47
80
illiyi
Aida Tağızadə
1934
FEVRAL
Aida Zeynal qızı Tağızadə 1934-cü il
fevral ayının 5-də Şuşa şəhərində ana-
dan olmuşdur.
O, Asəf Zeynallı adına Musiqi
Kollecini qırmızı diplomla bitirərək,
Ü.Hacıbəyov adına Konservatoriyada
fortepiano üzrə ifaçılıq şöbəsində oxu-
muş, iki ildən sonra isə musiqişünaslığa
üstünlük verərək bu şöbədə təhsilini bö-
yük uğurla başa vurmuşdur.
Aida xanım 1958-ci ildən
Bakı M
u-
siqi Akademiyasında (BMA-da) Mu-
siqi tarixi kafedrasının müdiri kimi
fəaliyyət göstərir. O, pedaqoji işlə ya-
naşı, Azərbaycanın bir çox görkəmli
bəstəçiləri və ifaçıları haqqında mo-
noqrafiyaların, broşürlərin, oçerk və
məqalələrin müəllifidir. Bunlardan
biri Azərbaycan simfonik musiqisi-
nin təşəkkülü və inkişafında böyük
xidmətləri olan, dövrümüzün görkəmli
bəstəçisi Cövdət Hacıyevə həsr olunmuş
monoqrafiyadır. Aida xanımın 1985-ci
ildə növbəti kitabı görkəmli bəstəçimiz
Soltan Hacıbəyovun yaradıcılığına həsr
edilmişdir. Maraqlıdır ki, 1969-cu ildə
müdafiə etdiyi namizədlik dissertasiyası
da istedadlı sənətkarımızın əsərlərinin
təhlililə bağlıdır.
Fəaliyyəti boyu A.Tağızadə Azər-
baycan bəstəçilərinin yaradıcılığına
həssaslıqla yanaşaraq, milli musiqi
sənətimizi dövri mətbuatda, televiziya
çıxışlarında, elmi konfranslarda nəinki
vətənimizdə, hətta xarici ölkələrdə də
təbliğ etmişdir (İtaliya, Almaniya, Çe-
xoslovakiya, Türkiyə). Professional ifa-
çılıq sənətinə diqqət yetirən və dəyər
verən Aida Tağızadə yazılarında Müs-
lüm Maqomayev, Fidan və Xuraman
Qasımova bacıları, Sərvər Qəniyev, El-
mira Səfərova, Fəridə Quliyeva, Aida
Abdullayeva kimi sənətkarların yaradı-
cılıq portretlərinə geniş yer vermişdir.
Bundan başqa o, bir sıra elmi metodik
əsərlərin və dərsliklərin müəlliflərindən
biridir. Məsələn: “Azərbaycan musiqi
tarixi” (1987), “Azərbaycan musiqisi
müntəxabatı” (1969 – I c., 1985 – II c.),
“XX əsr Azərbaycan musiqisi” məqalələr
toplusunun tərtibçisi və elmi redakto-
ru olmuşdur. 1994-cü ildə çap olunan
toplunun birinci cildində milli musiqi
mədəniyyətinin tarixi mərhələləri bədii
estetik planda araşdırılmış və Azərbaycan
bəstəçilərinin üslub problemlərinin ana-
litik izahı verilmişdir.
Aida xanım 1996-2007-ci illərdə
fəaliyyətini qardaş Türkiyədə Ankara
Bilkənd Universitetində davam etdir-
mişdir. Bu illərdə o, Azərbaycan və onun
musiqi həyatı ilə əlaqələrini kəsməmiş,
“XX əsr Azərbaycan musiqisi” məqalələr
toplusunun II cildini hazırlamışdır. Üze-
yir Hacıbəylinin 110 illiyinə həsr olun-
muş həmin kitab 1997-ci ildə işıq üzü
görmüşdür.
Dostları ilə paylaş: