Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə59/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   55   56   57   58   59   60   61   62   ...   507
Ə d ə b i y y a t

Azərbaycan ədəbiyyatı: 

Тarixi və problemləri 

[Mətn]: (seçilmiş 

əsərləri): bir cilddə 

/H.Araslı; red. N.Araslı; 

AzEA, Nizami adına 

Ədəbiyyat İnstitutu.- 

Bakı: Gənclik, 1998.-

732 s.

Ədəbiyyat [Mətn]: 

8-ci sinif /H.M.Araslı, 

H.B.Eyvazov.- Bakı: 

Azərtədrisnəşr, 1987.-

189s.

Həmid Araslı -100 

[Mətn] //Risalə: 

araşdırmalar toplu-

su  /AMEA, N.Gəncəvi 

adına Azərbaycan 

Ədəbiyyatı Muzeyi; 

red. R.Hüseynov.- Bakı, 

2011.- K.7.- S.5-20.

Həmid Məmmədtağı oğlu 

Araslı [Mətn]: biblioqra-

fiya /AMEA, Nizami ad. 

Ədəbiyyat İn-tu; tərt.ed. 

Ə.Əfəndiyev, Z.Əliyeva; 

elmi məs. N.Araslı; red. 

Ə.Əfəndiyev.- Bakı: Elm, 

2009.- 301 s.

İ n t e r n e t d ə

www.anl.az

www.adam.az

23

Akademik  


45

Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq

65 

illiyi

Hüseynqulu Əliyev 

1949    

FEVRAL

Hüseynqulu Əli oğlu  Əliyev 1949-

cu il fevral ayının 3-də Ordubad rayo-

nunun  Bist  kəndində  anadan  olmuş-

dur.

1971-1975-ci  illərdə  Ə.Əzimzadə 



adına  Bakı  rəssamlıq  məktəbində, 

1977-1982-ci illərdə M.A.Əliyev adına 

Azərbaycan  Dövlət  İncəsənət  İnstitu-

nun dekorativ tətbiqi sənət fakültəsində 

təhsil  almışdır.  1982-1988-ci  illərdə 

Naxçıvan Dövlət Rəsm Qalereyasında 

işləmişdir.

1988-ci  ildən  C.Məmmədquluzadə 

adına Naxçıvan Dövlət Musiqili Dram 

Teatrının baş rəssamı işləyir. 

1986-cı ildən Azərbaycan Rəssamlar 

Birliyinin üzvüdür.

“Koroğlu”,  “Bəhruz  Kəngərli” 

heykəllərini  (Naxçıvan  şəhəri),  “Ana 

abidəsi” (Şəhidlər Xiyabanı), Şəhidlər 

abidəsi (Vənənd və Nehrəm kəndləri), 

şəhidlərin  büstünü  yaratmışdır.  Rəng-

karlıq,  qrafika,  karikatura  janrlarında 

əsərləri var.

C.Məmmədquluzadənin 

portre-

ti  (1990),  “C.Məmmədquluzadə  və 

H.Cavid” (1990), “C.Məmmədquluza-

də oğlu Midhətlə” (1990), “C.Məmməd-

quluzadənin oğlu Ənvərin ailə üzvləri-

nin  portreti”  (1994),  “Qurbanəli  bəy” 

hekayəsi mövzusunda barelyef (1989), 

 

“Saqqallı uşaq” (1989), “Konsulun ar-



vadı” (1989) əsərlərinə illüstrasiyalar, 

C.Məmmədquluzadənin  büstü  (1985) 

və  s.  əsərləri  yaratmışdır.  Naxçıvan 

Dövlət  Musiqili  Dram  Teatrı  üçün 

“Ölülər” tamaşasının geyim eskizlərini 

(1988-1989) çəkmişdir.

Teatr dekorasiyası sənəti sahəsində 

də  fəaliyyət  göstərmişdir.  Teatrda 

işlədiyi  müddətdə  Ü.Hacıbəylinin  “O 

olmasın, bu olsun”, “Arşın mal alan”, 

S.Ələsgərovun,  Ş.Qurbanovun  “Özü-

müz  bilərik”,  İ.Səfərlinin  “Xeyir  və 

Şər”,  G.Xuqayevin  “Arvadımın  əri”, 

Z.Hacıbəylinin  “50  yaşında  cavan”, 

S.Rüstəmovun  “Beş manatlıq gəlin”, 

H.Arzulunun  “Mərhəmət  məhəbbət 

deyil” və s. tamaşalara səhnə tərtibatı 

vermişdir. 

Hazırda Naxçıvan Dövlət Universi-

tetinin kafedra müdiridir.

1988-ci ildə Naxçıvan MR Əməkdar 

incəsənət xadimi, 1999-cu ildə “Azər-

baycan  Respublikasının  Əməkdar 

rəssamı”,  2002-ci  ildə  “Azərbaycan 

Respublikasının  Xalq  rəssamı”  fəxri 

adlarına layiq görülmüşdür.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin