Kbt я25 uot (059) Baş redaktor


408 403 404 405 407 Texnika



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə58/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   54   55   56   57   58   59   60   61   ...   507
Ə d ə b i y y a t

Seçilmiş əsərləri 

[Mətn]: 2 cilddə 

/C.Məmmədquluzadə.- Nax-

çıvan: Əcəmi, 2009.- C.1.- 

605 s.; C.2.- 487 s.

Əsərləri [Mətn]: 4 cilddə 

Nəsr, dram əsərləri

satirik şeirlər, tərcümələr 

/C.Məmməquluzadə.- Bakı: 

Öndər, 2004.-C.1.-664 

s.; C.2.: Felyeton və 

məqalələr.- 584 s.; C.3: Fel-

yeton və məqalələr.- 480 s.; 

C.;4: Memuarlar, məqalələr

məktublar.- 472 s.

Hekayələr [Mətn] 

/C.Məmmədquluzadə, 

Ə.Haqverdiyev.- Bakı: 

Təhsil, 2009.- 51 s.

Konsulun arva-

dı [Mətn]: hekayələr 

/C.Məmmədquluzadə.- [Yer-

siz], 2003. -18 s. 

Cəlil Məmmədquluzadə 

[Mətn]: biblioqrafiya 

/İ.Həbibbəyli; elmi red. 

İman Cəfərli; red. Vaqif 

Məmmədov.- Bakı: Elm, 

2005.- 160 s.

İ n t e r n e t d ə

www..anl.az

www.az.wikipedia.org

www.memmedquluzade.az

10

        Yazıçı


44

Milli ədəbiyyat

105  

illiyi

Həmid  Araslı 

1909-1983 

FEVRAL

Həmid  Məmmədtağı  oğlu  Araslı 

1909-cu il fevral ayının 23-də Gəncədə 

doğulmuşdur.  İlk  təhsilini  mollaxanada 

almış, 1915-ci ildə Gəncənin Şah Abbas 

məscidi nəzdindəki mədrəsədə, 1922-ci 

ildə  Gəncə  Darülmüəllimi  Seminariya-

sında təhsilini davam etdirmişdir. 1926-

cı ildə seminariyanı bitirmiş, Nəbiağalı 

kənd məktəbində əvvəlcə  müəllim, son-

ra isə direktor vəzifəsində işləmişdir. 

1929-cu  ildə  Bakıya  gəlmiş,  Azər-

baycan Dövlət Pedaqoji İnstitutunun dil 

və  ədəbiyyat  fakültəsinə  daxil  olmuş-

dur.  İnstitutu  vaxtından  əvvəl  bitirmiş 

1931-ci  ildə  Gəncəyə  qayıdaraq  maarif 

şöbəsində müdir müavini vəzifəsinə təyin 

olunmuşdur.  1932-ci  ildə  aspiranturada 

təhsil almaqla yanaşı, keçmiş SSRİ EA-

nın Azərbaycan filialının nəzdində təşkil 

olunmuş  kitabxananın  Şərq  şöbəsində 

müdir  işləmişdir.  Həmin  illərdə  Şərq 

əlyazmalarını  toplayaraq  Əlyazmalar 

Fondunu yaratmaq kimi mühüm bir işə 

başlamış və tezliklə yaratdığı fondun di-

rektoru olmuşdur. 

1938-ci ildə fondda saxlanılan əlyaz-

malar içərisində sovet ideologiyasına uy-

ğun olmayan nümunələr aşkar edib onu 

işdən azad etmişlər. 1938-1939-cu illərdə 

“Azərnəşr”in Bədii ədəbiyyat şöbəsində 

redaktor  vəzifəsinə  qəbul  olunmuşdur. 

1938-ci  ildə  Azərbaycan  Dövlət  Uni-

versitetinin  filologiya  fakültəsində  orta 

əsrlər Azərbaycan ədəbiyyatı tarixindən 

dərs  deməyə  başlamışdır.  1939-cu  ildə 

Nizami adına Azərbaycan Ədəbiyyatı və 

Dili  İnstitutunda  orta  əsrlər  ədəbiyyatı, 

1957-ci ildə isə mətnşünaslıq şöbələrinə 

rəhbərlik  etmişdir.  1943-cü  ildə  disser-

tasiya müdafiə edərək filologiya elmləri 

namizədi  elmi  adını  almışdır.  1944-cü 

ildə Azərbaycan Dövlət Universitetində 

Yaxın Şərq ədəbiyyatı kafedrasının mü-

diri vəzifəsinə təyin olunmuşdur. 1954-

cü ildə doktorluq dissertasiyası müdafiə 

etmişdir.  Bir  il  sonra  ona  professor 

adı  verilmişdir.  H.Araslı  1958-ci  ildə 

Azərbaycan EA-nın müxbir üzvü, 1968-

ci ildə həqiqi üzvü seçilmişdir. 

1968-ci  ildə  Özbəkistanın,  1979-cu 

ildə  Azərbaycanın  Əməkdar  elm  xadi-

mi,  Türk  Dil  Qurumunun  və  İraq  EA-

nın  fəxri  üzvü  olmuşdur.  Nizami  adına 

Azərbaycan  Ədəbiyyatı  Muzeyinin  di-

rektoru,  Yaxın  və  Orta  Şərq  Xalqları 

İnstitutunun  elmi  işçisi,  1969-1983-cü 

illərdə isə direktoru olmuşdur.

500-dən  artıq  əsəri  çap  olunmuşdur. 

H.M.Araslı  ali  və  orta  məktəblər  üçün 

ədəbiyyat  dərsliklərinin  tərtibçisidir. 

Əsərləri ingilis, rus, ərəb, fransız, türk və 

özbək dillərində nəşr olunmuşdur.

O, bir sıra orden və medallarla təltif 

olunmuşdur.

Həmid  Məmmədtağı  oğlu  Araslı 

1983-cü  il  noyabr  ayının  20-də  Bakıda 

vəfat etmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin