71
Tarixdə bu gün
Mingəçevir Su Elektrik Stansiya-
sı (SES) – Cənubi Qafqazda ən böyük
su elektrik stansiyası olub, Kür çayının
üzərində, Mingəçevir şəhərinin yaxınlı-
ğında yerləşir.
Stansiyanın tikintisinə 1945-ci ildə
başlanılmış, 1953-cü ildə ilk hidro-
aqreqat, 1954-cü ildə stansiya tam
gücü ilə işə salınmışdır. Azərbaycanın
müxtəlif rayonlarından Mingəçevir su
elektrik stansiyasının quraşdırılmasıy-
la əlaqədar olaraq böyük sayda insan
gəlmiş, ümumilikdə isə bu stansiyanın
tikilməsində 20.000 insan iştirak etmiş-
dir.
1940-cı illərin sonlarına doğru
10.000-ə yaxın alman hərbi əsirinin
işçi qüvvəsi ilə, ölkənin ən təcrübəli
mütəxəssisləri - postsovet məkanının
ən böyük su elektrik stansiyasının qu-
raşdırılmasına cəlb edilmişdi.
Mingəçevir şəhəri Su Elektrik Stan-
siyasının tikilməsiylə əlaqədar olaraq
salınmış və 1948-ci ildə şəhər statusu
almışdır.
Mingəçevir su anbarı 1953-1959-cu
illərdə doldurulub, su tutumu 16070
milyon m³-dir. Dəryaçanın uzunluğu
70 km, eni 13-18 km-dir. Su anbarının
tikilməsi və iki kanalın çəkilməsi ölkədə
970 min hektar sahəni suvarmağa im-
kan yaratmış, 200 min hektar sahənin
su altında qalmaq təhlükəsini aradan
qaldırmışdır. Stansiyanın tərkibinə 110,
220 və 330 kilovatlıq paylayıcı yarım
stansiyalar daxildir.
6 hidroaqreqata malik olan Mingə-
çevir SES-in müəyyən olunmuş gücü
359 Mvt, orta illik elektrik enerjisi is-
tehsalı 1,4 milyard kvt/saat-dır.
Qovşağın ən əsas orijinal hissəsi
yüksək təzyiqli torpaq bəndi, nəinki
Avropada yuyulma üsulu ilə tikilmiş
ən nəhəng (hündürlüyü 80 m), həm də
işlənən materialların həcminə görə dün-
yada çınqıl-qumdan tökülmüş yeganə
bənddir.
Su qovşağına 3 gözdən ibarət suaşı-
ran beton bənd (bir açıq kanalı ilə eni
30 m), 6 gözdən ibarət təzyiqli su bo-
rularına su qəbul edən qurğu (uzunluğu
66 m), 4 qapalı beton boru ilə 4 gözdən
ibarət suaşıran qurğu (uzunluğu 47 m),
torpaq bənd (uzunluğu 1550 m, hündür-
lüyü 80 m), Yuxarı Qarabağ və Yuxarı
Şirvan kanalına su qəbul edən bir gözlü
qurğu daxildir.
1981-ci ildə Zaqafqaziyadakı ən bö-
yük DRES burada inşa edilmişdir.
Məhz bu səbəbdən Mingəçevir “Nur
şəhəri” kimi adlandırılmışdır. Ölkənin
bir çox yerinə, eləcə də digər Zaqafqa-
ziya respublikalarına işıq buradan pay-
lanır.
Dostları ilə paylaş: