242
Allahşükür Paşazadə
1949
AVQUST
Allahşükür Hümmət oğlu Paşazadə
1949-cu il avqust ayının 26-da
Azərbaycan Respublikası Lənkəran
rayonunun Cil kəndində anadan ol-
muşdur. Orta məktəbi bitirdikdən
sonra 1966-68-ci illərdə sovxozda
fəhləlik etmişdir. Yerli ağsaqqallar-
dan gizli şəkildə dini biliklər öyrənən
A.Paşazadə 1968-70-ci illərdə Buxa-
rada “Mir-Ərəb” mədrəsəsində təhsil
almışdır. 1971-ci ildə İmam əl-Buxari
adına Daşkənd İslam Universitetinin
ilahiyyat fakültəsinə daxil olmuş və
1975-ci ildə oranı müvəffəqiyyətlə
bitirərək tam ali dini təhsilə yiyə-
lənmişdir. 1975-ci ildən Qafqaz
Müsəlmanları İdarəsində məsul katib,
1978-ci ildən “Təzəpir” məscidinin
axundu, İdarənin sədr müavini
vəzifələrində çalışmışdır. 1980-ci ildə
Qafqaz Müsəlmanları İdarəsinin sədri
vəzifəsinə seçilmiş və Şeyxülislam
rütbəsi almışdır. XII Şeyxülislamdır.
Qafqaz Müsəlmanları İdarəsi Qazılar
Şurasının sədridir. Qafqaz xalqlarının
sülhməramlı niyyətlərinin tərəfdarı və
müdafiəçisi olan A.Paşazadə 1986-cı
ildə Bakıda keçirilən “Müsəlmanlar
sülh uğrunda mübarizədə” Beynəlxalq
İslam konfransının təşəbbüskarı və
onun daimi fəaliyyət göstərən komis-
siyasının sədridir. A.Paşazadə 1987-ci
ildə Moskvada keçirilən “Nüvə silah-
sız dünya, bəşəriyyətin xilası uğrun-
da” Beynəlxalq forumun təşəbbüskar
qrupunun başçısı və həmsədri olmuş-
dur. 1989-cu ildə SSRİ Ali Sovetinin
xalq deputatı seçilmişdir. 1990-1995-
ci illərdə Azərbaycan Respublikası Ali
Sovetinin deputatı olmuşdur. Qafqaz
müsəlmanlarının 2003-cü ildə keçiril-
miş XI qurultayında ömürlük Şeyxü-
lislam seçilmişdir.
A.Paşazadə
Ümumdünya
İs-
lam Konqresi, Ümumdünya Xalq
Rəhbərliyi, Ümumdünya Sülh Şurası,
Avrasiya İslam Şurası, “Vicdana ça-
ğırış” Beynəlxalq Fondu və bir sıra
digər beynəlxalq təşkilatların rəyasət
heyətlərinin üzvüdür.
1991-ci ildə keçmiş so-
vet respublikaları arasında bi-
rinci olaraq Azərbaycanın İslam
Konfransı Təşkilatına üzv qəbul olun-
masında Allahşükür Paşazadənin şəxsi
təşəbbüsünün böyük rolu olmuşdur.
Dini-ictimai xadim kimi, beynəlxalq
aləmdə malik olduğu böyük nü-
fuzdan istifadə edərək A.Paşazadə
Azərbaycan həqiqətlərini, Qarabağ
probleminin mahiyyətini tanınmış
din və dövlət liderləri ilə yüksək
səviyyəli görüşlərində, ən yüksək
xitabət kürsülərindən etdiyi çıxış və
məruzələrdə dünya ictimaiyyətinin
diqqətinə çatdırır, bölgəmizdə sülhün və
əmin-amanlığın möhkəmləndirilməsi
ilə bağlı geniş təbliğat aparır.
Qarabağ probleminin sülh yolu
ilə həll olunması üçün əlindən gələni
əsirgəməyən A.Paşazadə ermənilərin
dini liderləri ilə dəfələrlə görüşmüş,
Dostları ilə paylaş: