252
AVQUST
23
Tarixdə bu gün
500
illiyi
Çaldıran döyüşü
1514
İYUL
Çaldıran döyüşü - Səfəvilər və Osmanlılar ara-
sında 1514-cü il avqustun 23-də Çaldıran düzündə
(Maku şəhəri yaxınlığında) baş vermişdir.
Ağqoyunluların süqutundan sonra Səfəvilər
qısa zamanda tarixi Azərbaycan torpaqlarını və
ona yaxın əraziləri birləşdirməklə kifayətlənməyib,
Asiyanın bir hissəsini, Xorasan və İraq kimi va-
cib regionları da özlərinə tabe etdilər. Qısa za-
manda bu cür yüksəliş Səfəvilər dövlətinin Qərb
sərhədlərində yerləşmiş və sürətlə böyüməkdə
olan başqa bir türk mənşəli sülalənin maraqlarına
zidd idi.
Hələ Səfəvilərin Ərdə
bil hakimliyi
dövründə
onların hakimiyyətə gəlmələrində, hərbi-siyasi
qüvvə kimi meydana çıxmalarında Anadoludakı
türk-qızılbaş tayfaları çox mühüm rol oynamışdı-
lar. Səfəvilərlə sıx əlaqəsi olan bu tayfalar Osmanlı
ərazisində böyük təhlükə idi. Səfəvilərlə müharibə
təqdirində Osmanlı imperiyası ərazisində yaşayan
qızılbaşların arxada üsyan qaldıracağından çəkinən
Sultan I Səlim (1512-1520) onlardan təqribən 40
minini edam və sürgün etdirdi. Beləliklə, özünə
arxadan müdafiəni təmin etdi.
Döyüşün baş tutmasında Səfəvi hökmdarı I
Şah İsmayıl və Osmanlı sultanı I Səlimin bir-
birlərinə bəslədikləri münasibətlər də rol oynamış-
dır. Sultan II Bayazid Osmanlının genişlənməsinə
çox da çalışmır, ölkənin daha çox mədəni inki-
şafına fikir verirdi. Ona görə də Şərqdə sürətlə
güclənən Səfəvilər onun üçün təhlükəli görün-
mürdü, əksinə gözəl şair olan I Şah İsmayıl və
mədəniyyətə böyük maraq göstərən II Bayazid
arasında isti münasibətlər formalaşmış, 1504-cü
ildə isə Səfəviləri bir dövlət kimi tanımışdı. II Ba-
yazid həyatda ola-ola özündən böyük qardaşlarını
öldürməklə hakimiyyətə gələn Bəyazidin üçüncü
oğlu sultan I Səlim isə ölkənin coğrafi cəhətdən
genişlənməsini, babası Fateh Sultan Məhəmmədin
yolunu davam etdirmək istəyirdi. Belə olan hal-
da I Səlim və I İsmayıl arasında münasibətlər çox
kəskin idi və bir-birlərinə göndərdikləri söyüşlü
məktublar da bunu təsdiqləyirdi.
Təqribən 300 top, tüfənglə silahlanmış yeniçəri
dəstələri və s. qoşun növlərindən ibarət Osmanlı
ordusu avqust ayında Səfəvilər dövlətinin ərazisinə
soxuldu. Avqustun 23-də baş verən döyüşdə hər iki
tərəf ağır itikiyə məruz qaldı. Osmanlı ordusunun
sağ cinahında Anadolu bəylərbəyisi Sinan paşa, sol
cinahında isə Rumeli bəylərbəyisi Həsən paşa ko-
mandanlıq edirdi. Bir-birinə zəncirlə bağlanmış top-
lar və yeniçəri dəstələri mərkəzdə yerləşdirilmişdi.
Heç bir odlu silahı və topu olmayan qızılbaş ordu-
su sayca osmanlılardan xeyli az idi. Müharibəyə
kifayət qədər hazırlaşmayan I Şah İsmayıl yaxın
adamlarının məsləhətinə baxmayaraq, düşməni
qəflətən yaxalayaraq məğlubiyyətə uğratmaq üçün
gözlənilmədən hücum etməkdən boyun qaçırdı.
Səfəvi ordusunun sağ cinahında Durmuş xan Şam-
lı, sol cinahında isə Məhəmməd xan Ustaclı ko-
mandanlıq edirdi. I Şah İsmayıl təkbətək döyüşdə
Osmanlı pəhlivanı Əlibəy Məlquc oğlunu qılınc-
dan keçirdi. Lakin Osmanlı piyadasını geri oturdan
qızılbaş süvarisi düşmən toplarının atəşinə məruz
qaldı. Yaralanmış I Şah İsmayıl ölkənin daxilinə
doğru çəkildi. Məğlubiyyətə uğrayan qızılbaşlar
Məhəmməd xan Ustaclı, Sarı Pirə Ustaclı, Hüseyn
bəy Lələ Şamlı, Xadim bəy Xülafə, osmanlılar isə
Həsən paşa, Məlquc oğlu, Üveys bəy, Süleyman
bəy kimi sərkərdələrini itirdilər. Hücuma keçən
Osmanlı qoşunu Xoy, Mərənd və Təbrizi tutdu.
Lakin Osmanlı ordusunda müharibəni davam
etdirmək əleyhinə narazı əhvali-ruhiyyə yaradıl-
dığından sultan I Səlim Təbrizdə cəmi 6 gün qal-
dıqdan sonra şəhəri tərk etdi. Sultan I Səlim geri
çəkilərkən bir neçə min sənətkar ailəsini İstanbula
köçürdü. Döyüşdə həlak olanların sayı barəsində
mənbələrdə məlumatlar ziddiyyətlidir. Çaldıran-
dakı məğlubiyyət Səfəvilər dövlətinin hərbi-siyasi
nüfuzuna ağır ziyan vurdu.
Tarix boyu düşmən qabağında yenilməyən
türklər həmişə daxili çəkişmələrin qurbanları
olublar. Necə deyərlər, türkü düşmən deyil, tür-
kün özü yenib və bu da sonda günümüzdə yaşanan
faciələrimizə gətirib çıxarıb.
Dostları ilə paylaş: