Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə300/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   296   297   298   299   300   301   302   303   ...   507
12

13

Ə d ə b i y y a t

Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri [Mətn] /F.Əliyev, Ş.Ağayev; red. C.Məmmədli.- Bakı: Elm, 2011.- 151 s.

İnformatika telekommunikasiya radioelektronika üzrə ingiliscə-rusca- azərbaycanca terminoloji lüğət [Mətn] /Ə.Abbasov, F.Əliyev, 

Ə.Əliyev, F.Əhmədov.- Bakı: Elm, 2004.- 296 s.

Azərbaycanda elmin problemləri və inkişaf perspektivləri [Mətn] /F.Əliyev, Ş.Ağayev; red. C.Məmmədli; rəyçi B.Ağayev, 

A.Bayramoğlu.- Bakı: Elm, 2011.- 150 s.

İ n t e r n e t d ə

www.adam.az

www.az.wikipedia.org

65  

illiyi

Akademik


245

Riyaziyyat.Fizika.Astronomiya

Maqsud Əliyev

1924

AVQUST

Maqsud  İsfəndiyar  oğlu    Əliyev 

1924-cü  il  avqustun  27-də  Tiflis 

şəhərində anadan olmuşdur. 

1941-1943-cü  illərdə  Tiflis  Dövlət 

Universitetinin 

fizika-riyaziyyat 

fakültəsində tələbə olmuş, 1943-1945-

ci illərdə isə Sovet Ordusu sıralarında 

xidmət etmişdir.

1950-ci ildə Azərbaycan Dövlət Uni-

versitetinin fizika-riyaziyyat fakültəsini 

bitirmiş, Politexnik İnstitutunda, Neft və 

Kimya İnstitutunda, Azərbaycan Dövlət 

Universitetində pedaqoji iş aparmışdır. 

Maqsud Əliyevin selenin kristallaşma-

sına, elektrik, optik və istilik xassələrinə 

az  miqdarda  aşqarların  təsirinin  ilk 

tədqiqatçılarından  biridir.  M.İ.  Əliyev 

bu  nəticələri  ümumiləşdirərək  1957-ci 

ildə namizədlik dissertasiyasını müdafiə 

etmişdir.

M.İ.Əliyev 1961-ci ildən  Azərbaycan 

EA  Fizika  İnstitutunda  əvvəlcə  böyük 

elmi işçi, sonralar isə “Yarımkeçiricilərdə 

köçürmə  hadisələri”  laboratoriyası-

nın  müdiri  vəzifəsində  çalışmışdır. 

Maqsud  Əliyevin  tədqiqatlarında  əsas 

yerlərdən  birini  yarımkeçiricilərin  

istilikkeçirməsi problemi tutur. O, 1966-

cı ildə fizika-riyaziyyat elmləri doktoru 

elmi dərəcəsini, 1967-ci ildə isə profes-

sor adını almış, bir sıra orden, medal və 

diplomlara layiq görülmüşdür.

Akademik  Maqsud  Əliyev  ittifaq 

mətbuatında  və  xarici  mətbuatda  dərc 

olunmuş 300-dən artıq elmi məqalənin 

və  20  ixtiranın  müəllifidir.  Onun 

“Yarımkeçiricilərin  istilikkeçirməsi” 

adlı kitabı şöhrət qazanmışdır.

O,  1950-ci  ildən  respublika-

nın  bir  çox  ali  məktəblərində  as-

sistent,  baş  müəllim,  dosent  və 

professor  vəzifələrində  işləyərək  pe-

daqoji  fəaliyyət  göstərmişdir.  1969-cu 

ildə  Azərbaycan  Respublikası  EA-nın 

müxbir  üzvü,  1980-cı  ildə  isə  həqiqi 

üzvü seçilmişdir.

Maqsud  Əliyev  Azərbaycan  Res-

publikası  EA  fizika-riyaziyyat  və  tex-

nika  elmləri  bölməsinin  akademik-

katibinin 

müavini 

vəzifəsində 

işləyərək,  aktiv  elmi  təşkilatçılıq  işi 

aparır.  O, Azərbaycan  EA-nın  “Fizika 

problemləri”  elmi  şurasının  sədr  mü-

avini,  Rusiya  EA  Rəyasət  Heyətinin 

“Yarımkeçiricilər  fizikası  və  kimyası” 

kompleks  problemi  və  “Yarımkeçirici 

materialşünaslığının  fiziki-kimyasının 

əsasları”  üzrə  elmi  şuraların  üzvüdür. 

Akademik M.Əliyev “Fundamental və 

tətbiqi  işlər”  üzrə  komissiyanın  sədri 

kimi  1986-2005-ci  illər  üçün  elmi-

texniki  tərəqqi  kompleks  proqramının 

tərtib olunmasında fəal iştirak etmişdir. 

Elmi nailiyyətlərin fəal təbliğatına görə 

Maqsud  Əliyev  keçmiş  Ümumittifaq 

“Bilik”  Cəmiyyətinin  Fəxri  Fərmanı 

ilə  təltif  olunmuşdur. Akademik  Maq-

sud  Əliyevin  adı  “Respublika  Əmək 

Şöhrəti” kitabına yazılmışdır.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   296   297   298   299   300   301   302   303   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin