Dövlət Müstəqilliyi Günü
1994
OKTY
ABR
Azərbaycan bir əsrdə iki dəfə
müstəqillik əldə etmək, özünün su-
veren dövlətini yaratmaq imkanı qa-
zanmışdı. Təəssüf ki, birinci imkan
xarici müdaxilə, daxili çəkişmələr
və beynəlxalq təminatın olmaması
səbəblərindən itirilmişdi.
1918-ci ildə qurulmuş Azərbaycan
Xalq Cümhuriyyəti cəmi 23 ay yaşa-
mışdı. İkinci tarixi imkan bir də 70 il
sonra yetişmiş, Sovet imperiyasının
dağılması Azərbaycan xalqına öz milli
müstəqilliyini bərpa etmək imkanı ver-
mişdi.
1991-ci il oktyabr ayının 18-də
Azərbaycan Respublikası Ali Soveti-
nin sessiyasında “Azərbaycanın dövlət
müstəqilliyi haqqında Konstitusiya
Aktı” qəbul olunmuşdur. Bu mühüm
tarixi sənədlə xalqımız uzun illərdən
bəri həsrətində olduğu azadlığına qo-
vuşmuş, bununla da, Azərbaycanın
tarixində yeni dövrün başlanğıcı qo-
yulmuşdu.
Azərbaycan Respublikasında 1991-
ci il dekabr ayının 29-da ümumxalq
səsverməsi keçirilmiş, Azərbaycan
xalqı yekdilliklə respublikanın dövlət
müstəqilliyinə tərəfdar çıxmışdı.
Müstəqilliyi elan edilmiş Azər-
baycan Respublikası çox mürəkkəb
tarixi şəraitdə fəaliyyət göstərməyə
başlamışdı. Onun müstəqilliyini dünya
dövlətləri tanımışdır. Azərbaycan Res-
publikasını ilk olaraq 1991-ci il noyabr
ayının 9-da Türkiyə Cümhuriyyəti,
sonra Rumıniya (11 dekabr 1991), Pa-
kistan (13 dekabr 1991), İsveçrə (23
dekabr 1991), İran (25 dekabr 1991),
ABŞ (23 yanvar 1992), Rusiya (10 ap-
rel 1992) və b. dövlətlər tanımışdılar.
Azərbaycanın BMT-yə üzv qəbul
olunması ilə (2 mart 1992) onun
beynəlxalq aləmdə de-fakto tanınma-
sına başlanmışdı. Lakin müstəqilliyini
qazandıqdan iki il sonra xalqımız
yenidən onu itirmək təhlükəsi ilə
üzləşmişdi. Bir tərəfdən Ermənistan si-
lahlı qüvvələrinin təcavüzü nəticəsində
geniş miqyas almış Birinci Qarabağ
müharibəsi, digər tərəfdən dövlət
rəhbərliyində olan səbatsız, səriştəsiz
adamların yeritdikləri səhv siyasət
və daxildə gedən siyasi çəkişmələr,
separatçılıq hərəkatı müstəqilliyin
beşiyindəcə boğulması təhlükəsini
reallaşdırmışdı. Lakin böyük siyasi
təcrübəyə malik olan Heydər Əliyevin
ölkədə hakimiyyətə qayıdışı ilə bu
təhlükə sovuşmuşdu.
1994-cü ilin 15 oktyabr tarixindən
etibarən Azərbaycan Respublikası Pre-
zidentinin Fərmanı ilə 18 Oktyabr tari-
xi Dövlət Müstəqilliyi Günü kimi qeyd
edilir.
Dostları ilə paylaş: |