Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə10/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   6   7   8   9   10   11   12   13   ...   507
Ümumxalq Hüzn Günü (20.01.1990)  

Ucar rayonunun yaranmasının (24.01.1939) 75 illiyi

Leninqradın 900 günlük mühasirəsi başa çatmışdır (27.01.1944)

Tərtər rayonunun yaranmasının (27.01.1934) 80 illiyi 

Gömrük İşçiləri Günü (30.01.1992)

30

33



32

31

35



36

34



8

Milli ədəbiyyat

85  

illiyi

Afad Qurbanоv 

1929-2009 

YANV

AR

Afad  Məhəmməd  oğlu  Qurbanov 

1929-cu ildə yanvar ayının 10-da qədim 

Borçalının  Qızıl  Şəfəq  kəndində  (indi 

Ermənistan  Respublikasının  Kalinino 

rayonu) anadan olmuşdur. Uşaqlığı, ilk 

təhsil illəri də sazlı-sözlü Borçalı elində 

keçmişdir.

Təhsilini  başa  vurduqdan  sonra 

ilk  illər  Borçalıda  məktəb  direktoru 

vəzifəsində  çalışmışdır.  50-ci  illərdən 

etibarən Azərbaycan  Pedaqoji  Univer-

sitetində  filologiya  fakültəsinin  dekan 

müavini,  dekanı,  Azərbaycan  dilçiliyi 

kafedrasının müdiri vəzifələrində çalış-

mışdır.  1981-1989-cu  illərdə  APİ-nin 

rektoru olmuşdur. 1990-1994-cü illərdə 

Milli Məclisə  üzv seçilmiş A.Qurbanov 

əlifba islahatının təşkilatçılarından biri-

dır.


Aspirantlıqdan  AMEA-nın  müxbir 

üzvlüyünə  qədər  şərəfli  bir  tədqiqatçı 

yolu  keçən  A.Qurbanov  1962-ci  ildə 

namizədlik, 1968-ci ildə isə doktorluq 

dissertasiyası müdafiə etmişdir.

Azərbaycan dilçiliyində onomalogi-

ya  Afad  müəllimin  adı  ilə  bağlıdır. 

Onun  bu  sahəyə  dair  100-ə  qədər 

məqaləsi:  “Azərbaycan  onomastikası” 

(1986),  “Azərbaycan  onomalogiyası 

məsələləri”  (1986),  “Poetik  onomasti-

ka”  (1988),  “Azərbaycan  dilinin  ono-

malogiyası”  (1988)  kimi  sanballı  mo-

noqrafiyaları çap olunmuşdur. 

Elmi  yaradıcılığa  “Şagirdlərin  ya-

zılı və şifahi nitqlərindəki yerli şivə və 

qalıqlarına qarşı mübarizə” (1956) adlı 

məqalə ilə başlayan yorulmaz tədqiqatçı 

Azərbaycanda və bütün türk dünyasın-

da “Dilçiliyin sistemi” (1976), “Dilçili-

yin tarixi” (1976), “Müasir Azərbaycan 

ədəbi dili” (1967, 1985), “Bədii mətnin 

linqvistik təhlili” (1986), “Azərbaycan 

onomastikası” (1986), “Azərbaycan di-

linin onomalogiyası” (1988), “Ümumi 

dilçilik” I-II cildlər (1989-1993), “Dün-

yanın dil ailələri” (1994) və s. kimi san-

ballı əsərləri ilə məşhurdur.

Azərbaycan  ədəbi  dilinin  foneti-

ka,  qrafika,  leksikologiya,  semasio-

logiya,  frazeologiya  və  digər  sahələri 

A.Qurbanovun  1967-ci  ildə  çap  etdir-

diyi  “Müasir  Azərbaycan  ədəbi  dili” 

kitabında  sistemli  şəkildə  tədqiq  edil-

mişdir. 

A.Qurbanovun  əsərləri  Almani-

ya,  Rusiya,  İran,  Türkiyə,  Qazaxıs-

tan,  Türkmənistan,  Özbəkistan  və  s. 

ölkələrdə  yayılmışdır.  Görkəmli  dilçi 

son  50  ildə  dünyanın  bir  sıra  böyük 

şəhərlərində  dilçiliyə,  xüsusilə  tür-

kologiyaya  aid  keçirilən  konfransla-

rın  əksəriyyətində  aktual  və  orijinal 

məruzələrlə çıxış etmişdir.

Görkəmli alim  Azərbaycan elmində-

ki rolu və nüfuzu sayəsində 1981-1983-

cü illərdə APİ-də (ADPU-da) filologiya 

və pedaqogika elmləri üzrə müdafiə şu-

rasının sədri olmuşdur.

Afad Qurbanov 2009-cu il sentyabr 

ayının 26-da vəfat etmişdir.


Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin