Azərbaycan Respublikasının nəqliyyat hüququ
Nəqliyyat hüququ dedikdə daşıyıcı (nəqliyyat
müəssisəsi) ilə müştəri arasında daşıma prosesinin
həyata keçirilməsi üçün nəqliyyat vasitələrindən
istifadə edərək, xidmət göstərilməsi ilə əlaqədar
yaranan əmlak-dəyər xarakterli nəqliyyat
münasibətlərini tənzim edən hüquq normalarının
sistemi və məcmusu başa düşülür.
Nəqliyyat hüququnun predmetini nəqliyyat
müəssisəsinin (daşıyıcının) müştəriyə sərnişin,
yük və baqaj daşımaları üzrə və digər nəqliyyat
xidmətləri göstərilməsi ilə bağlı olaraq yaranan
ictimai münasibətlər - nəqliyyat münasibətləri
təşkil edir.
Nəqliyyat hüququnun mənbələri:
• Normativ hüquqi aktlar, əmlak dövriyyə adətləri, Konstitusiya Məhkəməsinin qərarları, yerli
özünüidarə orqanlarının normativ xarakterli aktları, yerli icra hakimiyyəti orqanlarının normativ
xarakterli qərarları və sairə.
Mülki hüququn nəqliyyat hüququnda istifadə olunan əsas prinsipləri: subyektlərin hüquq
bərabərliyi prinsipi, müqavilə azadlığı prinsipi, təqsirə görə məsuliyyət prinsipi, məhdud məsuliyyət
prinsipi, pozulmuş hüquqların bərpasının təmin edilməsi prinsipi, təqsirə görə məsuliyyət prinsipi,
məhdud məsuliyyət prinsipi, pozulmuş hüquqların bərpasının təmin edilməsi prinsipi, 862 mülki
hüquqların məhkəmə müdafiəsi prinsipi, hüquqdan suiistifadəyə yol verilməməsi prinsipi və s.
Nəqliyyat qanunvericiliyi, onun tərkibi və sistemi. Nəqliyyat qanun-vericiliyi dedikdə nəqliyyat
fəaliyyəti ilə bağlı olaraq əmələ gələn ictimai münasibətləri tənzimləyən hüquq normalarının
zahirən ifadə olunduğu ayrı-ayrı qanunların, qanun qüvvəli aktların və digər normativ hüquqi
aktların məcmusu başa düşülür.
Nəqliyyat öhdəliyi dedikdə elə bir mülki hüquq münasibəti başa düşülür ki, bu münasibətə
görə nəqliyyat müəssisəsi müştəriyə daşıma və digər növ nəqliyyat xidməti göstərir, müştəri isə
bu xidmətin əvəzində müəyyən haqq ödəyir. Daşıma öhdəliyi isə elə bir hüquqi münasibətdir ki,
bu münasibətə görə, daşıyıcı yükü, sərnişini və ya baqajı təyinat yerinə çatdırır, müştəri isə bunun
müqabilində ona daşıma haqqı ödəyir.
Dostları ilə paylaş: