Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə94/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   90   91   92   93   94   95   96   97   ...   507
Naxçıvan MR     

1924  

FEVRAL

9

90 

illiyi


73

Tarixdə bu gün

Azərbaycan Hərbi Hava Qüvvələri Günü 

1992

FEVRAL

Azərbaycan Respublikası  Prezidentinin 1992-

ci il 14 sentyabr 203 saylı Fərmanı ilə 14 fevral 

-Azərbaycan  Hərbi  Hava  Qüvvələri  Günü  kimi 

qeyd olunur.

1992-ci  ildə  Azərbaycan  Ordusunda  Hərbi 

Hava Qüvvələrinin ilk bölməsi formalaşmışdır. 

Azərbaycan Hərbi Hava Qüvvələri - Azərbaycan 

Respublikasının  Silahlı  Qüvvələrinə  məxsus  xü-

susi qoşun növüdür.

Azərbaycan Cənubi Qafqaz regionunda maddi-

texniki imkanları yüksək və ən çox döyüş təyyarəsi 

olan ölkə sayılır. Müxtəlif məlumatlara görə, hazır-

da Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) 

arsenalına  70-ə  yaxın  döyüş  təyyarəsi,  40-a  ya-

xın zərbə helikopteri, həmçinin 46 ədəd yardımçı 

təyyarə və helikopter daxildir. 7200 nəfər perso-

nalın  xidmət  etdiyi  HHQ-nin  arsenalında  “Aero 

L-29”,  “Aero  L-39”  təlim-hücumçu,  müxtəlif 

təyinatlı  “MiQ-21”,  “MiQ-25”,  “MiQ-29”,  “Su-

17”, “Su-24”, “Su-25”, “İl-76”, “An-24”, “An-12”, 

“Tu-134A”, “Tu-16”, Pakistan istehsalı olan “JF-

17”  döyüş  təyyarələri,  “Mi-2”,  “Mi-6”,  “Mi-8”, 

“Mi-24”,  “Mi-35M”  markalı  helikopterlər,  həm-

çinin  dünyanın  tanınmış  şirkətlərinin  (Aerostar, 

Orbiter) istehsalı olan pilotsuz uçan aparatlar var.

2006-cı  ildə  Ukrayna  ilə  imzalanmış  mü-

qaviləyə əsasən  Azərbaycan bu ölkədən 29 ədəd 

modernləşdirilmiş  “MiQ-29M”  döyüş  təyyarəsi, 

Pakistandan  isə  26  ədəd  “JF-17”  (Thunder), 

həmçinin “Mi-24” helikopterləri alacaq. Artıq Uk-

raynadan alınmış 5 ədəd “MiQ-29”, Pakistandan 

alınmış  4  ədəd  “JF-17”  təyyarələri Azərbaycana 

gətirilmişdir.

Bundan  başqa,  Azərbaycanın  Dövlət  Sərhəd 

Xidmətinin  aviadəstəsi  var  ki,  burada  da  əsasən 

dağlıq ərazilərdə əməliyyat zonalarına desant at-

maq, qüvvələri təxliyyə etmək və digər məqsədlər 

üçün  istifadə  edilən  “YaK”  markalı  təyyarələr, 

həmçinin müxtəlif helikopterlər cəmləşmişdir.

Hazırda Azərbaycan  HHQ-nin  pilotları  MDB 

məkanında ən çox uçuşlar keçirmiş pilotlar sayılır. 

Azərbaycan pilotları əsasən Azərbaycan Ali Hərbi 

Təyyarəçilik Məktəbində hazırlanır, Türkiyə, Uk-

rayna, ABŞ və digər ölkələrin müvafiq ixtisasar-

tırma kurslarında  təlimlər keçirlər.

Azərbaycanın ilk hərbi pilotu Fərrux ağa Qa-

yıbov olub. O, Birinci Dünya Müharibəsində al-

manlara qarşı keçirilən hava əməliyyatlarında fəal 

iştirak  etmiş  və  indiki  Belarus  ərazisində  gedən 

döyüşlərdən birində həlak olmuşdur.

Azərbaycanın  ikinci  müstəqilliyi  dövründə  - 

1992-ci il aprel ayının 8-də isə baş leytenant Va-

qif  Qurbanov  keçmiş  Sovet  ordusunun  Sitalçay 

aerodromundan, “Su-25” döyüş təyyarəsini qaçı-

raraq Azərbaycan  ordusuna  gətirmişdir.  Bununla 

da Azərbaycan  HHQ  ilk  qırıcı  təyyarəni  arsena-

lına  qəbul  etmişdir. Az  sonra  “Nasosnı”  -  indiki 

Hacı  Zeynalabdin  Tağıyev  hərbi  aviasiya  ala-

yının  komandiri,  polkovnik  Vladimir  Kravtsov 

(Azərbaycan HHQ-nin ilk komandanı) və Dəllər 

aerodromunda  xidmət  edən  polkovnik-leytenant 

Aleksandr Pleşin səyləri nəticəsində bu bazalardakı 

sovet aviasiyasına məxsus təyyarələr Azərbaycan 

ordusunun tabeçiliyinə verilmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin