50
FEVRAL
22
Ə d ə b i y y a t
Xəlilov, V. Süleyman
Ələsgərov [Mətn]: [mo-
noqrafiya] /Vidadi Xəlilov;
red. E.Həsənov.- Bakı: İşıq,
1989. - 96 s.
İbrahimov, S.Süleyman
Ələsgərov [Mətn]
//İbrahimov S. Xatirələr
qoynunda.- Bakı, 2006.-
K.I.- S.57-59.
Süleyman Ələsgərovun
skripka və fortepiano üçün
“Sonatasında” muğam
kökləri və onların ifaçılıq-
da təzahürü [Mətn]: (ka-
mera ansamblı müəllimləri
üçün metodik məsləhətlər)
/red. R.F.Zöhrabov.- Bakı,
1984.- 22 s.
Təhmirazqızı, S. Süleyman
Ələsgərov xatirələrdə
[Mətn]: [xatirələr, ürək
sözləri] /S.Təhmirazqızı;
red. V. Xəlilov.- Bаkı:
Təfəkkür NPM, 2002.- 392
s.
İ n t e r n e t d ə
www.anl.az
www.az.wikipedia.org
www.preslib.az
Süleyman Əyyub oğlu Ələsgərov
1924-cü il fevral ayının 22-də Şuşa
şəhərində anadan olmuşdur. 1940-cı ildə
Şuşa orta ixtisas musiqi məktəbinin tar
sinfini bitirdikdən sonra Bakıya gəlmiş
və əvvəlcə Azərbaycan Dövlət Konser-
vatoriyasının nəzəriyyə şöbəsinə, son-
ra isə bəstəkarlıq şöbəsinə, professor
B.İ.Zeydmanın sinfinə daxil olmuş,
həmin sinfi fərqlənmə diplomu ilə qur-
tarmışdır.
S.Ələsgərovun tələbəlik illərində
yaratdığı Violençel və fortepiano ilə
simfonik orkestr üçün ikili konsert
diqqətəlayiqdir. Bu, Azərbaycan bəs-
təkarlarının həmin janrda yazdığı ilk
əsərlərdən biridir.
Bəstəkarın diplom işi müasirləri-
mizin həyatına həsr etdiyi “Vətən”
simfoniyası olmuşdur. 1948-ci ildə
S.Ələsgərov Azərbaycan Dövlət Kon-
servatoriyasını bitirmiş, Bakı orta ix-
tisas musiqi məktəbində dərs deməyə
başlamışdır. 1949-1951-ci illərdə o,
həmin musiqi məktəbinin direkto-
ru, 1951-1952-ci illərdə Azərbaycan
Dövlət Filarmoniyası Mahnı və Rəqs
ansamblının bədii rəhbəri, 60-cı illərdə
isə Musiqili Komediya Teatrının di-
rektoru və baş dirijoru vəzifələrində
işləmişdir.
1956-cı ildə S.Ələsgərov, Ü.Hacıbəy-
li adına Azərbaycan Dövlət Konserva-
toriyasının Azərbaycan xalq musiqisi
kafedrasına müəllim dəvət edilmiş və
1971-ci ildən həmin kafedranın müdiri
vəzifəsində çalışmışdır.
1967-ci ildə “Milyonçunun dilənçi
oğlu” tamaşasına görə bəstəkar
S.Ələsgərov, libretto müəllifi Ş.Qur-
banov, habelə rəssam B.Mirzəzadə
və rejissor Ə.Ələkbərov Ü.Hacıbəyli
adına respublika mükafatına layiq
görülmüşlər. Bəstəkarın “Ulduz”
operettası həm ölkəmizin bir çox
şəhərlərində, həm də onun hüdudların-
dan uzaqlarda tamaşaya qoyulmuş və
C.Cabbarlı adına “Azərbaycanfilm” ki-
nostudiyasında ekranlaşdırılmışdır.
S.Ələsgərovun yaradıcılıq bioqra-
fiyasında “Bahadır və Sona” operası
(librettosu Ə.Bədəlbəyli və Ş.Qurbano-
vundur) mühüm mərhələ olmuşdur.
Opera 1962-ci ildə M.F.Axundov adına
Azərbaycan Dövlət Akademik Opera
və Balet Teatrının səhnəsində tamaşaya
qoyulmuşdur.
S.Ələsgərov bir neçə kantata və poe-
ma yaratmışdır. O, “Vətənə eşq olsun!”,
“Bahar təranələri”, “Bir bayraq altında”
kantatalarının, “Çingiz İldırım” vokal
poemasının müəllifidir.
S.Ələsgərovun lirik mahnıları möv-
zu və emosionallığına görə müxtəlif-
dir. Onun rus və Azərbaycan klassik
şairlərindən A.S.Puşkinin, M.F.Axun-
dovun, M.Ə.Sabirin, S.Vurğunun şeir-
lərinə yazdığı mahnı və romansları
bəstəkarın maraqlı vokal lirikası qru-
punu təşkil edir.
Süleyman Ələsgərоv 1999-cu il yan-
var ayının 21-də vəfat etmişdir.
Dostları ilə paylaş: