65
85
illiyi
Ə d ə b i y y a t
Qarabağ: [Qarabağ
tarixinin saxtalaş-
dırılması əleyhinə]
[Mətn] /Т.Köçərli; red.
О.Məmmədov (Qəbələli);
АМЕА İctimai-siyasi
tədqiqatlar və İnformasi-
ya İnstitutu.- Bakı: Elm,
2002.- 472 s.
Qarabağ: Yalan və
həqiqət [Mətn] /Tofiq
Köçərli; red. R.Əliyev;
АzЕA, İctimai-Siyasi
Tədqiqatlar və İnforma-
siya İnstitutu; “İrşad”
İslam araşdırmaları
mərkəzi.- Bakı: Əbilov,
Zeynalov və oğulları,
1998. -244 s.
Erməni saxtakarlığı
[Mətn] /T. Köçərli.- Bakı:
Şərq-Qərb, 2002.-80 s.
Tarixi saxtalaşdıran-
lar əleyhinə [Mətn]
/T.Köçərli; red.
N.Bağırov.- Bakı:
Azərnəşr, 1972.- 181s.
İ n t e r n e t d ə
www.adam.az
www.az.wikipedia.org
www.kocharlitofiq.com
www.csl-az.com
Tofiq Qasım oğlu Köçərli 1929-cu il
fevral ayının 11-də Gədəbəy rayonunun
İsalı kəndində anadan olmuşdur.
Orta məktəbi bitirdikdən son-
ra ali təhsilini 1945-1950-ci illərdə
Azərbaycan Dövlət Universitetinin ta-
rix fakültəsində almışdır.
1951-1952-ci illərdə Moskva Dövlət
Universitetində ixtisasartırma kursları-
nın müdavimi olmuşdur.
Əmək fəaliyyətinə 1950-1951-
ci illərdə Quba Müəllimlər İnstitu-
tunda müəllim kimi başlayan Tofiq
Köçərli, 1952-1953-cü illərdə Ağdam
Müəllimlər İnstitutunda kafedra mü-
diri, 1953-1956-cı illərdə Həsən bəy
Zərdabi adına Gəncə Pedaqoji İnstitu-
tunda müəllim, baş müəllim və dosent
işləmişdir.
Tofiq Köçərli 1957-1965-ci illərdə
Azərbaycan Kommunist Partiyası
Mərkəzi Komitəsi yanında Partiya Tari-
xi İnstitutunda baş elmi işçi, 1965-1972-
ci illərdə Bakı Ali Partiya Məktəbinin
kafedra müdiri, 1972-1990-cı illərdə
rektoru, 1990-1991-ci illərdə isə pro-
fessoru olmuşdur.
O, 1993-2001-ci illərdə Azərbaycan
Elmlər Akademiyasının ictimai-siyasi
Tədqiqatlar İnstitutunun elmi işçi-
si, 2002-ci ildən ömrünün sonunadək
Azərbaycan Milli Elmlər Akademiyası-
nın Arxeologiya və Etnoqrafiya İnstitu-
tunun baş elmi işçisi vəzifəsini tutmuş-
dur.
Tofiq Köçərli 1955-ci ildə Moskva
Dövlət Universitetində namizədlik dis-
sertasiyasını müdafiə etmiş, 1966-cı ildə
isə tarix elmləri doktoru elmi dərəcəsini
almışdır. O, 1981-ci ildə Azərbaycan
Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
Tofiq Köçərli müasir Azərbaycan
tarixinin aktual problemlərinin araş-
dırılması ilə ardıcıl məşğul olmuş-
dur. O, 250 məqalənin, 8 monoqrafi-
yanın müəllifidir. Azərbaycan Xalq
Cümhuriyyətinin təşkili və fəaliyyətinin
öyrənilməsi, Naxçıvanın və Qaraba-
ğın tarixinin ən mühüm məsələlərinin
tədqiqi onun əsas elmi nailiyyətləri sı-
rasındadır.
Azərbaycan Milli Elmlər Akademi-
yasının həqiqi üzvü, tarix elmləri dok-
toru, professor, Əməkdar elm xadimi
olmuşdur.
Tofiq Köçərli bir neçə dəfə
Azərbaycan Respublikası Ali Soveti-
nin deputatı seçilmiş və 1992-ci ildən
Azərbaycan Respublikası Milli Şurası-
nın üzvü olmuşdur.
Tofiq Köçərlinin elmi və ictimai
fəaliyyəti yüksək qiymətləndirilmişdir.
“Qırmızı Əmək Bayraği” ordeni və me-
dallarla təltif edilmişdir.
Tofiq Qasım oğlu Köçərli 2007-ci il
oktyabr ayının 31-də vəfat etmişdir.
Dostları ilə paylaş: