342
DEKABR
16
Milli ədəbiyyat
85
illiyi
Dilarə Əliyеva
1929-1991
DEKABR
Dilarə Ələkbər qızı Əliyeva 1929-cu
il dekabr ayının 14-də Gürcüstan Res-
publikasının Tbilisi şəhərində anadan
olmuşdur.
97 saylı Azərbaycandilli şəhər orta
məktəbini bitirdikdən sonra 1945-
1950-ci illərdə ADU-nun Şərqşünaslıq
fakültəsində təhsil almışdır.
Azərbaycan EA Nizami adına Dil və
Ədəbiyyat İnstitutunun aspiranturasına
daxil olandan sonra Gürcüstan EA-nın
Şota Rustaveli adına Ədəbiyyat İnstitu-
tuna ezam edilmiş, “Azərbaycan-gürcü
ədəbi əlaqələrinin XIX əsr ədəbiyyatında
inikası” mövzusunda namizədlik dis-
sertasiyasını tamamlamış, 1954-cü ildə
müdafiə etmişdir.
1960-cı ildən Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Gürcüstanın Əməkdar
mədəniyyət işçisi (1980), Azərbaycan
Respublikası Ali Sovetinin deputatı
(1990) olmuşdur.
Azərbaycan EA Nizami adına Dil və
Ədəbiyyat İnstitutunda kiçik elmi işçi,
Nizami adına Ədəbiyyat Muzeyində
baş elmi işçi (1957-1959), Qədim və
orta əsrlər ədəbiyyatı şöbəsində mü-
dir (1959-1972), sonra Nizami adına
Ədəbiyyat İnstitutunun ədəbi əlaqələr
şöbəsində böyük elmi işçi (1972-1979),
Nizamişünaslıq şöbəsində böyük elmi
işçi (1979-1986), institutun Ədəbi
əlaqələr şöbəsində aparıcı elmi işçi
vəzifələrində işləmiş, (1986-cı ildən)
eyni zamanda bölmə müdiri kimi çalış-
mışdır.
1985-ci ildə “Nizami və gürcü
ədəbiyyatı” mövzusunda doktorluq
dissertasiyası müdafiə etmiş, filologiya
elmləri doktoru elmi adı almışdır.
1991-ci il aprel ayının 20-də avto-
mobil qəzasında faciəli şəkildə həlak
olmuş, Bakıda Fəxri Xiyabanda dəfn
olunmuşdur.
Qadın
Hüquqlarını
Müdafiə
Cəmiyyəti onun adını daşıyır.
Dostları ilə paylaş: