Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat  80



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə288/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   284   285   286   287   288   289   290   291   ...   507
235

Milli ədəbiyyat 

80 

illiyi

Şamil Xurşud

1934-1986

AVQUST

Şamil Xurşud oğlu Fərzəliyev 1934-

cü il avqust ayının 14-də Azərbaycanın 

Ucar  rayonunda  anadan  olmuşdur. 

Yazıçının  valideynləri  Ermənistanın 

Sisyan  rayonunun  Ağudi  kəndindən 

olmuş,  1920-ci  ildən  sonra  Ucara 

köçmüşlər.  Ali  təhsilini  Azərbaycan 

Dövlət  Universitetinin  jurnalistika 

fakültəsində almışdır. Hələ tələbə ikən 

səhnə əsərləri yazmış və ilk səhnə əsəri 

də  tələbə  vaxtı  teatrda  oynanılmışdır.  

Ali təhsilini uğurla başa vurduqdan az 

sonra onu Moskvaya - İctimai Elmlər 

Akademiyasına  göndərmişlər.  Orada 

ikiillik  təhsilini  bitirib  vətənə  qayıt-

mış, ömrünü yazıb-yaratmağa həsr et-

mişdir. Bir müddət Mərkəzi Komitədə 

Təbliğat və təşviqat şöbəsində təlimatçı 

vəzifəsində,  daha  sonra  “Azərbaycan 

gəncləri” qəzetində və “Kirpi” jurnalın-

da baş redaktor işləmişdir. Onun redak-

torluğu  vaxtında  Şahmar  Əkbərzadə, 

Tofiq  Mütəllibov,  Əbdul  Qəni,  Şahin 

Quliyev,  Aslan  Kəmərli  və  başqaları 

yaradıcılıq uğurları qazanmışlar.

Yazıçı-dramaturq,  jurnalist,  mil-

li  mətbuatımızın  inkişafına  var  gücü, 

təşkilatçılığı  ilə  qayğı  göstərən,  can 

yandıranlardan  biri  olan  Azərbaycan 

mətbuatı və jurnalistikasının görkəmli 

nümayəndəsi Şamil Xurşud Fərzəliyev 

çox  şərəfli,  özünəməxsus,  heç  kəsə 

bənzəməyən  bir  yaradıcılıq  və  ömür 

yolu  keçmişdir.  Onun  “Sizi  unut-

maram”,  “İnsan  yaşayır”,  “Azar-

keş  nənə”,  “Xəstələr”,  “Özüm  və 

özün”,  “Ağaclar  kəsilmədi”,  “Naxır-

çı  çörəyi”,  “Sakitlik  olmayacaq”  və 

s.  povest  və  hekayələr  kitablarının, 

“Sən tək deyilsən”, “Məhəbbət novel-

lası”,  “Yaz  yağışı”,  “Qvardiya,  irəli”, 

“Sevinc”,  “Yol  ayrıcında”  və  Mirzə 

Şəfi  Vazehin  həyatından  bəhs  edən 

“Bəxtiyar  deyil”  televiziya  tamaşala-

rı  və  səhnə  əsərlərinin  ictimai-bədii 

məzmunu,  milli  koloriti  və  üslubu 

altmış-yetmişinci  illər  ədəbiyyatında 

özünəməxsus  bir  iz  açıb.  Onun  bir 

neçə əsəri əsasında teletamaşalar lentə 

alınmışdır. 

1972-ci ildən son fəaliyyətinə kimi 

intibah  dövrü  kimi  tariximizə  yazıl-

mış  dövrə  “Azərbaycan  gəncləri” 

qəzeti  ayna  tutmuşdu.  Yüksək 

idarəçilik, təşkilatçılıqla bərabər, əmək 

qəhrəmanlarının  hünəri,  nailiyyətləri 

analitik təhlillərlə qəzetin səhifələrində 

canlandırılardı. 

Şamil Fərzəliyev 1986-cı ildə öm-

rünün  ən  gözəl  çağında  -  52  yaşında 

vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   284   285   286   287   288   289   290   291   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin