363
Texnika
Şirəli Məmmədov
1904-1984
DEKABR
Şirəli Nəsir oğlu Məmmədov
(Nəsirzadə) 1904-cü il dekabr ayının
25-də Naxçıvanın Ordubad rayonunun
Dəstə kəndində anadan olmuşdur.
1916-1918-ci illərdə beşinci rus-tatar
məktəbində təhsil almışdır. 1921-1922-
ci illərdə Bakıda hərbi-siyasi kursu
bitirib və Moskvada Mixail İvanoviç
Kalinin adına fəhlə fakültəsində (1922-
1925), sonra isə Moskva Dağ-Mədən
İnstitutunda (1925-1930) təhsil almışdır.
Mədən mühəndisi ixtisasına yiyələnən
Şirəli Məmmədov 1931-1932-ci illərdə
Moskva Dağ-Mədən İnstitutunun as-
pirantı olmaqla yanaşı, Osetiyanın Sa-
don mədənlərində mühəndis işləmişdir.
1932-1933-cü illərdə Maqnitoqorsk
mədənlər idarəsi əsaslı tikinti şöbəsinin
rəisi vəzifəsinə irəli çəkilmiş, daha son-
ra Culfa mərgümüş kombinatının rəisi
(1934-1936) olmuşdur.
1936-cı ildə məzunu olduğu Moskva
Dağ-Mədən İnstitutuna qayıtmış, 1938-
ci ildə namizədlik, on il sonra isə dok-
torluq dissertasiyası müdafiə etmişdir.
Şirəli Məmmədov 1941-ci ildə doğma
Vətənə qayıtmışdır. Azərbaycan Elmlər
Akademiyasının Geologiya İnstitutunda
baş elmi işçi (1941-1943) kimi fəaliyyət
göstərmiş, sonra isə Naxçıvan Muxtar
Respublikasında duz mədəninin baş
mühəndisi və direktoru (1943-1944) ol-
muş, 1944-cü ildə Azərbaycan KP Nax-
çıvan Vilayət Komitəsinin ikinci katibi
vəzifəsinə təyin edilmişdir. 1947-1949-
cu illərdə Azərbaycan Elmlər Akademi-
yasının Neft İnstitutunda Mədən işləri
şöbəsinin rəhbəri, 1949-1950-ci illərdə
isə Azərbaycan Dövlət Universitetinin
professoru olmuşdur.
1950-ci
ildə
Daşkəsən
filiz
mədən idarəsinin rəisi vəzifəsinə
göndərilmişdir.
1953-1954-cü illərdə Azərbaycan
Dövlət Universitetinin elmi işlər üzrə
prorektoru, geofizika kafedrasının mü-
diri (1953-1959) vəzifələrində çalışmış-
dır.
1959-cu ildə Azərbaycan Elmlər
Akademiyasının müxbir üzvü, 1968-ci
ildə isə həqiqi üzvü seçilmişdir.
Azərbaycan Nazirlər Soveti yanında
yaradılmış Ali və Orta İxtisas Təhsili
Komitəsinin ilk sədri təyin edilmiş və
1959-1961-ci illərdə bu vəzifədə işləmiş,
1958-ci ildən ömrünün sonunadək
Azərbaycan Milli EA Geologiya İnstitu-
tunda mədən işləri bölməsinə rəhbərlik
etmişdir.
Elmi tədqiqatları filiz yataqlarının
yeraltı və açıq üsullarla işlənilməsi
sistemlərinin
və
texnologiyasının
təkmilləşdirilməsi məsələlərinin həllinə
həsr edilmişdir.
169 elmi əsərin, o cümlədən
13 mo-
noqrafiya, 5 dərslik və dərs vəsaitinin
müəllifidir.
Onun elmi fəaliyyəti və yüksək
təşkilatçılıq
bacarığı
layiqincə
qiymətləndirilmiş, “Əməkdə fərqlənməyə
görə” (1939), “Qafqazın müdafiəsinə görə”
(1945), “Böyük Vətən müharibəsində əmək
igidliyinə görə” (1945), “Əmək veteranı”
(1977) medalı və “Qırmızı Əmək Bayrağı”
ordeni (1946) ilə təltif edilmişdir. 1951-ci
ildə Azərbaycan SSR Ali Sovetinə deputat
seçilmiş, 1952-ci ildə isə Azərbaycan KP
MK-nın üzvlüyünə namizəd olmuşdur.
Şirəli Məmmədov 1984-cü ildə vəfat et-
mişdir.
Dostları ilə paylaş: