Kbt я25 uot (059) Baş redaktor


Tarixdə bu gün Cəbrayıl rayonunun işğalı



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə307/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   303   304   305   306   307   308   309   310   ...   507
250

Tarixdə bu gün

Cəbrayıl rayonunun işğalı

1993

AVQUST

Sahəsi:  1049  

km² 

Əhalisi: 54430

İşğal tarixi: 23.08.1993 

1993-cü  il  avqust  ayının  23-də 

Cəbrayıl rayonu işğalçı erməni silahlı 

qüvvələri tərəfindən zəbt edilmişdir.

1994-cü  il    Horadiz  əməliyyatı   

zamanı  Milli  Ordunun  hərbi  silah-

lı  qüvvələri  şəhər  mərkəzinə  və 

Xudafərin  körpüsü  istiqamətində 

irəliləsə  də,  Cəbrayılın  yalnız  Cocuq 

-Mərcanlı  kəndi  düşmən  işğalından 

azad olunmuşdu.

İşğaldan  əvvəl    rayonda  72  orta 

və  natamam  orta  məktəb,  3  musiqi 

məktəbi, 12 mədəniyyət evi, 32 klub, 

10  mədəni  çadır  və  avtoklub,  78  ki-

tabxana, 3 daimi, 4 səyyar kinoqurğu 

fəaliyyət  göstərmişdi.  Zəngin  ekspo-

natları  olan  tarix-diyarşünaslıq  mu-

zeyi olmuşdu. Əhaliyə 210 çarpayılıq 

mərkəzi xəstəxana və ümumi çarpayı 

sayı 245 yer olan kənd xəstəxanaları, 

Dağ  Tumas,  Quycaq,  Balyand 

kəndlərində  11  həkim,  52  feldşer  - 

mama məntəqəsi xidmət göstərirdi.

Cəbrayıl  rayonunda  respublika 

və  rayon  əhəmiyyətli  120-dək  tari-

xi  memarlıq  abidəsi,  qiymətli  ağac 

növlərindən ibarət meşələr, böyük eh-

tiyata malik yeraltı sərvətlər, qeyri-adi 

flora  və  faunası  ilə  seçilən  Diridağın 

özünəməxsus  təbiət  guşələri,  mineral 

maddələrlə zəngin su mənbələri erməni 

işğalçıları tərəfindən dağıdılaraq məhv 

edilmişdir. 

Ümumiyyətlə,  döyüşlərdə  180, 

atəşkəs  dövründə  isə  16  nəfər  həlak 

olmuş,  14  nəfər  polis,  60  nəfər  mül-

ki şəxs dünyasını dəyişmiş, 90 nəfərə 

yaxın  isə  əsir  və  itkin  düşmüşdür. 

Cəbrayıllılar içərisində 180 nəfərə ya-

xın  Qarabağ  müharibəsi  əlili  statusu 

almış, 6 nəfər isə “Azərbaycanın Milli 

Qəhrəmanı”  fəxri  adına  layiq  görül-

müşdür.  Cəbrayıllılar  arasında  351 

nəfər şəhid ailəsi var.

2006-2007-ci  illər  ərzində  erməni 

işğalçıları  tərəfindən  rayonun  16  min 

hektardan  artıq  ərazisində  yanğınlar 

törədilmişdir. 

Ölkənin  58  bölgəsinə  səpələnən 

cəbrayıllılar daha çox Beyləqan, İmiş-

li, Sabirabad, Saatlı, Biləsuvar rayon-

larında məskunlaşmışlar. 

Biz  inanırıq  ki,  qələbə  uzaqda  de-

yil.  Ali  baş  komandanın  yürütdüyü 

uzaqgörən  siyasət,  apardığı  danışıq-

lar nəticəsində torpaqlarımız işğaldan 

azad  olacaq,  bütün  həmvətənlərimiz 

öz yurd-yuvalarına dönəcəklər.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   303   304   305   306   307   308   309   310   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin