Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə63/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   59   60   61   62   63   64   65   66   ...   507
Ə d ə b i y y a t

Fərəcov, S. 

Məhrumiyyətlər 

kölgəsində  [Mətn] 

/S.Fərəcov                                 

//Mədəniyyət.- 2012.- 11 

iyul.- S.4.

Repressiyaya məruz 

qalan gözəl müğənni: 

Muğam ustadı Cahan 

Talışinskaya... [Mətn]     

//Azadlıq.- 2012.- 27 

iyul.- S.14.

Oktay. Qeyri-adi 

qadın haqqında 

xatirələr:Cahan Talışıns-

kaya xalq mahnılarının 

və muğamların gözəl 

ifaçısı idi [Mətn] /Oktay 

//Xalq Cəbhəsi.- 2012.- 

16 mart.- S.13.

İ n t e r n e t d ə

www.adam.az

www.gender-az.org

www..anl.az

9

Xanəndə


49

FEVRAL

14

Ə d ə b i y y a t

Abdullayev Süleyman Cümşüd oğlu [Mətn] //Muğam ensiklopediyası.- Bakı, 2010.- S.10.

İ n t e r n e t d ə

www.anl.az

az.wikipedia.org

www.garabagh.net

www.elibrary.az

Süleyman  Cümşüd  oğlu  Abdulla-

yev 1939-cu il fevral ayının 14-də Şu-

şada anadan olmuşdur. 

1959-cu ildə  istedadlı  musiqiçilər 

sorağıyla  Füzuli  rayonuna  gələn  bö-

yük  xanəndə  Seyid  Şuşinski,  Sü-

leyman  Abdullayevin  səsini  yüksək 

qiymətləndirmiş  və  o,  professional 

təhsil  almaq  üçün  Bakıya  dəvət  edil-

mişdir. 

1960-1964-cü illər ərzində S.Abdul-

layev  ADMM-də  Seyid  Şuşinskinin 

sinfində  bütün  muğam  dəsgahlarını 

tam şəkildə öyrənmişdir.

  1964-cü  ildən  Süleyman  Abdul-

layev  Müslüm  Maqomayev  adına 

Azərbaycan  Dövlət  Filarmoniyasının 

solisti  kimi  fəaliyyətə  başlamış,  xalq 

çalğı alətləri ansamblları ilə çalışmış-

dır. 

1969-cu  ildə  Türkiyənin  İstanbul 



şəhərində keçirilən ümumdünya festi-

valının qalibi olmuşdur. 

Seyid  Şuşinskinin  ənənələrini 

yaşadan  xanəndə,  eyni  zamanda, 

özünəməxsus  ifaçılıq  üslubu,  oxuma 

tərzi, bir çox muğamların yadda qalan 

təfsiri  ilə  tanınır.  Süleyman Abdulla-

yev zəngin tembrli, yüksək tessituralı 

səsə  malik  xanəndədir.  O,  ifa  etdiyi 

muğamda  sözün  düzgün  tələffüzünə, 

qəzəlin mənasının dinləyiciyə çatdırıl-

masına çalışır.

Süleyman  Abdullayevin  ifasın-

da  “Segah”,  “Dəşti”,  “Çahargah”, 

“Şur”  muğam  dəsgahlarının  lent  ya-

zıları AzTR Fonduna daxil olmuşdur. 

Xanəndə oxuduğu muğamlarda klassik 

şairlərin  –  Füzulinin,  S.Ə.Şirvaninin, 

Vahidin  qəzəllərinə  müraciət  edərək, 

xüsusilə  vətən  haqqında  şeirlərə  üs-

tünlük  verir.  Öz  sənəti  ilə  böyük  bir 

elin  müdrik  ağsaqqalı  kimi  sevilən 

xanəndə xalq tərəfindən “Dədə Süley-

man” deyə çağırılır. 

Həsən  bəy  Zərdabi  adına  Dünya 

Azərbaycanlıları  Xeyriyyə  Cəmiyyə-

tinin “Qızıl səs” medalına layiq görül-

müşdür.


2012-ci  il  sentyabr  ayının  14-də 

Azərbaycan  mədəniyyətinin  inkişa-

fındakı xidmətlərinə görə Abdullayev 

Süleyman Cümşüd oğluna “Əməkdar 

artist” fəxri adı verilmişdir. 


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin