345
Şair
Milli ədəbiyyat
75
illiyi
Məmməd Aslan
1939
DEKABR
Məmməd Muxtar oğlu Aslanоv
(Məmməd Aslan) 1939-cu il dekabr
ayının 24-də Azərbaycanın Kəlbəcər
rayonunun Laçın kəndində anadan ol-
muşdur.
Klassik ədəbiyyata dərin bələd
olan atasının gözəl şeir demək təbi
olsa da, onları çap etdirməmişdir. La-
kin bunlar kiçik yaşlı oğlunda şeirə-
sənətə tükənməz həvəs oyatmışdır.
Kəlbəcər qəsəbəsində (indi şəhərdir)
orta məktəbi bitirdikdən sonra APİ-nin
filologiya fakültəsində təhsil almışdır
(1957-1962).
Məmməd Aslan əmək fəaliyyətinə
Kəlbəcər rayonundakı Yanşaq, İsti-
su kənd məktəblərində müəllim kimi
başlamışdır. O, Kəlbəcər qəsəbəsində
bir müddət müəllimlik etdikdən sonra
rayonda nəşr olunan çoxtirajlı “Yeni-
lik” qəzeti redaksiyasında məsul katib
işləmişdir.
1970-ci ilin axırlarında Bakıya köç-
müş, burada “Ulduz”, “Azərbaycan
təbiəti” jurnallarında, “Azərbaycan
gəncləri”, “Ədəbiyyat və incəsənət”
qəzeti redaksiyalarında çalışmış, “Ya-
zıçı” nəşriyyatında böyük redaktor ol-
muşdur.
Bədii yaradıcılığa 1960-cı ildə
“Azərbaycan müəllimi” qəzetində
çıxan ilk şeirilə başlamışdır. Döv-
ri mətbuatda müntəzəm çıxış et-
mişdir. Şair keçmiş SSRİ xalqları
ədəbiyyatından tərcümələrə xüsusi
qayğı ilə yanaşır. Zülfiyyənin “Torpa-
ğa səcdə”, qazax şairi Qədir Murzalı-
yevin “Bu bağda bülbüllər ötər” (1980)
şeirlər məcmuələrini şərikli tərcümə
etmişdir.
2010-cu ildə Xəzər Televiziyasında
“Sözün özü” verlişinin müəllifi və apa-
rıcısı olmuşdur.
Bir sıra beynəlxalq və respubli-
ka mükafatları laureatıdır. Əməkdar
incəsənət xadimidir. “Şöhrət” ordeni
ilə təltif edilmişdir (2000).
Dostları ilə paylaş: