Kbt я25 uot (059) Baş redaktor



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə266/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   262   263   264   265   266   267   268   269   ...   507
Ə d ə b i y y a t

Fonetika, orfoepiya, 

orfoqrafiya[Mətn]:  

dərslik /Ə.Dəmirçizadə;  

red. A.Axundov; 

[buraxılışa məsul 

Ə.Güləliyev].- Bakı: 

Şərq-Qərb, 2007.- H.1.: 

Müasir Azərbaycan 

dili.- 253 s.

“Kitabi-Dədə Qor-

qud” dastanlarının dili 

[Mətn] /Ə.Dəmirçizadə; 

AEA, Nəsimi adına 

Dilçilik İnstitutu.- Bakı: 

Elm, 1999.- 140 s.

Şahbazlı, F. Azərbaycan 

dilçiliyi və professor  

M.Dəmirçizadə[Mətn]    

/Faiq Şahbazlı.- Bakı: 

Nurlan, 2000.- 142 s. 

İ n t e r n e t d ə

www.adam.az

www.anl.az

8

Ədəbiyyatşünas


216

Milli ədəbiyyat

100 

illiyi

Kövsər Tarverdiyeva 

1914

 

İYUL

Ə d ə b i y y a t

Əsgər ağa Gorani [Mətn] 

/G.Tarverdiyeva.- Bakı: 

İşıq, 1977.- 38 s.

Xatirələrim [Mətn] 

/K.Tarverdiyeva; red. 

S.Mustafayeva.- Bakı: 

ADPU, 2004.- 130 s.

Məslək dostları [Mətn] 

/K.Tarverdiyev; red. 

E.Fərəcov; rəssam. 

V.Çernojukov.- Bakı: 

Azərnəşr, 1992.- 80 s.

Kövsər  Tarverdiye-

va [Mətn] // XX əsr 

Azərbaycan yazıçıları: 

ensiklopedik məlumat kita-

bı.- Bakı, 2004.- S.480.

Mirzəbəyli, İ. Bir mahnı 

varıydı... indi yenə var. 

95 yaşlı Kövsər xanım 

İrəvanın ən qocaman 

ziyalısıdır [Mətn] /İttifaq 

Mirzəbəyli //Xalq qəzeti.- 

2009.- 21 iyul.- S.8.

İ n t e r n e t d ə

www.anl.az

www.az.wikipedikia.org

www.gender-az.org

14

Ədəbiyyatşünas

Kövsər  Məmməd  qızı  Tarverdiyeva 

1914-cü  il  iyul  ayının  14-də  İrəvanda, 

bağban ailəsində anadan olmuşdur. Bu-

rada  Haşım  bəy  məktəbində  9-cu  sinfı 

bitirmiş,  1931-ci  ildə    İrəvan  Pedaqoji 

Texnikumunun  son  kursuna  daxil  ol-

muşdur.  Ailəlikcə  Bakıya  köçdükdən 

sonra  pedaqoji  fəaliyyətə  başlamış  və 

1932-ci ildən fəhlə-gənclər məktəbində 

müəllimlik  etmişdir.  Kövsər  xanım 

1937-ci  ildə Azərbaycan  Pedaqoji  İns-

titutunun  dil-ədəbiyyat  fakültəsini 

bitirmiş,  müəllim,  baş  müəllim,  do-

sent  vəzifələrində  işləmişdir.  XIX 

əsr  Azərbaycan  ədəbiyyatı  tarixi, 

Azərbaycan  uşaq  ədəbiyyatı  və  ədəbi 

əlaqələr mövzusunda mühazirələr oxu-

maqla  yanaşı,  elmi  tədqiqatla  ardıcıl 

məşğul olmuşdur. 1937-1939-cu illərdə 

həmin institutda ədəbiyyat fakültəsinin 

dekanı  işləmişdir.  1939-1942-ci  illərdə 

Azərbaycan  SSR  EA  Nizami  adına 

Ədəbiyyat  İnstitunun  aspiranturası-

na  daxil  olmuş,  1942-1943-cu  illərdə 

Azərbaycan  SSR  Təhsil  Nazirliyində 

kadrlar  idarəsinin  rəisi,  1943-1948-ci 

illərdə  Azərbaycan  SSR  Müəllimləri 

Təkmilləşdirmə İnstitutunda elmi-tədris 

işləri üzrə prorektor vəzifələrində çalış-

mışdır.  1942-ci  ildə  filologiya  elmləri 

namizədi  dissertasiyasını  müdafiə  et-

mişdir. 1949-cu ildə Azərbaycan  Dövlət 

Tibb  İnstitutunun  müalicə-profilaktika 

fakültəsini  bitirmişdir  (cəmi  il  yarıma 

qədər  həkim  işləyib).  1948-ci  ildən 

etibarən  55  il  özünün  ali  təhsil  aldı-

ğı  Azərbaycan  Pedaqoji  İnstitutun-

da  çalışıb.  Azərbaycan,  rus  və  erməni 

dillərində oxuduğu mühazirələr həmişə 

pedaqoji və elmi ictimaiyyət tərəfindən 

yüksək qiymətləndirilib. 

1952-1956-cı 

illərdə 


APİ-də 

məktəbəqədər  tərbiyə  fakültəsinin  de-

kanı seçilib. O, 60 ilə yaxın Azərbaycan 

Dövlət 


Pedaqoji 

Universitetin 

Azərbaycan dili və ədəbiyyatı kafedra-

sının dosenti işləmişdir.

Kövsər Tarverdiyeva “M.F.Axundov 

və  X.Abovyan”  (1958),  “Əsgər 

Ağa  Adıgözəlov  Gorani”  (1977), 

“Azərbaycan  mədəniyyəti  erməni 

mətbuatında”  (1985),  “Məslək  dostla-

rı”  (1993),  “Xatirələrim”  (2004)  və  s. 

kitabların  müəllifidir.  “Hikmətli  sözlər 

aləmindən” (1984), “ Hikmətli kəlamlar 

və qəribə əhvalatlar” (1999) kitablarını 

tərtib etmişdir.  

Kövsər  Tarverdiyevanın  xidmətləri 

onun  müəllimliyi,  pedaqoji  və  ictimai 

fəaliyyəti  ilə  bitmir. Yuxarıda  qeyd  et-

diyimiz  kimi  o,  8  kitabın  və  100-dən 

çox  elmi,  tarixi  və  salnamə  xarakterli 

kitabların  müəllifidir.  Onun  kitabların-

da 1937-ci ildən başlayaraq həmin əsrin 

sonuna qədər olan bütün ictimai-siyasi 

proseslər barədə məlumat almaq müm-

kündür. 


Onun  fəaliyyəti  həmişə  yüksək 

qiymətləndirilib.  İki  dəfə  SSRİ  Ali 

Sovetinin  Fəxri  Fərmanına,  eləcə  də 

“Əməkdar ali məktəb işçisi” fəxri adı-

na  layiq  görülüb.  “Qafqazın  müdafiəsi 

uğrunda” və “Əmək fəaliyyətinə görə” 

medalları ilə təltif olunub.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   262   263   264   265   266   267   268   269   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin