Kbt я25 uot (059) Baş redaktor


Milli ədəbiyyat NOY



Yüklə 48,09 Mb.
Pdf görüntüsü
səhifə380/507
tarix25.12.2016
ölçüsü48,09 Mb.
#2844
1   ...   376   377   378   379   380   381   382   383   ...   507
310

Milli ədəbiyyat

NOY

ABR

2

80 

illiyi

Oqtay Rza

1934     

Rzalı Oqtay Məhərrəm oğlu (Oq-

tay  Rza)  1934-cü  il  noyabr  ayının  

2-də Azərbaycanın Salyan rayonunun 

Qalalı kəndində anadan olmuşdur. 

1948-ci  ildə  Arbatan  kənd  yed-

diillik  məktəbini,  1951-ci  ildə  Sal-

yan  şəhərindəki  Nizami  adına  orta 

məktəbi bitirmişdir.

 1951-1956-cı illərdə Azərbaycan 

Sənaye  İnstitutunun  (indiki  ADNA) 

geoloji-kəşfıyyat 

fakültəsini 

fərqlənmə diplomu ilə bitirib geoloq 

ixtisası almışdır. 

Əmək  fəaliyyətinə  1956-1961-ci 

illərdə Bayıldakı Neft və Qazçıxarma 

İdarəsinin 5 saylı mədənində başlamış-

dır: operator, baş operator, neftçıxar-

ma ustası olmuşdur. Elmi-tədqiqat işi 

müdafıə edib geologiya-mineralogiya 

elmləri  namizədi  alimlik  dərəcəsi 

almışdır.  1965-ci  ildə  geologiya-

minerologiya  elmləri  üzrə  fəlsəfə 

doktoru elmi adına yiyələnmişdir.

Azərbaycan KP MK yanında ikiil-

lik  Marksizm-leninizm  Universiteti-

ni  fərqlənmə  diplomu  ilə  bitirmişdir 

(1980). N.Tusi adına APİ-nin Ümumi 

coğrafıya  kafedrasında  müəllim,  baş 

müəllim (1966-1969), hazırda isə do-

sent işləyir (1971-cı ildən). 

Respublikanın Əməkdar müəllimi-

dir.


Bakı  Sovetinin  deputatı  seçilmiş-

dir (1959-1960).

1961-ci  ilin  noyabr-dekabr  ayla-

rında Ümumdünya Həmkarlar İttifaq-

ları  Təşkilatının  Moskvada  keçirilən 

5-ci  konqresində  sovet  nümayəndə 

heyətinin tərkibində iştirak etmişdir.

“Bir  may”  adlı  ilk  şeirini  yed-

diillik  məktəbdə  oxuyarkən  yazıb 

“Sosializm  yolu”  rayon  qəzetində 

dərc etdirmişdir. Həmin vaxtdan po-

etik  yaradıcılıqla  məşğul  olur,  bədii 

tərcümələr  də  edir.  Dünya  xalqları-

nın ədəbiyyatından tərcümələri dövri 

mətbuatda müntəzəm çap olunur.

Dərslik, vəsait və tədris proqram-

larının, 24 kitabın müəllifidir. 

Əsərləri  xarici  mətbuatda  dərc 

edilmişdir.  “Kamennıy  Svetilnik” 

şeirlər toplusu 1987-ci ildə Moskva-

da, kütləvi tirajla buraxılmışdır.

Beynəlxalq Rəsul Rza, M.Müşfiq, 

“Araz” və 1971-ci ildən “Qızıl qələm” 

mükafatı laureatıdır. 

1981-ci  ildən Azərbaycan Yazıçı-

lar Birliyinin üzvüdür.




Yüklə 48,09 Mb.

Dostları ilə paylaş:
1   ...   376   377   378   379   380   381   382   383   ...   507




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin