Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə199/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   195   196   197   198   199   200   201   202   ...   507
26

9

Ə d ə b i y y a t

Seçilmiş əsərləri [Mətn]: 

[3 cilddə] /M.Cəfər.-   

Bakı: Çinar-Çap, 2003. 

İnsanlar və talelər 

[Mətn]: [kinodram]          

/M.Cəfər.- Naxçıvan: 

Əcəmi, 2009.- 375, [1] s. 

Cəfərov Məmməd Cəfər 

[Mətn]: biblioqrafik 

göstərici /tərt.-müəl. 

İ.İsrafilov.- Bakı: Çinar-

Çap, 2003. - 128 s. 

Əliyeva-Kəngərli, G. 

Məmməd Cəfər: fəlsəfi 

tənqid və poetik fəlsəfə 

[Mətn] /G.Əliyeva-

Kəngərli //525-ci qəzet.- 

2009.- 8 may.- S.7.

Həbibbəyli, İ. Akademik 

Məmməd Cəfər Cəfərovun 

tale romanı: “Xatirələr” 

[Mətn]: Məmməd 

Cəfər-100 /İ.Həbibbəyli             

//Ədəbiyyat qəzeti.- 2009.- 

24 aprel.- S. 1, 3.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedia.org

105 

illiyi

Tənqidçi


158

Milli ədəbiyyat

Şamil Qurbanov 

1934-2004  

MA

Y

10

Ə d ə b i y y a t

Müəllimlər [Mətn] 

/Ş.Qurbanov.- Bakı: Çaşı-

oğlu, 2003.- 368 s.

Nəriman Nərimanov  

[Mətn ]: ömrünün son 

illəri /Ş.Qurbanov.- Bakı: 

Azərbaycan, 2003.- 376 s. 

Şamil Qurbanov [Mətn]: 

biblioqrafiya /tərt. 

T.İ.Yusifova.- Bakı: Nurlan, 

2001.- 100 s.

Məmmədov, S. Ağ saç-

ları ona çox yaraşırdı...: 

Şamil müəllim əsl cəsarətli 

ziyalı ömrü yaşadı  [Mətn] 

/S.Məmmədov //Şərq.- 

2011.- 29 yanvar.- S. 14.

İ n t e r n e t d ə

www.anl.az 

www.az.wikipedia.org

www.faxrali.com

Şamil  Dünyamalı  oğlu  Qurbanov 

1934-cü il may ayının 10-da Gürcüsta-

nın Bolnisi rayonunun Faxralı kəndində 

anadan olmuşdur. 1955-1966-cı illərdə 

ADU-nun  (indiki  BDU)  filologiya 

fakül-təsinin  jurnalistika  şöbəsində 

təhsil  almışdır.  Əmək  fəaliyyətinə 

“Azərbaycan məktəbi” jurnalı redaksi-

yasında ədəbi işçi kimi başlamışdır. Bir 

müddət universitetin Jurnalistika kafed-

rasında laborant işləmiş, sonra aspiran-

turaya daxil olmuş və 1965-ci ildə filo-

logiya elmləri namizədi adını almışdır. 

1968-ci ildə yenidən universitetə qayıt-

mış və Azərbaycan dili və onun tədrisi 

metodikası kafedrasında dosent işləmiş, 

Azərbaycan dilindən dərs demişdir. 

1971-ci  ildə  Rus  ədəbiyyatı  tarixi 

kafedrasında rus ədəbiyyatından müha-

zirə  oxumağa  başlamışdır.  1973-cü 

ildən  Türk  və  Şərqi  slavyan  xalqları 

ədəbiyyatı kafedrasında (o zaman SSRİ 

xalqları ədəbiyyatı kafedrası adlanırdı) 

dosent, professor işləmişdir. 

1975-ci ildə doktorluq dissertasiyası 

müdafiə etmişdir. 

1989-cu  ildən  ömrünün  sonunadək 

filologiya fakültəsinin Türk  və  Şərqi 

slavyan  xalqları  ədəbiyyatı  şöbəsinin 

müdiri olmuşdur. 

Şamil  Qurbanov  Azərbaycan  ədə-

biyyatında yeni səhifələr açmış, indiyə 

qədər məlum olmayan və ya az məlum 

olan şəxsiyyətləri üzə çıxarmışdır. Bun-

lardan  Hüseyn  Minasazov,  Rəhimbəy 

Məlikov, Məmməd Qarayev, Həmzətbəy 

Qəbulov, Şirvanski, Sona xanım Axun-

dova,  Kərim  Yaycılı  və  başqaları. 

Onun  Əlibəy  Hüseynzadə,  Əhmədbəy 

Ağaoğlu,  M.Ə.Rəsulzadə  haqqında  da 

dərin tədqiqat əsərləri vardır. Ən böyük 

ədəbi  xidməti  Ömər  Faiq  Nemanzadə 

və  Şeyx  Cəmaləddin  Əfqani  haqqında 

tədqiqatlarıdır. 

O, 22 kitabın, 300-dən çox məqalənin 

müəllifidir.  Məqalələri  İran,  İraq, 

Türkiyə, Gürcüstan və s. ölkələrdə çap 

olunmuşdur. 

1995 və 2000-ci ildə majoritar yol-

la  Bakı  şəhərinin  Nizami  rayonundakı 

12 saylı seçki dairəsindən Milli Məclisə 

deputat seçilmişdir. 

Ədəbi  yaradıcılığa  1960-cı  ildə 

“Azərbaycan  məktəbi”  jurnalında  çı-

xan  “N.Vəzirovun  yaradıcılığında 

təlim-tərbiyə  məsələləri”  məqaləsi 

ilə  başlamış  və  dövri  mətbuatda  mün-

təzəm  çıxış  etmişdir.  Ali  məktəb 

tələbələri  üçün  yazılmış  “Rus  sovet 

ədəbiyyatı tarixi”  (Bakı: Maarif, 1976) 

dərsliyinin    müəlliflərindən  biri  ol-

muşdur.  Hüseyn  Minasazovun,  Ömər 

Faiq  Nemanzadənin  və  Rəhimbəy 

Məlikovun seçilmiş əsərlərini tərtib və 

nəşr etdirmişdir. 

Şamil  Qurbanov  2004-cü  il  yanvar 

ayının 16-da vəfat etmişdir. 




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   195   196   197   198   199   200   201   202   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin