240
Milli Qəhrəmanlar
65
illiyi
Ələsgər Novruzov
1949-1992
AVQUST
Ələsgər Xanlar oğlu Novruzov
1949-cu il avqust ayının 1-də Laçın
rayonunun Kürdhacı kəndində anadan
olmuşdur.
1966-cı ildə Kürdhacı kənd orta
məktəbini bitirmiş və 1968-70-ci illərdə
Ermənistan Respublikasının Leninakan
şəhərində hərbi xidmətdə olmuşdur.
Hərbi xidmətini başa vuraraq, 1971-ci
ildə Şuşa Pedaqoji Texnikumuna daxil
olmuş və 1973-cü ildə oranı bitirərək,
bədən tərbiyəsi müəllimi ixtisasına
yiyələnmişdir.
1979-cu ildə Xocalı şəhərinə
köçərək öz ixtisası üzrə müəllim
işləmişdir. 1988-ci ildə gizli yaranan
Xocalının Müdafiə Şurasının ilk beş
üzvündən biri Ə.Novruzov olmuşdur.
Azğınlaşmış ermənilərə qarşı keçirilən
əks əməliyyatlarda Ələsgər həmişə
fərqlənmişdir. 1992-ci il fevralın 25-
dən 26-a keçən gecə Xocalı soyqırı-
mında soydaşlarımızın təhlükəsizliyini
təmin etmək üçün var gücü ilə vuruş-
muşdur. Düşmənlər böyük çətinliklə
Ə.Novruzovu əsir götürmüş və böyük
işgəncə ilə qətlə yetirmişlər. Doğma
kəndi Kürdhacıda dəfn edilmişdir.
Ailəli idi. Üç övladı yadigar qalıb.
Azərbaycan Respublikası Preziden-
tinin 25 fevral 1997-ci il tarixli 553 say-
lı Fərmanı ilə Novruzov Ələsgər Xanlar
oğluna ölümündən sonra “Azərbaycanın
Milli Qəhrəmanı” fəxri adı verilmişdir.
Ölümündən sonra Məhəmməd
Əsədov adına mükafata layiq görül-
müşdür.
Dostları ilə paylaş: