46
80
illiyi
Cəmil Müfidzadə
1934
FEVRAL
Cəmil Mir Yusif oğlu Müfidzadə
1934-cü il fevral ayının 24-də Ordubad
şəhərində anadan olmuşdur.
1955-ci ildə Ə.Əzimzadə adına
Rəssamlıq məktəbini (indiki Azərbaycan
Rəssamlıq Akademiyası) və 1962-ci
ildə Xarkov Rəssamlıq İnstitutunu bitir-
mişdir. Əsasən qrafik rəssam kimi tanı-
nan Müfidzadə bu sahədə bir sıra silsilə
əsərlərin “Abşeronun tacı”, “Bakı-neft
paytaxtıdır”, “Polad meşə”, “Neftayır-
ma zavodu”, “Bakı krujevası”, “Neft
məbədi və s. əsərlərin müəllifidir. Kitab
illüstrasiyası və ekslibris sahəsində də
çalışmışdır.
Rəssamın məşhur “İçərişəhər”
silsiləsi onun yeni bədii tapıntılarının
başlanğıcı olmuşdur. Orijinal ifadə
vasitələri, emosionallığı ilə seçilən
cizgilər əsrlərin sərt sınağına dəyanətlə
duruş gətirən möhtəşəm tikililərin
özünəməxsusluğunu göstərməyə imkan
vermişdir. Onun “Türbə”, “Şirvanşahlar
sarayı”, “Köhnə Bakı”, “Qız qalası” və
digər əsərlərində rəssamın obrazlı görü-
mü xüsusilə güclüdür.
Xınalığa həsr olunmuş lövhələrdə
enerjili təsvir dili və mürəkkəb ra-
kurslar əsl mənada daş evləri donuq
vəziyyətdən çıxarmışdır. Dağlar qoy-
nunda qərar tutan bu qəribə məkanın
bənzərsizliyini göstərmişdir. “Əsrlərin
görüşü”, “Axırıncı tikan”, “Naməlum
səs” və s. əsərləri var.
1957-ci ildən respublika, 1961-ci
ildən isə umumittifaq və beynəlxalq
sərgilərin iştirakçısıdır. Bakıda, Təbriz-
də, Moskvada, İstanbulda, habelə Polşa
və Fransada 9 fərdi sərgisi olmuşdur.
80-dən çox beynəlxalq sərgidə (Avstri-
ya, Kanada, Kuba, Fransa, Yaponiya,
İtaliya, AFR, ərəb ölkələri və s.) iştirak
etmişdir. Əsərləri Köln (Almaniya),
Moskva, Ulan-Bator (Monqolustan)
və s. şəhərlərin müzeylərində nüma-
yiş etdirilir. 15 ölkənin (ABŞ, Fransa,
Yaponiya, İtaliya, Türkiyə, AFR, İran,
Finlandiya və s.) şəxsi kolleksiyaların-
da əsərləri var.
Rəssam illər uzunu tez-tez yaradı-
cılıq səfərlərində olub. “Şimal”, “Xı-
nalıq”, “Monqolustan torpağında”,
“Buhenvald”, “Xirosima”, “Misir” və
s. silsilələri belə səfərlərdən sonra ya-
ranıb.
Vaxtaşırı çəkdiyi əsərlər yük-sək
dəyərləndirilmiş, dəfələrlə müsabiqələ-
rin mükafatçısı olmuşdur. Neft silsilə-
sinə görə Beynəlxalq Tələbələr İtti-
faqının iki mükafatından birinə layiq
görülmüşdür.
Milli təsviri sənətimizin inkişafın-
dakı xidmətlərinə görə respublika-
nın Əməkdar (1982) və Xalq rəssamı
(2002) fəxri adlarına layiq görülmüşdür.
Hazırda yaradıcılıq axtarışlarını davam
etdirməklə yanaşı, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasında gənc
rəssamlara sənətin sirlərini aşılamaqla
məşğuldur. Professor C.Müfidzadə Qra-
fika kafedrasının müdiridir.
Dostları ilə paylaş: