Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə442/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   438   439   440   441   442   443   444   445   ...   507
Ə d ə b i y y a t

Aerokosmik informasi-

yanın emalı metodları 

və alqoritmləri [Mətn]: 

dərslik /A.Mehdiyev, 

K.Ramazanov; Azərb. 

Resp. Təhsil Nazirliyi; 

“AZAL” QSC, MAA.-

Bakı: [Mülki Aviasiya 

redaksiyası], 2010.-228 s.

Şaerokosmik monitorinq 

[Mətn]: [dərs vəsaiti] 

/A.Mehdiyev, B.Əzizov, 

C.Mehdiyev; elmi red. 

V.Hacıyev; rəyçilər: 

A.Gərayzadə, F.Qasımov.-

Bakı: Elm, 2005.-208 s. 

Arif Şəfaət oğlu Mehdiyev 

[Mətn]: biblioqrafiya        

/tərt.-müəl.: A.Əliyeva-

Kəngərli, İ.Səfərov; 

red. F.Hüseynova, 

G.Emamyari; AMEA, 

Mərkəzi Elmi Kitabxana.-

Bakı: Proqress, 2011.-  

213 s.

Ömrün qızıl payı-

zı [Mətn]: akademik 

Arif Mehdiyev -75                     

/red. A.Hacıyev; tərt. 

ed. T.Nizamov; ön söz. 

A.Əlizadə.- Bakı: Qanun, 

2009.- 215 s.

www.anl.az

19


359

Kimya.Biologiya.Tibb

100 

illiyi

Soltan Mehdiyev 

1914-1985  

DEKABR

Soltan Cəfər oğlu Mehdiyev 1914-

cü il dekabr ayının 2-də İsmayıllı ra-

yonunun  Lahıc  kəndində  anadan  ol-

muşdur.

1927-1931-ci illərdə Bakı Pedaqo-

ji  Texnikumunu  bitirərək,  kənd  orta 

məktəbində müəllim işləmişdir. 

1939-cu  ildə  Bakı  Dövlət  Univer-

sitetinin kimya fakültəsini bitirdikdən 

sonra V.V.Kuybışev adına Azərbaycan 

Elmi-tədqiqat  Neft  Emalı  İnstitu-

tunda  (1939-1943)  və  SSRİ  EA-nın 

Azərbaycan    filialının  Kimya  İnstitu-

tunda (1943-1945) müxtəlif vəzifələrdə 

çalışmış,  Azərbaycan  SSR  EA-nın 

Neft  İnstitutunda  laboratoriya  müdiri 

(1945-1956) və direktor (1956-1958), 

ADU və Az.NKİ-də dosent və profes-

sor (1965-1967) Azərbaycan SSR EA 

kimya  elmləri  bölməsinin  akademik 

katibi (1967-1973) olmuşdur. 

II Dünya müharibəsi illərində bəzi 

hərbi əhəmiyyətli partlayıcı maddələrin 

alınması üzərində çalışmışdır. 

1943-cü  ildə  Tbilisidə  namizədlik 

dissertasiyası, 1955-ci ildə isə Mosk-

vada  “Tsiklan  karbohidrogenlərinin 

sintezi  və  çevrilmələri  sahəsində 

tədqiqatlar”  mövzusunda  doktorluq 

dissertasiyası müdafiə etmişdir. 

1956-1958-ci  illərdə  Azərbaycan 

Neft İnstitutunun direktoru olmuşdur.

Əsas 


elmi 

işləri 


naften 

karbohidrogenlərinin 

izomerləşmə 

reaksiyasının  mexanizminin  alkilsik-

loheksan  karbohidrogenlərinin  xlor-

laşma  və  oksidləşdirici  ammonoliz 

reaksiyalarının  qanunauyğunluqları-

nı müəyyən etmişdir. Bakı benzinləri 

əsasında  nitrotoluolun,  izobutilendən 

izooktilenin,  ətriyyat  istehsalında 

işlədilən  heptilsiklopentanonun  alın-

ma  prosesləri  onun  rəhbərliyi  altında 

işlənib, sənayedə tətbiq olunmuşdur.

Yüksək ixtisaslı kadrların hazırlan-

masında  xidməti  olmuşdur.  “Xalqlar 

dostluğu” ordeni ilə təltif edilmişdir.

1958-ci  ildə  Azərbaycan  EA-nın 

müxbir  üzvü,  1968-ci  ildə  isə  həqiqi 

üzvü seçilmişdir. 

Akademik  S.Mehdiyev  10  elmlər 

doktoru və 75 elmlər namizədi yetiş-

dirmişdir. 

1979-cu 

ildə 


“Azərbaycanın 

Əməkdar elm xadimi”  fəxri adına la-

yiq görülmüşdür.

Görkəmli  akademik  Soltan  Meh-

diyev 1985-ci il oktyabr ayının 12-də 

Bakı şəhərində vəfat etmişdir.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   438   439   440   441   442   443   444   445   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin