Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə70/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   66   67   68   69   70   71   72   73   ...   80
dasima-modellari

TƏLİM NƏTİCƏSİ
5
86
5.4. AVTOMOBİL YOLU DAŞIMASINDA YÜKLƏMƏ VƏ BOŞALTMA PROSESİNİ TƏŞKİL EDİR
AVTOMOBİL YOLU DAŞIMASINDA YÜKLƏMƏ-BOŞALTMA PROSESİ 


vasitələrindən istifadə olunur. Domkrat əl talı yükünü özüboşaldan qaldırıcı arabalar bucurqad və 
s. belə vasitələrdəndir.
Avtomobilləri yükləmək və boşaltmaq üçün yük məntəqələrində qoyulmuş mexanizmlər 
stasionar yaxud səyyar olur. Bundan başqa yükləmə-boşaltma mexanizmi bilavasitə avtomobildə də 
qurula bilər. Belə mexanizm avtomobilin mühərrikindən güc alır. Yükləmə və boşaltma yerlərində 
qoyulan yükləmə-boşaltma mexanizmləri bilavasitə yükləyici yaxud boşaldıcı mexanizmlərə 
(Bunker kran elevator tal) və nəqledici mexanizmlərə (Nasos lentli transportyor) ayrılır. Əgər 
avtomobil ekskavatorun ilə yüklənirsə onda ekskavator elə qoyulmalıdır ki, yükləmə zamanı onun 
oxu avtomobilin kabinəsi üzərindən keçməsin. Yükləmə prosesində kabinə və kuzada olmamalıdır.
Qabsız yük daşınmasında adi bortlu avtomobillərdən istifadə edildikdə onları çevirici mexanizmlərlə 
boşaldırlar. Bu məqsədlə avtomobili xüsusi meydançaya sürür və orada bərkidirlər. Avtomobil 
meydança ilə birlikdə müyyən qədər yana yaxud geriyə əyilir və yük asanlıqla platformadan tökülür.
Sürücü avtomobili yükləmək yaxud boşaltmaq üçün müəyyən vəziyyətdə qoymağa da vaxt sərf edir. 
Həmin vaxt nəqliyyat vasitəsinin tipindən yanaşma yolunun vəziyyətindən avtomobilin manevr 
etməsi üçün olan meydançanın ölçüsündən asılıdır. 
Yükləmə və boşaltma məntəqələrində işıq mənbəyi qoyulması yanaşma yolları saz yükləmə və 
boşaltma yeri çox olmalıdır. Avtomobilləri yan bortdan, arxa bortdan və çəp vəziyyətdə qoymaqla 
yükləyib-boşaldırlar. Avtomobilin yan tərəfdən qoyulması yükləmə-boşaltma imkanını azaltdığı 
üçün az səmərəlidir.
Sürücü avtomobilin tam yüklənməsinə yüklərin düzgün yığılmasına və bərkidilməsinə 
nəzarət etməli avtomobilə həddindən artıq yük vurulmasına yol verməməlidir. Avtomobilin yük 
platformasına yük aşağıdakı qaydada yığılmalıdır:
- Qabsız yük kuzada bir bərabərdə yerləşdirilməli bortdan yuxarı qalxmamalıdır. Yüngül 
yüklər daşınan zaman isə bortlar ucaldılmalıdır; 
- Bortdan hündürə qalxan ədədi kiçik qabaritli yüklər möhkəm bağlanmalıdır;
- Ağır yük isə kuzanın qabaq bortu yanına qoyulmalıdır; 
- Quru yük doldurulmuş boçkalar(çəlləklər)-dik maye boçkaları isə tıxacı yuxarıda olmaq 
şərtilə yanüstə qoyulmalıdır; 
- Avtomobilin yüklə birlikdə hündürlüyü 3.8 m-dən artıq olmamalıdır;
- Yük kisələrə doldurulmuş olanda və kisələri bir mərtəbə yığmaqla avtomobilin tam 
yüklənməsi təmin ediləndə kisələrin ağız tərəfi yuxarı yığılmalıdır.
- Kisələri bir neçə mərtəbə yığmaq lazım gələndə ikinci və sonrakı mərtəbələrdə kisələrin 
ağız tərəfi içəri olmalıdır;

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin