Kənd təsərrüfatı məhsullarının saxlanılması və anbarlanması üzrə logistika mütəxəssisi



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə73/80
tarix01.12.2023
ölçüsü5,26 Mb.
#170841
1   ...   69   70   71   72   73   74   75   76   ...   80
dasima-modellari

5.6. QİYMƏTLƏNDİRMƏ


TƏLİM NƏTİCƏSİ
6
Kombinə edilmiş daşıma (cobined transport) birdən çox daşıma modelindən istifadə edərək 
həyata keçirilən daşıma modelidir. Kombinə edilmiş daşıma qapıdan qapıya daşımanın davamlı 
şəkildə təşkil olunmasında mühüm bir həlldir. Daşıma üçün ideal bir üsul, malları birbaşa tək 
nəqliyyat növü vasitəsilə göndərəndən alıcıya ötürməkdir. Ancaq beynəlxalq daşımada müştəri 
tələbi, işin xüsusiyyəti, yük tutumu, coğrafi şərtlər kimi müxtəlif faktorlar səbəbi ilə tək bir 
daşıma növü və daşıma vasitəsi istifadə edilmir. Müştəridən alınan yükün təyinat nöqtəsinə qədər 
birdən çox daşıma növü və vasitəsinin istifadə edilməsi ilə həyata keçirilən daşınması daha çox 
“modellər arası (intermodel)”, “çok modelli (multimodel)” və “kombinə olunmuş daşıma” olaraq 
qiymətləndirilməkdədir. Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Şurası (UNCTAD) 
mövzuyla əlaqədar olaraq aşağıdakı təyin etmələri ortaya qoymuşdur.
Kombinə edilmiş nəqliyyatda üç əsas komponent mövcuddur. bunlar;
• Nəqliyyat vasitələri (gəmilər, yük maşınları, təyyarələr, qatarlar və s.)
• Nəqliyyat terminalları (limanlar, yükləmə və boşaltma vasitələri və s.)
• Nəqliyyat vahidi (konteyner, palet, qoşqu və s.)
Beynəlxalq qarışıq (intermodal) daşımalar
Beynəlxalq qarışıq (intermodal) daşıma anlayışı, onun əsas xüsusiyyətləri, şərtləri və təşkili. 
Beynəlxalq qarışıq daşıma dedikdə iki dövlət arasında həyata keçirilən, yükgöndərmə və təyinat 
yeri iki müxtəlif ölkə ərazisində olan və vahid daşıma sənədi əsasında operator tərəfindən bir neçə 
nəqliyyat növünün iştirakı ilə yerinə yetirilən daşıma başa düşülür. Ona intermodal daşıma və ya 
multimodal daşıma da deyilir. Beynəlxalq qarışıq (intermodal) daşımaların beynəlxalq hüquqi 
tənzimlənməsi. Bu sahədə beynəlxalq nəqliyyat müqavilələri. Beynəlxalq qarışıq yük daşımaları 
haqqında BMT Konvensiyası (1980-ci il). Konvensiyanın qəbul edilməsini şərtləndirən başlıca 
amillər: malların (yüklərin) təyinat yerinə çatdırılması prosedurunun sadələşdirilməsi, nəqliyyat 
(daşıma) xidməti vasitəsilə beynəlxalq ticarətin inkişaf etdirilməsi. Konvensiyanın əsas məqsədi – 
“Qarışıq daşıma operatoru” kimi beynəlxalq hüquq institutunun yaradılması.
Beynəlxalq qarışıq (intermodal) daşımalarda operator və onun rolu. Qarışıq daşıma operatorunun 
hüquqi statusu üç əsas əlamətlə müəyyən edilir: birinci, operator öz adından və ya onun adından 
hərəkət edən başqa şəxsin vasitəsilə qarışıq daşıma müqaviləsi bağlayan şəxsdir; ikinci, operator 
qarışıq daşıma müqaviləsinin tərəflərindən biridir; üçüncü, operator qarışıq daşıma müqaviləsinin 
icra olunması üçün öz üzərinə öhdəlik (məsuliyyət) götürən şəxsdir.
Qarışıq daşıma müqaviləsinə görə, operator beynəlxalq qarışıq daşımanın (intermodal daşımanın) 
90

Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin