299
Tarixdə bu gün
Bakıda və Gəncədə dövlət çevrilişi
1994
OKTY
ABR
1994-cü il oktyabr ayının 4-də Bakı-
da və Gəncədə dövlət çevrilişinə cəhd
olmuşdur. Çevrilişə hazırlıq olaraq
oktyabrın 3-nə keçən gecə DİN-in Xü-
susi Təyinatlı Polis Dəstəsinin rəhbəri
Rövşən Cavadov və qardaşı, Bakının
Xətai rayonunun prokuroru Mahir Ca-
vadov Respublika Prokurorluğuna bas-
qın etmişdilər. Səhərisi proseslərin əsas
idarəçisi olan baş nazir Surət Hüseyno-
vun göstərişi ilə silahlı dəstələr Gəncədə
hakimiyyəti devirməyə cəhd etmişdilər.
Oktyabrın 4-də Gəncə şəhərində baş
vermiş dövlət çevrilişi cəhdi nəticəsində
qiyamçılar tərəfindən dövlət orqanları
zəbt edilmiş və dinc əhaliyə qarşı zora-
kılıq işlədilmişdir. Qiyamın yatırıldığı-
na baxmayaraq burada iştirak etmiş bir
sıra cinayətkar dövlətçiliyin əleyhinə
yönəlmiş fəaliyyətlərini davam etdir-
miş və şəhərdə ictimai asayişin pozul-
masına cəhdlər göstərmişdilər. Bu da
şəhərdə müəyyən gərginliyin qalmasına
və əhalinin haqlı narahatlığına səbəb ol-
muşdu. Fəaliyyətləri pozulmuş dövlət or-
qanlarının normal işinin təmin edilməsi,
şəhərdə qanunçuluğun bərpa edilməsi,
baş qaldırmış cinayətkar ünsürlərə qar-
şı mübarizənin gücləndirilməsi qəti
tədbirlər tələb edirdi.
Həmin kritik vaxtda Prezident Heydər
Əliyevin tədbirli siyasəti və qətiyyəti
sayəsində bu cəhdin qarşısı alınmış,
Gəncədə çevriliş etmək istəyən qüvvələr
zərərsizləşdirilmişdi. Oktyabrın 4-ü
gecə ümummilli lider Heydər Əliyevin
çağırışı ilə Bakıda Prezident Aparatı-
nın binası önünə toplanan on minlərlə
insan dövlət başçısına dəstək vermişdi.
Elə həmin gün, oktyabrın 4-də Heydər
Əliyev bədxahlarımızın heç birinin
gözləmədiyi bir addım ataraq onları mat
qoymuşdu. Belə ki, ulu öndər dünyanın
bütün dövlətlərinə, hökumətlərinə və
beynəlxalq təşkilatlarına Azərbaycanda
yaranmış vəziyyətlə bağlı müraciət
ünvanlamışdı. Müraciətdə deyilirdi:
“Demokratik, hüquqi dövlət quran,
bütün dünya ilə açıq siyasət yeridən
Azərbaycan Respublikası təhlükədədir.
Birbaşa xaricdən yönəldilən qüvvələr
zor işlədərək silahlı qiyam yolu ilə
dövlət çevrilişi etməyə cəhd göstərirlər...
Bu çətin dəqiqələrdə mən, Sizə müraciət
edərək hamınızı Azərbaycanın qanuni
rəhbərliyini, onun xalqının müstəqillik
və suverenliyini qorumaq, zorakılıq
və irticanın təntənəsinə yol verməmək
naminə bütün imkanlarınızdan istifadə
etməyə çağırıram”. Ertəsi günü “Azad-
lıq” meydanında keçirilən ümumrespub-
lika həmrəylik mitinqində isə ulu öndər
demişdir: “Beləliklə, biz dünyanın bö-
yük ölkələrinin, dünya ictimaiyyətinin
Azərbaycanda gedən hadisələrə ma-
rağını görürük. Eyni zamanda, dövlət
başçılarının Azərbaycan dövlətini
dəstəklədiklərini də görürük. Bütün bun-
lara görə mən, bu gün bizimlə həmrəy
olan dövlət başçılarına, dövlət orqanla-
rına öz təşəkkürümü, minnətdarlığımı
bildirirəm”.
Dostları ilə paylaş: