52
Teatr.Kino
75
illiyi
Tariyеl Qasımоv
1939
FEVRAL
Tariyеl İsgəndər oğlu Qasımоv
1939-cu il fevral ayının 4-də Ağstafa
rayonunun Köçəsgər kəndində anadan
olmuşdur.
Orta məktəbi 1956-cı ildə bitirərək
Bədən Tərbiyəsi İnstitutuna daxil ol-
muşdur. Təhsil ala-ala müxtəlif dram
dərnəklərində həvəskar aktyorluq et-
mişdir.
1960-cı ildə idman təhsilini yarım-
çıq qoyaraq Azərbaycan Dövlət Teatr
İnstitutunun aktyorluq fakültəsində
oxumuşdur. Tələbə ikən AMDT-nin
tamaşalarında epizodik rollar oyna-
mışdır.
Tariyel Qasımov 1964-cü ildə GTT-
nın (Gənc Tamaşaçılar Teatrı) truppa-
sına daxil olmuşdur.
1967-ci ildə on səkkiz illik
fasilədən sonra fəaliyyəti bərpa edilən
İrəvan Dövlət Azərbaycan Teatrına
getmişdir. Bir müddət sonra Naxçıvan
DMDT-də işləmişdir. Bir il burada
fəaliyyət göstərərək Bakıya qayıdıb və
“Azərbaycanfilm” kinostudiyasında
rejissor assistenti vəzifəsində çalış-
mışdır.
Tariyel Qasımov 1971-ci ildən yenə
Gənc Tamaşaçılar Teatrının truppasın-
dadır. Arada Qazax DDT-də (1997-
1998) və Dərbənd Dövlət Azərbaycan
Teatrında (1999) direktor və bədii
rəhbər işləmişdir. “Azərbaycanfilm”də,
Almaniyada və Tacikistanda müxtəlif
bədii filmlərə çəkilmişdir.
Tariyel Qasımovun GTT səhnəsində
ifa etdiyi məşhur rolları: Cəfər Cab-
barlı (“Aydınlığa doğru”, Seyfəddin
Dağlı), Cəlal və Bəxtiyar, Söhrab,
Məşədi Əzizbəyov (“Komsomol po-
eması”, “Söhrab və Rüstəm” və “Ko-
missarlar”, İsgəndər Coşqun), İmran
və Oruc (“Tamahkar” və “Qaraca
qız”, Süleyman Sani Axundov), Məlik
Məmməd (“Məlik Məmməd”, Əyyub
Abbasov), Zaur (“Yadındamı?”, Altay
Məmmədov), Kazım (“Məhəbbət no-
vellası”, Şamil Xurşid və Əşrəf Hacı-
yev), Səfər (“Kiçik təpə”, Nəbi Xəzri),
Qədim, Həsənzadə (“Büllur sarayda”
və “Sən həmişə mənimləsən”, İlyas
Əfəndiyev), Pərviz (“Sən nə üçün ya-
şayırsan?”, Həsən Seyidbəyli və İmran
Qasımov), Artur (“Ovod”, Etil Voy-
niç), Ədalət (“Gəl qohum olaq”, İsi
Məlikzadə), Rəcəb (“Şirinbala bal yı-
ğır”, Salam Qədirzadə), Polad (“Təzə
şagird”, Qılman İlkin), Antonio (“Sü-
kut divarı”, Poalo Messina), Əşrəf bəy
və Mahmud (“Hacı Qəmbər”, Nəcəf
bəy Vəzirov), Kuzınınski (“Zəng
səsləri”, Ramiz Heydər), Senya koqan
(“İnqilab naminə”, Mixail Şatrov).
Tarıyel Qasımov işlədiyi teatrlarda
bir neçə tamaşaya quruluş vermişdir.
Sənət uğurlarına görə Azərbaycan
“Respublikasının Əməkdar artisti” (9
fevral 1979) və “Xalq artisti” (22 may
1991) fəxri adları ilə təltif olunmuş-
dur.
Dostları ilə paylaş: