341
Milli ədəbiyyat
90
illiyi
Nəbi Xəzri
1924-2007
DEKABR
Nəbi Ələkbər oğlu Babayеv (Nəbi
Xəzri) 1924-cü il dekabr ayının 10-
da Bakı şəhəri yaxınlığında Xırdalan
kəndində anadan olmuşdur. Orta məktəbi
bitirib əmək fəaliyyətinə başlayan Nəbi
Xəzri 1942-1943-cü illərdə İkinci Dün-
ya müharibəsində iştirak etmiş, ordudan
tərxis olunduqdan sonra isə 1943-1945-
ci illərdə “Kommunist” qəzeti redaksi-
yasında korrektor və Azərbaycan radio-
sunda diktor vəzifələrində çalışmışdır. O,
1945-1947-ci illərdə Azərbaycan Dövlət
Universitetində,1947-1949-cu illərdə
Leninqrad (indiki Sankt-Peterburq)
Dövlət Universitetində, 1949-1952-ci
illərdə Maksim Qorki adına Ədəbiyyat
İnstitutunda ali təhsil almışdır.
1952-ci ildə təhsilini başa vuran Nəbi
Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçı-
lar İttifaqında məsləhətçi, 1957-1958-ci
illərdə “Ədəbiyyat və incəsənət” qəzeti
redaksiyasında ədəbi işçi olmuşdur. O,
1958-1965-ci illərdə Azərbaycan Yazıçı-
lar İttifaqının katibi, 1965-1971-ci illərdə
Azərbaycan Dövlət Televiziya və Radio
Verilişləri Komitəsi sədri, 1971-1974-cü
illərdə isə Azərbaycan mədəniyyət nazi-
rinin müavini vəzifələrində işləmişdir.
1974-cü ildən etibarən Azərbaycanın
Xarici Ölkələrlə Dostluq və Mədəni
Əlaqə Cəmiyyətinin Rəyasət Heyətinə
sədrlik edən Nəbi Xəzri 1992-ci ildən
“Azərbaycan Dünyası” Beynəlxalq
Əlaqələr Mərkəzi adı altında fəaliyyət
göstərən həmin təşkilatın prezidenti ol-
muşdur.
Altmış ildən artıq ədəbiyyatımıza
xidmət etmiş şairin əsərləri mövzu
dairəsinin genişliyi və rəngarəngliyi ilə
səciyyələnir. Poeziyasının dilinə xas
olan şeiriyyət, rəvanlıq və axıcılıq Nəbi
Xəzri şeirlərinə bəstəkarların müraciət
etmələri üçün zəmin yaratmışdır. Xal-
qımızın tanınmış sənət ustalarının re-
pertuarında mühüm yer tutan bu əsərlər
Azərbaycan musiqi mədəniyyətinin
inciləri sırasına daxil olmuşdur.
Nəbi Xəzrinin şeir və poemaları dün-
ya xalqlarının dillərinə tərcümə edilərək
nəşr olunmuş, onun bədii tərcümələri
sayəsində isə Azərbaycan oxucusu dün-
ya poeziyası nümunələri ilə tanış ol-
maq imkanı əldə etmişdir. Nəbi Xəzri
qələminin məhsulu olan dram əsərləri
Azərbaycan teatrlarında uğurla tamaşa-
ya qoyulmuş, müəllifinə dramaturq kimi
də şöhrət qazandırmışdır.
Nəbi Xəzri ictimai xadim kimi səmərəli
fəaliyyət göstərmiş, tutduğu bütün
vəzifələrdə xalqımızın mədəniyyətinin
inkişafı, milli sənət nümunələrinin dün-
yada tanıdılması naminə qüvvə və baca-
rığını əsirgəməmişdir. O, otuz ildən artıq
Azərbaycan ədəbiyyatı və incəsənətinin
xarici ölkələrdə təbliği istiqamətində
təqdirəlayiq xidmətlər göstərmişdir.
Nəbi Xəzrinin ədəbi və ictimai
fəaliyyəti yüksək qiymətləndirilmişdir.
O, bir sıra orden və medallara, o
cümlədən Azərbaycan Respublikasının
ali dövlət təltiflərinə - “Şöhrət” və “İs-
tiqlal” ordenlərinə layiq görülmüşdür.
“İllər və sahillər” (1969), “Ulduz kar-
vanı” (1979), “Nəsillər-əsrlər” (1985),
“Ağ şimşəklər” (1986), “Torpaq sənə
and içirəm” (1989), “Ömür çinarından
yarpaqlar” (1995), “Əsrin qanlı laləsi”
(1996) və s. kitabların müəllifidir.
Nəbi Xəzri 2007-ci il yanvar ayının
15-də Bakı şəhərində vəfat etmişdir.
Dostları ilə paylaş: