (2002) ordeni,
Vatikan dövlətinin “Müqəddəs Qreqori” ordeni
(2005), Rusiya Federasiyasının “Dostluq” (2006)
ordeni, İordaniya krallığının I dərəcəli “Kral Hü-
seyn” ordeni (2007), Rus Pravoslav Kilsəsinin
˝Şöhrət və Şərəf˝ ordeni (2009), Gürcüstan Res-
publikasının “Qoyunun qızıl dərisi” ordeni (2009)
və s. layiq görülmüşdür.
Azərbaycan Respublikasının “Şöhrət” (1994),
“İstiqlal” (1999) və “Şərəf” (2009) ordenləri ilə
təltif edilmişdir.