76
Tarixdə bu gün
Xоcalı Sоyqırımı Günü
1992
FEVRAL
Ötən əsrin 1992-ci ilinin fevralında tarixdə
görünməmiş qətliam baş verdi. Türkləri özlərinin
əbədi düşməni hesab edən ermənilər məskunlaş-
dıqları türk torpaqlarında insanlığa xas olmayan
vəhşiliklər törətməklə, Xocalı adlı bir yurd yerini
yer üzündən sildilər – insanlar amansızlıqla qətlə
yetirildilər, əsir götürüldülər, şəhər isə oda qalan-
dı. Bu, Qarabağ müharibəsinin ən qəddar səhifəsi
idi.
1992-ci il fevralın 25-dən 26-na keçən gecə isə
erməni-daşnak silahlı qüvvələri və keçmiş sovet
366-cı motoatıcı alayı Xocalıya divan tutdu, ən
dəhşətli soyqırım törədildi. Buna qədər isə Xo-
calı erməni-daşnaklar tərəfindən tam mühasirəyə
alınmışdı. Yollar tamam kəsilmiş, Xocalı taleyin
ümidinə buraxılmışdı. Halbuki xocalılar erməni-
daşnak hərbi qüvvələrinə mərdliklə müqavimət
göstərir, şəhəri çətinliklə də olsa qoruyub saxlayır-
dılar. Düşmən elə buna görə də Xocalı sakinlərini
vəhşiliklə, qəddarlıqla və kütləvi surətdə qətlə ye-
tirdi.
Faciənin miqyası son dərəcə böyük və dəhşətli
idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar
günahsız insanların cəsədləri ilə dolmuşdu. Yer-
göy qan ağlayırdı. Ermənilər qadınlara və uşaq-
lara, qocalara və xəstələrə rəhm etmədən hamını
güllələyərək süngüdən keçirmişdilər. Xocalı soy-
qırımına siyasi qiymət verən və bu barədə dünya-
nın ən yüksək tribunalarından danışan ümummili
lider Heydər Əliyev Xocalı sakinləri ilə görüşündə
demişdir: “... biz toplaşıb Xocalı faciəsinin cava-
bını verək, şəhidlərin qanının yerdə qalmaması
gününü görək. Azərbaycanın ərazi bütövlüyünü
təmin edək. Müstəqil Azərbaycanın hüdudlarını
tamamilə bərpa edək. İnanıram ki, Azərbaycan
xalqı belə qüdrətə malikdir”.
Bu faciə zamanı böyük bir yaşayış məntəqəsi
yer üzündən silinib, azərbaycanlılara qar-
şı amansız soyqırımı törədilib: 613 nəfər qətlə
yetirilib, 1275 nəfər əsir götürülüb. Qanunsuz
erməni silahlı qüvvələri mühasirədən çıxıb qaç-
mağa müvəffəq olmuş azərbaycanlıları mil-
li mənsubiyyətlərinə görə yollarda, keçidlərdə,
meşələrdə təqib edərək vəhşicəsinə öldürüblər.
Habelə azğınlaşmış erməni hərbçiləri əsir və girov
götürdükləri azərbaycanlıları xüsusi amansızlıq-
la, işgəncə verərək qətlə yetiriblər. Mühasirədən
çıxıb qaçmağa müvəffəq olan sakinlər təqib
edilərək Kətik meşəsində, Naxçıvanik yolunda,
Qaraqaya ətrafında, Dəhraz kəndi yaxınlığında,
Şelli istiqamətində, Əsgəran asfalt yolunun 86-cı
kilometrliyində və digər ərazilərdə amansızlıqla
qətlə yetiriliblər. Əsir götürülənlərdən 18 nəfəri
Əsgəran rayon Daxili işlər şöbəsində işgəncə
verilməklə öldürülüb. Hücum zamanı dinc əhaliyə
qarşı ağlasığmaz vəhşiliklər törədilib, dözülməz
işgəncələr verilib, insanların başlarının dərisi so-
yulub, müxtəlif əzaları kəsilib, gözləri çıxarılıb.
Xocalıya hücum edən erməni dəstələri ölkə iqtisa-
diyyatına 170 milyon dollardan artıq ziyan vurub.
Şəhərin toxuculuq fabriki, onlarla ictimai iaşə ob-
yekti dağıdılıb. 200 nəfərdən çox insan müxtəlif
dərəcəli əlilə çevrilib. Ermənilər buna görə cavab
verməlidirlər. Əgər bunu edə bilməsək, gələcək
nəsillər bizi heç vaxt bağışlamayacaqdır!
Azərbaycan Respublikasının Milli Məclisi 24
fevral 1994-cü ildə 1992-ci il fevralın 26-da erməni
təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan
xalqının milli faciələrindən və bəşər tarixinin qan-
lı səhifələrindən biri olan Xocalı hadisələri hər il
fevralın 26-da “Xocalı soyqırımı günü” elan olun-
ması barədə qərar vermiş və Xocalı hadisələri
barəsində həqiqətin dünya xalqlarına çatdırılması
və “Xocalı soyqırımı günü”nün beynəlxalq miq-
Dostları ilə paylaş: