Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə374/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   370   371   372   373   374   375   376   377   ...   507
Zəngilan rayonunun

işğalı günü

1993 

OKTY

ABR

Zəngilan  rayonu  1993-cü  il  okt-

yabr  ayının  29-da  erməni  işğalçıları 

tərəfindən  işğal  olunmuşdur.  Zəngilan 

ərazisi  ən  qədim  insanların  yaşayış 

məskənlərindən  hesab  olunur.  Bölgə 

ərazisində  mövcud  olan  bir  neçə  ma-

ğara  (Əsgülüm  və  Süsən  dağlarında) 

burada  ibtidai  insanların  yaşayışından 

xəbər verir. 

Zəngilan rayonu 1930-cu ildə təşkil 

olunmuşdur. Rayonun sahəsi 707 

km²



əhalisi isə 33900 nəfərdir. Rayonda bir 



şəhər, bir şəhər tipli qəsəbə, bir qəsəbə, 

81  kənd  var  idi.  Mərkəzi  Zəngilan 

şəhəridir. 

 XX əsrin sonu Azərbaycan xalqının 

tarixinə faciələrlə dolu bir dövr kimi ya-

zılmışdı. Ölkədə mövcud ictimai-siyasi 

vəziyyət,  daxili  çəkişmələr,  bir-birinə 

xəyanət edən silahlı birləşmələrin bəd 

əməlləri  torpaqlarımızın  itirilməsi  ilə 

nəticələndi.  Zəngilan  da,  digər  rayon-

larımız kimi xəyanətin qurbanı olmuş, 

təqvimimizdə daha bir qara günün sayı 

artmışdı - 29 oktyabr 1993-cü il.

 Zəngilanın işğalı artıq 1992-ci ildə 

faktiki olaraq reallaşmışdı. Ermənilərin 

hücumu iyunun 29-da olmuş, çox ağır 

və qanlı döyüşlər iki saat çəkmişdi. Ar-

tıq iyulun 6-da düşmən rayon mərkəzini 

atəşə  tutmuş,  bütün  yayı  Zəngilanın 

kəndləri  və  rayon  mərkəzi  düşmən 

atəşinə  məruz  qalmışdı.  Bir  müddət 

fasilə  verdikdən  sonra  oktyabrın  20-

də ermənilərin döyüş təyyarələri rayon 

mərkəzini  bombalamışdı.  Beləliklə 

də,  1992-ci  ilin  sonuna  Zəngilanın 

13  yaşayış  məntəqəsi,  bir  çox  strate-

ji  yüksəklikləri  düşmənin  əlinə  keç-

mişdi.  Oktyabrın  sonuna  yaxın  rayon 

tam  mühasirə  vəziyyətinə  düşmüşdü. 

Oktyabrın  25-26-da  Sığırt  və  Bartaz 

yüksəklikləri  işğal  olunmuş,  bununla 

da Zəngilanın mühasirəsi başa çatmış-

dı.

Təxminən  34  min  əhali  İran 



sərhədinə  -  Araz  çayının  kənarına 

toplaşmışdı.  Gur  sulu Araz  çayını  isə 

keçmək  mümkün  deyildi.  Xalqımızın 

xilaskarı,  ulu  öndərimiz  H.Əliyev  bu 

dəfə də xalqın köməyinə gəlmişdi. O, 

İran hökuməti ilə danışıqlar aparmış və 

Araz çayı üzərindəki bənddə suyu bağ-

latdırmışdı. Yalnız bundan sonra əhali 

çayı  keçib  xilas  olmuşdu.  Buna  görə 

də, zəngilanlılar Heydər Əliyeva daim 

minnətdardırlar.

Zəngilanda nəyimiz qaldi?   

Zəngilan boyda Vətən;

Dünyada II, Avropada I Nadir Çinar 

meşələri;

Torpaq  üzərində  olan  bütün  var-

dövlət; 

67  məktəb,  56  kitabxana,  34  klub, 

9  mədəniyyət  evi,  7  xəstəxana,  6  iri 

dəmiryol  stansiyası,  2  şərab  zavodu, 

konserv zavodu, dəmiryol deposu...

Hazırda 


Zəngilan 

rayonunun 

məcburi köçkünləri Bakıda və respub-

likamızın  43  rayonunda  müvəqqəti 

məskunlaşmışdır.  Zəngilan  rayo-

nunda  erməni  təcavüzü  nəticəsində 

Milli  Ordunun  33  nəfər  döyüşçüsü 

qəhrəmancasına  həlak  olmuş,  7  nəfər 

polis  işçisi  itkin  düşmüşdür.  Zəngilan 

200 nəfərdən çox şəhid vermiş, 12800 

uşaq zərər çəkmiş, 395 uşaq yetim qal-

mışdır.  44  nəfərin  aqibəti  bəlli  deyil, 

127 nəfər isə müharibə əlilidir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   370   371   372   373   374   375   376   377   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin