Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə66/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   62   63   64   65   66   67   68   69   ...   507
Ə d ə b i y y a t

Azərbaycan aşıq yaradıcılığı [Mətn]: dərslik /T.A.Məmmədov; elmi red. Z.Səfərova; red. 

C.İ.Həsənova; Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası.- Bakı: Apostrof, 2011.- 648 s.

Azərbaycan xalq-professional musiqisi: Aşıq sənəti [Mətn]: Ali məktəblər üçün dərs vəsaiti 

/T.Məmmədov; elmi red. F. Xalıqzadə; Bakı Musiqi Akademiyası.- Bakı: Şur, 2002.-96 s. 

Özbək xalq və şifahi ənənəli professional musiqisi [Mətn]: metodik tövsiyələr /tərt. T. Məmmədov.- 

Bakı, 2004.- 32 s .

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

www. musakademiya.musigi-dunya.az

28

Musiqişünas


52

Teatr.Kino

75 

illiyi

 Tariyеl Qasımоv 

1939 

FEVRAL

Tariyеl    İsgəndər  oğlu  Qasımоv 

1939-cu il fevral ayının 4-də Ağstafa 

rayonunun Köçəsgər kəndində anadan 

olmuşdur. 

Orta məktəbi 1956-cı ildə bitirərək 

Bədən  Tərbiyəsi  İnstitutuna  daxil  ol-

muşdur. Təhsil  ala-ala müxtəlif  dram 

dərnəklərində  həvəskar  aktyorluq  et-

mişdir. 


1960-cı ildə idman təhsilini yarım-

çıq qoyaraq Azərbaycan Dövlət Teatr 

İnstitutunun  aktyorluq  fakültəsində 

oxumuşdur.  Tələbə  ikən  AMDT-nin 

tamaşalarında  epizodik  rollar  oyna-

mışdır.


Tariyel Qasımov 1964-cü ildə GTT-

nın  (Gənc Tamaşaçılar Teatrı) truppa-

sına daxil olmuşdur. 

1967-ci  ildə  on  səkkiz  illik 

fasilədən sonra fəaliyyəti bərpa edilən 

İrəvan  Dövlət  Azərbaycan  Teatrına 

getmişdir. Bir müddət sonra Naxçıvan 

DMDT-də  işləmişdir.  Bir  il  burada 

fəaliyyət göstərərək Bakıya qayıdıb və 

“Azərbaycanfilm”  kinostudiyasında 

rejissor  assistenti  vəzifəsində  çalış-

mışdır.


Tariyel Qasımov 1971-ci ildən yenə 

Gənc Tamaşaçılar Teatrının truppasın-

dadır.  Arada  Qazax  DDT-də  (1997-

1998) və Dərbənd Dövlət Azərbaycan 

Teatrında  (1999)  direktor  və  bədii 

rəhbər işləmişdir. “Azərbaycanfilm”də, 

Almaniyada və Tacikistanda müxtəlif 

bədii filmlərə çəkilmişdir.

Tariyel Qasımovun GTT səhnəsində 

ifa  etdiyi  məşhur  rolları:  Cəfər  Cab-

barlı  (“Aydınlığa  doğru”,  Seyfəddin 

Dağlı),  Cəlal  və  Bəxtiyar,  Söhrab, 

Məşədi  Əzizbəyov  (“Komsomol  po-

eması”, “Söhrab və Rüstəm” və “Ko-

missarlar”,  İsgəndər  Coşqun),  İmran 

və  Oruc  (“Tamahkar”  və  “Qaraca 

qız”, Süleyman Sani Axundov), Məlik 

Məmməd (“Məlik Məmməd”, Əyyub 

Abbasov), Zaur (“Yadındamı?”, Altay 

Məmmədov), Kazım (“Məhəbbət no-

vellası”, Şamil Xurşid və Əşrəf Hacı-

yev), Səfər (“Kiçik təpə”, Nəbi Xəzri), 

Qədim,  Həsənzadə  (“Büllur  sarayda” 

və  “Sən  həmişə  mənimləsən”,  İlyas 

Əfəndiyev), Pərviz (“Sən nə üçün ya-

şayırsan?”, Həsən Seyidbəyli və İmran 

Qasımov),  Artur  (“Ovod”,  Etil  Voy-

niç),  Ədalət  (“Gəl  qohum  olaq”,  İsi 

Məlikzadə), Rəcəb (“Şirinbala bal yı-

ğır”, Salam Qədirzadə), Polad (“Təzə 

şagird”, Qılman İlkin), Antonio (“Sü-

kut divarı”, Poalo Messina), Əşrəf bəy 

və  Mahmud  (“Hacı  Qəmbər”,  Nəcəf 

bəy  Vəzirov),  Kuzınınski  (“Zəng 

səsləri”, Ramiz Heydər), Senya koqan 

(“İnqilab naminə”, Mixail Şatrov).

Tarıyel Qasımov işlədiyi teatrlarda 

bir neçə tamaşaya quruluş vermişdir.

Sənət  uğurlarına  görə Azərbaycan 

“Respublikasının  Əməkdar  artisti”  (9 

fevral 1979) və “Xalq artisti” (22 may 

1991)  fəxri  adları  ilə  təltif  olunmuş-

dur.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin